Teymur Nadir (tam adı:Teymur Nadir oğlu Kərimov; 7 sentyabr 1973, Bakı, Azərbaycan) — Azərbaycan rok musiqiçisi, ifaçı,bəstəkar, musiqi sözlərinin müəllifi, prodüser, multiinstumentalist, Azərbaycanın əfsanəvi Coldünya rok-qrupunun yaradıcılarından və vokalçılarından biri. "Sehrbaz", "Aç balaca qanadlarını", "Son məktub", "Oyanış", "Zeynəb", "Gözəl yar" və başqa məşhur mahnıların müəllifi, "Altun Nar" Azərbaycan Milli Musiqi mükafatının,Fransa musiqi Akademiyası mükafatının qalibi.
Teymur Nadir | |
---|---|
Teymur Nadir | |
Digər adları | Nadir,Teymur |
Doğum tarixi | |
Doğum yeri | Azərbaycan, Bakı |
Milliyyəti | azərbaycanlı |
Fəaliyyəti | musiqiçi |
Fəaliyyət illəri | 1990-cı ildən |
Mükafatları | "Altun Nar",Fransa musiqi Akademiyası mükafatı |
teymurnadir.az |
Bioqrafiya
Uşaqlıq və gənclik
Teymur Nadir 1973-cü il sentyabrın 7-ində Bakı şəhərində anadan olub,Nadir və Tamilla Kərimova cütlüyünün ilk övladı olub. 1975-ci ilin fevralında Teymurun Rövşən adında qardaşı anadan olur,hansı ki,illər sonra onunla birlikdə Azərbaycanda hər rok musiqisini sevən insan üçün məşhur olan ColDünya qrupunu yaradacaq. 1979-cu ilin sentyabrında,6 yaşında onun mükəmməl eşitmə və gözəl musiqi yaddaşına diqqət yetirərək onu musiqi məktəbinin fortepiano sinifinə qoydular. 1983-cü ildə görmə qabiliyyətinin pisləşməsinə görə onu heç cür bitirə bilmədiyi musiqi məktəbindən çıxardılar. 80-ci illərin sonunda o,öz ilk mahnılarını yazmağa başladı.Həmin vaxt The Beatles, Jimmy Hendrix, Led Zeppelin, Pink Floyd, Queen və bir çox başqaları gəncin həyatına girir və həmişəlik qalır. Teymurun çaldığı və oxuduğu ilk qrup 1987-ci ildə məktəbdə yiğilmışdı. Həmin vaxtda Bakıda rok cərəyanı öz intibahını yaşayırdı,ilk Bakı rok-klubu yaradılmışdı.Lakin 80-ci illərdə baş verən faciəvi hadisələr qrupların çoxunun dağılmasına səbəb oldu və rok-musiqisi yenidən yoxa çıxdı.
"ColDünya"dakı illər
"ColDünya"nın yaradılması 1992-ci il kimi qəbul olunub,amma əslində bu 1990-cı ilin mayında Rövşən və Teymur qardaşlarının öz qruplarını yaratmaq qərarı ilə olub. 1990-cı ildən 1992-ci ilə qədər onlar "Vremena Qoda" adı altında çıxış edirdilər. 1992-ci ildə Teymur qrup üçün ad fikirləşdi-"ColDünya".İllər sonra o,öz seçimini belə izah etdi:
"Bizim üçün əsas olan uyğunlaşmayanı birləşdirmək cəhdi idi.Ona görə "Cold" sözü qərbin soyuq və praqmatik intellektinin simvolu kimi götürülmüş,"dünya" sözü isə şərq xalqının mentalitetinə xas olan emosional komponenti bildirirdi.Bundan başqa biz həmişə azərbaycan musiqisi ilə avropa musiqisini birləşdirmək istəyirdik. "ColDünya" bizim üçün Qərblə Şərqin birləşməsi,şüurun və insan ehtirasının aydınlanması,öz musiqimizlə əritmək istədiyimiz soyuq dünya obrazı oldu.Bu,bizim üçün çox cəlbedici idi"
— Teymur Nadir
1993-cü ilin sonunda qrupa barabançı Samir Cəfərli,daha sonra bas-gitarist Aydın Hacıyev daxil oldu və qrup bu tərkiblə yalnız Azərbaycanda deyil,həm də onun sərhədlərindən uzaqda musiqi sevərlərə tanındı.1996-cı il "ColDünya" üçün irəliləyiş ili oldu:qrup Teymur Nadir tərəfindən yazılan və britaniya radiostansiyası BBC-nin ən yaxşı xarici hitlərinin 10-luğuna daxil olan "Sehrbaz" kompozisiyası sayəsində geniş beynəlxalq populyarlıq əldə edir.Keçmiş SSRİ və Şərqi Avropa ölkələrindən olan musiqi kolleksiyasının doğma dildə yazılmış mahnı ilə belə uğur qazanması və 2 həftədən çox ən yaxşı 7 yerdə qalması birinci dəfə idi.Qrup öz inkişaf və şöhrət