Tomori daş şiri
From Wikipedia, the free encyclopedia
From Wikipedia, the free encyclopedia
Tomori daş şiri (富盛のシーサー, Tomori no şisa?) – Yaponiyanın Okinava prefekturasının Yaese qəsəbəsində yerləşən şisa.
Şisa Okinava mədəniyyətində şirə oxşayan heykəllərdir və adanın mədəni simvollarından biridir. Okinavada ilk şisanın 1689-cu ildə Tomori kəndində quraşdırıldığına inanılır.[1]
1740-cı illərdə yazılmış Ryukyu krallığının xronikaları olan "Kyuyo" əsərində qeyd olunur ki, Tomori kəndinin əhalisi tez-tez baş verən yanğınlardan əziyyət çəkirdi. Bu zaman fenşey təlimi ilə məşğul olan bir şəxs onlara Alov dağı kimi tanınan Yaese dağına tərəf baxan daş şir quraşdırmağı məsləhət görmüşdür. 1689-cu ildə Ciri-qusuku məbədinin yerləşdiyi təpənin başına Tomori daş şiri yerləşdirilmişdir.[1]
İnanca görə Tomori daş şiri daha sonra digər kəndlər tərəfindən imitasiya olunaraq bütün Okinavaya yayılmış, əvvəl apotropoik heykələ, daha sonra yerli mədəniyyət simvoluna çevrilmişdir.[1] Keçmişdə yerli əhali bu heykəlin ətrafına yığışır, rəqs edərək onları yanğından qoruması üçün dua edirdi.[2]
İkinci Dünya müharibəsi zamanı baş vermiş Okinava döyüşündə Tomori daş şiri ABŞ əsgərləri tərəfindən sipər kimi istifadə olunmasına görə tanınmışdır. Belə bir anı əks etdirən, 18 iyun 1945-ci ildə çəkilmiş foto Okinava döyüşünün ikonik fotolarınan biri olmuşdur.[2] Heykəlin səthində həmin döyüşə aid güllə dəlikləri hələ də qalmaqdadır.[1] Daş şir 1974-cü ildə Okinava prefekturasının mədəni mülkü elan olunmuşdur.[2]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.