Hesiodun poeması From Wikipedia, the free encyclopedia
Teoqoniya (yun. Θεογονία, "tanrıların yaranması") e.ə. VII – VIII əsrlərə aid Hesiod tərəfindən yazılmış, tanrıların yaranması və onların nəsilləri haqqında poema, Avropanın ən qədim ədəbiyyat əsərlərindən biri.
Teoqoniya | |
---|---|
q.yun. Θεογονία | |
Müəllif | Hesiod |
Yazılma ili | VII əsr |
Vikianbarda əlaqəli mediafayllar |
Hesiodun "Teoqoniya" mənzum əsəri muzalara xitabən başlayır, sonra isə əsərdə ardıcıllıqla dünyanın yaranması, titanlar, olimplər və mifoloji qəhrəmanlardan bəhs edilir.
ƏsƏrin dili ilə desək:
Ən əəvvəl Xaos (boşluq, qarma-qarışıqlıq ya fəza) olmuşdur. Xaos təkbaşına, kimsəsiz, qarma-qarışıqla dolu puç bir həyat sürərmiş. Əvvəllər nə günəş, nə işıq, nə yer, nə də göy varmış tək Xaos – ucsuz bucaqsız zülmət varmış. Tənhalıqdan təngə gələn Xaos dünyanı yaratmaq qərarını verir. İlk olaraq o, gözəl və həyat qüvvəsinə malik ilahəni yeri – Geyanı yaradır. Yer böyüyərək dünyanın başlanğıcını qoymuş olur. Sonra Xaos Tartar adlı axirətin dibini ya cəhənnəmin dibini yaradır, daha sonra Niks adlı gecəni, Ereb adlı qaranlığı yaratmışdır ki, onlardan isə öz növbəsində Efir adlı şəffaflıq ya göy üzü və Hemera adlı gün yaranmışdır. Geya öz növbəsində Uran adlı göyü və nimfaları doğmuş olur. Geya – yer Uran – göy cütlüyündən titanlar, Kikloplar və hekatonxeyrlər doğulmuş olurlar.
Ondan törənmiş titanlar dəhşətli ilahi qüvvəyə malik idilər. Belə ki, titan Okean çox nəhəng olub yeri tamam bürümüşdür. Uşaqları dəhşətli və kinli olduqları, ona hörmətsizlik etdikləri üçün səltənətinin və taxtının devrilməsindən ehtiyat edərək onları Geyanın – yerin bətnində – zülmət Tartarda gizlətmişdir.
Bətnindəki ağırlıqdan əzab çəkən yer uşaqlarını ata Urana qarşı usyana çağırır. Geyanın bu çağırışına səs verən kiçik oğlu zaman – Kron olur. Qisas almaq üçün nəhəng oraq düzəldərək buludlar arasında gizlənərək Uranın yatmasını gözləyir. Kron atası Uranı oraqla cinsiyyət üzvünü kəsərək axtalayır. Uranın törədicilik qabiliyyəti o qədər güclü olmuşdur ki, yerə düşən qan damcısından Erinilər və nəhənglər törəyir. Dənizə atılmış qanlı cinsiyət vəzisindən ağ köpük əmələ gəlir ki, ondanda Afrodita yaranmış olur. Nərilti cəkən Uran oğlu Kronu onun da öz övladlarından bunu görməsini deyərək nəhlətləyir. Kron buna əhəmiyyət verməyərək qardaş və baciları titanları zülmətdən azad edir. Təkcə yüzqollulardan ehtiyat edərək onları tartarda saxlayır. Onun bu hərəkətinə tək Okean bəraət qazandırmır və ondan ayrılaraq yerin küncünə cəkilərək orada yaşayır. Kronun bu cinayəti dünyada bəb əməllərin meydana çıxmasına səbəb olur. Kronu cəzalandırmaq məqsədilə Niks bir sıra acıq, kədər, bədbinlik ilahələrini: Tanat – ölüm, Apata – yalan, Erida – qalmaqal, dəhşətli yuxu, Moyralar – taleh ilahələrini və s. dünyaya gətirmiş olur.
Sonra Reya və Krondan yeni tanrılar dünyaya gəlmişdir. Tanrı Kron bir vaxtlar onun özünün atası Uranın hakimiyyətini ələ keçidiyi kimi, uşaqlarının da onun hakimiyyətini ələ keçirə biləcəklərindən ehtiyat edərək onları udmuşdur. Bu səbəbdən ilahə Reya Zevsi Krondan gizlin olaraq Krit adasındakı Psixro mağarası adlanan bir yerdə dünyaya gətirmişdir. Reya əri Kronu aldadaraq ona yemək üçün Zevsi yox, bələnmiş daş parçasını vermişdir. Böyüyüb başa çatdıqdan sonra Zevs atası Kronu əvvəlcə daşı, sonra uşaqları qusaraq geri qaytarmağa məcbur edir. Qardaşları Aid və Poseydonun köməyi ilə atasını əl çəkməyə məcbur edərək onu taxt-tacına sahib olurlar. Beləki, bütün yer üzünün tanrısı Zevs, yeraltı dünyanın – cəhənnəmin tanrısı Aid, dənizlərin tanrısı isə Poseydon olur.
Teoqoniyada daha sonra olimplərdən, titanomaxiyadan, qiqantomaxiyadan, Pandora mücrüsündən də bəhs edilir.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.