dövrünü yaşayırdı,onun təkcə vətəndə deyil,həm də onun kənarında pərəstişkar ordusu yaranmışdı.Qrupun konsertləri ictimaiyyət qarşısında açıq meydanlarda keçirilməəyə başladı və əminliklə demək olar ki,musiqiçilər nəinki Azərbaycan rok-musiqisinin məşhurlaşmasında, həm də sərhədlərimizdən kənarda Azərbaycan rok propaqandasının məşhurlaşmasında vacib rol oynayırdılar.2000-ci ilin yanvarında "ColDünya" dinləyiciləri arasında keçirilən sorğuya görə 4-cü yer tutaraq Azərbaycanın ən yaxşı sənətçiləri siyahısının beşliyinə düşdü,2002-ci ildə "ColDünya" "Azərbaycanın ən yaxşı qrupu" adını aldı və Milli musiqi mükafatı olan "Altun Nar"-ı qazandı və bununla sübut etdi ki,rok-musiqiçiləri də ölkənin mədəniyyətinin bir hissəsidir.Bu fakt yalnız rəsmi orqanlar tərəfindən kollektivin yaradıcılığının tanınması deyil,həm də müasir Azərbaycan musiqisində Azərbaycan rokunun mövcudluğu və mədəni əhəmiyyəti faktının tanınmasıdır.2003-cü ildə qrup dərhal 2 əhəmiyyətli işini yayımladı-"Məktub" albomu,arxasınca isə görkəmli Azərbaycan musiqiçisi UNESCO mükafatının qalibi Alim Qasımovla birlikdə hazırladığı "Oyanış" albomu.Konsepsiyanın yaradılmasında və qrupun imicində məhz Teymur Nadir əsas rol oynayırdı,o, "Sehrbaz", "Zeynəb", "Aç balaca qanadlarını", "Son məktub", "Oyanış", "Gözəl yar" və s. kimi məşhur və sevilən mahnıların müəlifi idi.Teymurun "Aç balaca qanadlarını" mahnısı Azərbaycan rokunda,bəlkə də,ən tanınmış (Yuxu qrupunun "Xəzərin sahilində" mahnısı ilə bir sırada) kompozisiyası oldu,ona çəkilən klip isə son illərdə ən çox baxılan videolardan biridir.Musiqiçinin başqa bir tanınmış kompozisiyası "Son məktub",rok qrupu ilə birlikdə canlı orkestrin və qadın vokal üçlüyünün səsləndirməsi ilə Azərbaycan rokunda birinci eksperiment oldu.2004-cü ilin sonunda qrupun üzvləri uzun yaradıcılıq məzuniyyətinin qəbuluna qərar verdilər.Teymur Nadir Azərbaycanı tərk etmək kimi ağrılı bir qərar aldı və Moskvaya köçdü.2005-ci ilin sentyabrında "ColDünya" Alim Qasımovla birlikdə fransız mətbuatının "müasir etnik mədəniyyətdə sıçrayış" adlandırdığı "Oyanış" albomuna görə Fransa Musiqi akademiyası mükafatına layiq görüldü.2008-ci ilin fevralında dörd illik fasilədən sonra qrup "Əhatə Dairəsi Xaricində" adlanan və 2009-cu ildə işıq üzü görən növbəti studiya albomunun yazılması üçün studiyada toplandılar.
Başqa musiqiçilərlə əməkdaşlıq
2005-ci ildə Moskvada Teymur Nadir bas-gitaraçı Stas Kalaşnikovla birlikdə rus fyujn-səhnəsində ən maraqlı layihələrdən biri sayılan KalashnikovBand qrupunu yaradır.Teymur layihəyə Azərbaycan xalq musiqisinin bir hissəsini gətirir,həmçinin qrup üçün bir neçə kompozisiya da yazır. KalashnikovBand-dakı işi ilə paralel Teymur Nadir 2009-cu ilin fevralında mədəniyyət və incəsənət sahəsində 2010-cu ildə Rusiya Federasiyasının Prezident mükafatına layiq görülmüş əfsanəvi rus caz musiqiçisi,saksafonçu Sergey Letovla "Немое кино — Живая музыка" ("Səssiz film-Canlı musiqi") layihəsində əməkdaşlıq etməyə başladı.İmprovizasiya prosesində musiqiçilər 1923-26-cı illərdə alman rəssamı və rejissoru Lotto Rayninqerin yaratdığı "Şahzadə Əhməd" cizgi filminin tarixində ilk dəfə olaraq inanılmaz musiqi palitrası yaratdılar.2010-cu ilin aprelində Teymur Nadir məşhur Azərbaycan rok qrupu Unformal-ın yaradıcısı və eks-vokalçısı,indi isə Moskvanın məşhur "Ponço Panamas" qrupunun vokalçısı Rüstəm Məmmədovla birlikdə "Varmı bir insan?" albomunu hazırladı.
