Trumen doktrinası
From Wikipedia, the free encyclopedia
From Wikipedia, the free encyclopedia
Trumen doktrinası (ing. Truman Doctrine) — ABŞ Prezidenti Harri Trumen tərəfindən İkinci Dünya Müharibəsindən sonra irəli sürülmüş xarici siyasət proqramı. İlk dəfə 12 mart 1947-ci ildə bəyan edilib. Əsas mahiyyəti Sovet İttifaqının dünya üzrə ifəallığının dayandırılmasıdır. Doktrina dünyanın siyasi-iqtisadi birliyinin təmin edilməsi vəzifəsini qarşıya qoyur. ABŞ prezidenti Trumenin müşayiəti ilə Çerçil 1946-cl il martın 5-də Fulton şəhərində Vestminster kollecində nitq söylədi. O, dünya dövlətlərini yeni dünya müharibəsi təhlükəsi gözlədiyini və bu təhlükənin əsas səbəbkarının SSRİ olduğunu bəyan etdi. Çerçil SSRİ-yə qarşı ən qəddar siyasətin yeridilməsinə çağırdı, SSRİ-yə qarşı böyük dövlətlərindən ibarət ittifaqın yaradılmasını təklif etdi.
Çerçilin Fultondakı nitqinin nəticələri dərin idi. 1946-cı ilin ikinci yarısından ingilis-amerikan danışıqları başladı. Bu danışıqlar, əsasən, Yunanıstan və Türkiyənin taleyi məsələlərinin müzakirəsinə yönəldi. Trumen 1946-cı il martın 12-də Yunanıstan və Türkiyəyə yardım edilməsi müraciəti ilə çıxış etdi. Trumenin müraciətində Yunanıstan və Türkiyə kommunist təhlükəsi altında olan dövlətlər hesab edildi. Bunu aradan qaldırmaq üçün 400 mln. dollar həcmində amerikan yardımı ayrıldı. Bu vəsait Yunanıstan və Türkiyənin ABŞ-nin müttəfiqinə çevrilməsi məqsədini güdürdü.
Konqres prezidentin təklifini qəbul etdi. Türkiyə və Yunanıstana ABŞ-nin hərbi ehtiyatlarından göndərildi. SSRİ-nin Türkiyəyə böhtanlar atması və ərazi iddiaları irəli sürməsi Türkiyəni ABŞ-la daha da yaxınlaşdırdı. Amerikan hərbçiləri Yunanıstan və Türkiyədə hərbi bazalar yaratdı. Bu bazalar Yaxın və Orta Şərqdə kommunist təhlükəsinin yayılmasının qarşısını alaraq bu regiondakı dövlətlərin təhlükəsizliyini qorudu. Trumen doktrinası Qafqaza qədərki ərazini də əhatə edirdi. Bu doktrina regionda ABŞ maraqlarını qorudu.
Trumen doktrinası diplomatiya və beynəlxalq münasibətlər tarixində yeni mərhələnin başlanğıcını qoydu. Bu mərhələ tezliklə — "soyuq müharibə" adlandırıldı.[1][2].
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.