Remove ads
From Wikipedia, the free encyclopedia
«Тriniti» (ing. Trinity) — Manhetten layihəsi çərçivəsində Nyu-Meksiko (ABŞ) ştatında Alamoqordo poliqonunda 16 iyul 1945-ci ildə dünyada ilk dəfə həyata keçirilən nüvə silahı texnologiyasının sınağı. Sınaq zamanı «Gadget» adlanan pluton bombası test edilirdi və onun partlayışı 21 kiloton trotilə ekvivalent idi. Bu partlayış nüvə əsrinin başlanğıcı hesab olunur. 9 avqust 1945 - ci ildə Naqasaki şəhərinə atılan «Gombul» bombası da bu tipdəndir.
Nüvə silahının yaradılması ideyası Qərbdə 1930 - cu illərin sonunda iki səbəbdən ortaya çıxmışdır. İlk olaraq, 20 - ci əsrdə atom fizikasının inkişafı alimləri nüvənin bölünməsi ideyasına gətirib çıxardı. Digər tərəfdən, Avropada aqressiv, faşist fikirlərin yüksəlişi müşahidə olunurdu. ABŞ, Kanada və Britaniyanın rəhbərləri silahlanmanın daha da möhkəm yollarını arayırdılar və atom enerjisinin imkanları böyük ümidlər verirdi. Uzun çəkən və bahalı bir layihə olan Manhetten layihəsi 1945 - ci ildə Triniti sınağı və iki böyük partlayışla yekunlaşdı və yeni eranın əsası qoyuldu.
Sınağın və onun keçirilmə yerinin adının yaranmasını Manhetten layihəsinin rəhbəri Oppenheymerə aid edirlər və Con Donnun yaradıcılığından ilham alındığı hesab olunur.
Partlayış yerində kvars və digər minerallar əriyib açıq-yaşıl rəngli bir minerala çevrildilər, bu mineralı trinit adlandırdılar və bu mineralın bir qismi şəxsi kolleksiyalarda saxlanılır.
Partlayışın gücü haqqındakı proqnozlar sıfırla 18 kiloton trotil arasında dəyişirdi, Nyu - Meksiko ştatının və hətta yer planetini dağıdacaq qədər proqnozlar da var idi (hesab olunurdu ki, nüvə partlayışı oksigenin nəzarətsiz yanğınına səbəb olacaq reaksiya əmələ gətirə bilər). Axırıncıya heç kəs inanmasa da bu alimləri narahat edirdi.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.