Solo karyera
2010-cu ildə Teymur Nadir özünün ilk mahnısı olan "Kəpənək"-i yazdı və solo fəaliyyətə başladığını,həmçinin ilk solo albomu üzərində çalışdığını elan etdi.Teymur soprodüser kimi val üzərində işləmək üçün öz keçmiş yoldaşı,gözəl musiqiçi və səs rejissoru Pavel Bulakı dəvət etdi.Albom üzərində işləmək üçün həmçinin barabançı İlya Lipatov,tanınmış caz saksafonçu Sergey Letov, Salman Abuyev və başqaları cəlb olundular.Bundan əlavə,musiqiçi bildirdi ki,mahnıların çoxuna videokliplər çəkiləcək.
Nailiyyətlər,nominasiyalar və mükafatlar
Teymur Nadir geniş beynəlxalq məşhurluq qazanmış və BBC-nin ən yaxşı xarici hitlərnin onluğuna daxil olmuş (1996) "Sehrbaz" kompozisiyasının müəllifi və ifaçısıdır ("ColDünya" qrupunun tərkibində). Teymur Nadir ("ColDünya" qrupunun tərkibində) Azərbaycanın ən yaxşı pop-sənətçisi adını almışdır (2000-ci il,4-cü yer). Teymur Nadir ("ColDünya" qrupunun tərkibində) "Məktub" albomuna görə Azərbaycan Milli musiqi Mükafatının qalibidir(2002-ci il). Teymur Nadir ("ColDünya" qrupunun tərkibində və Azərbaycanın xalq artisti ,UNESCO mükafatının qalibi Alim Qasımovla birlikdə) "Oyanış" albomuna görə Fransa musiqi Akademiyası Mükafatının qalibidir(2005-ci il).
Diskoqrafiya
"Nota Bene" ("ColDünya" qrupunun tərkibində)-1996
"Demo" ("ColDünya" qrupunun tərkibində)-1999
"Azerirock" (prodüser,"Open Society Institute Azerbaijan" ilə birlikdə)-2001
"Məktub" ("ColDünya" qrupunun tərkibində)-2002
"Oyanış" ("ColDünya" qrupunun tərkibində və Azərbaycanın xalq artisti ,UNESCO mükafatının qalibi Alim Qasımovla birlikdə)-2003
"Дети разных народов" ("ColDünya" qrupunun tərkibində,yığma)-2005
"Азирис Нуна" ("ColDünya" qrupunun tərkibində,bədii film musiqisi,yığma)-2005
"Əhatə Dairəsi Xaricində" ("ColDünya" qrupunun tərkibində)-2009
"Varmı bir insan?" (Rüstəm Məmmədovla birlikdə)-2010
Xarici keçidlər
- http://www.rockzone.az/?act=article&id=43 Arxivləşdirilib 2010-11-28 at the Wayback Machine
- http://www.echo-az.com/archive/2003_02/531/culture.shtml%5B%5D
- http://www.gromko.ru/reviews/gnames/article23774.html?month=6&year=2003%5B%5D
- http://www.gromko.ru/reviews/gnames/article23774.html?month=6&year=2003%5B%5D
- http://kultura.az/articles.php?item_id=20090209052018469&sec_id=3%5B%5D
- http://spb.geometria.ru/announcements/gigs/2010/10/14/52357%5B%5D
- http://www.placeclub.ru/content/141010-nemoe-kino-zhivaya-muzyka-sergei-letov-teimur-nadir-moskva Arxivləşdirilib 2010-12-18 at the Wayback Machine
- http://www.zerkalo.az/2010-05-01/culture/9109-unformal-koncert-rok/print%5B%5D
- http://www.facebook.com/note.php?note_id=149393451753567
- http://rockzone.az/index.php?act=article&id=9 Arxivləşdirilib 2013-03-12 at the Wayback Machine
- http://www.salonav.com/arch/2005.02/Ethnic.htm
- http://www.trend.az/life/showbiz/1420826.html
- http://rockzone.az/index.php?act=article&id=7 Arxivləşdirilib 2013-03-12 at the Wayback Machine
- http://www.azadliq.org/content/article/2017918.html
Wikiwand in your browser!
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.