Uştal
From Wikipedia, the free encyclopedia
From Wikipedia, the free encyclopedia
Uştal — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə İsmayıllı rayonunun Uştal kəndi Qalagah kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Soltankənd kəndi mərkəz olmaqla, Soltankənd kənd inzibati ərazi dairəsi yaradılmışdır.[1]
Uştal | |
---|---|
40°42′39″ şm. e. 47°59′31″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 695 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Kəndin qədim adı Üştaladır. Adının mənası "üç" və "tala" sözlərinin mənasını verir. Yəni kənd üçtala adlanan ərazidə salınmışdır. Sonradan üçtala qısalaraq "Uştal" mənasını vermişdir.
Kənd əvvəllər ermənilərin kompakt yaşadığı ərazi olmuşdur. Kənddə həmçinin erməni qəbiristanlığı var.
Uştal kəndi İsmayıllı rayonundan 20 km cənub-qərbdə, Acınohur ön dağlığında yerləşir. Kənddə 3 sərin sulu bulaq, dərin yarğanlar, sıx meşə var. Kəndin relyefi dağlıqdır.
Uştal kəndində təxminən 104 ev var, əhalisi 531 nəfərdir ki, onun da 266 nəfəri kişi, 265 nəfəri qadındır. Kənd əhalisinin hamısı 1988-ci ildə Ermənistandan qovulmuş qaçqınlardır. Qaçqınlar əsasən Göyçə və Dərələyəz mahalındandır.
Uştal kəndində klub, kəndin xüsusi kitabxanası, tibb məntəqəsi var.
Kəndin rayonla əlaqəsi üçün yeni asfalt yol, yeni su xətti çəkilmişdir. Əhalisi əsasən heyvandarlıq, bağçılıq və əkinçiliklə məşğul olur.
Uştal kəndində 2003-cü ildə yeni orta məktəb tikilib istifadəyə verilmişdir. Məktəbdə 70-dən çox şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 15 müəllim məşğul olur.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.