From Wikipedia, the free encyclopedia
Toxta xan - Qızıl orda xanı. 1291-ci ildə Noğay xanın köməyi ilə taxta gəlmişdi. Hakimiyyətə gələn kimi rusların yarım-müstəqilliyini ləğv etmək üçün qardaşı Tudanı hücuma göndərdi. O 1293-cü ildə 14 şəhəri yandırdı. Xan özü Tver şəhərinə hücuma keçdi və Vladimir-Suzdal knyazı Dmitri Aleksandroviçi taxtdan qovdu. Ruslar arxivlərində "Batu geri döndü" yazırdılar.
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Toxta xan | |
---|---|
Тохтахаан | |
Qızıl Ordanın VIII xanı | |
1291 – 1312 | |
Əvvəlki | Tula-Buqa |
Sonrakı | Özbək xan |
Şəxsi məlumatlar | |
Doğum tarixi | ? |
Vəfat tarixi | |
Fəaliyyəti | Xan |
Atası | Məngü Timur |
Anası | Olcay xatun |
Həyat yoldaşı | Beklemiş xatun |
Uşağı | 3 oğlan |
Dini | Tenqriçilik |
Vikianbarda əlaqəli mediafayllar |
Tezliklə Toxta və Noğay xan düşmənə çevrildilər. Toxta xan qaynatası Salçiday ilə müttəfiq oldu. Salçiday Tuluy xanın kürəkəni idi. 1300-cü ildə Noğay xanla döyüşdə məğlub olan Toxta geri çəkildi. Toxta Qazan xandan yardım istəsə də xan bu işə qarışmadı. Sonrakı döyüşdə xan Noğayı məğlub edərək öldürdü. Onun oğlu Çaka xan isə Bolqarıstana qaçaraq özünü çar elan etdi. Noğay xanın torpaqları Toxtanın qardaşı Saraybuğa və oğullarına paylandı.
1301-ci ildə Ağ Orda hökmdarı Bayan xan Toxtanın yanına qaçdı. Ağ Ordada üsyanlar başlamışdı. Toxta xan üsyançılara yardım edən Duva xan və Kaydunun oğlu Çaparı məğlub edərək Buyanı hakimiyyətə qaytardı. 1304-cü ildə Toxta xan Cığatay xanlığından gələn təklifi qəbul edərək Temür xanın hakimiyyətini qəbul etdi. Poçt sistemi və ticarət yenidən genişlənməyə başladı. 1312-ci ildə vəfat etdi. O Qızıl Ordanın son müsəlman olmayan xanı idi.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.