Tanrıverdi Qiyas oğlu Mustafayev (4 yanvar 1962, Gölkənd, Krasnoselsk rayonu) — "Bakı Elektrikşəbəkə ASC"nin Mətbuat xidmətinin rəhbəri, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İctimaiyyətlə Əlaqələr şöbəsi, biologiya elmləri namizədi.[1]
Cəld faktlar Doğum tarixi, Doğum yeri ...
Bağla
Tanrıverdi Mustafayev 1962-cı il yanvarın 4-də Qərbi Azərbaycanın, Çəmbərək rayonunun Gölkənd kəndində kolxozçu ailəsində anadan olub.
- 1969-ci ildə doğma kəndlərindəki orta məktəbin birinci sinfinə gedib.
- 1979-ci ildə orta məktəbi başa vuraraq, Azərbaycan Politexnik İnstitutunun (indiki Azərbaycan Texniki Universitetinin) Avtomatika və Hesablama Texnikası fakültəsinin Sənaye elektronikası ixtisasına qəbul olub.
- 1984-cü ildə ali təhsilini uğurla başa vurub, təyinatla Kənd Təsərrüfatı Nazirliyinin Elmi-Təhqiqat Əkinçilik İnstitutunda kiçik elmi işçi vəzifəsində çalışmağa başlayıb.
- 1985-cil ilin aprelindən 1987-ci ilin aprelinə qədər göndərişlə Moldova EA-nın Ekoloji Genetika İnstitutunun İxtisasartırma və İxtisasdəyişmə Fakültəsində təhsilini davam etdirib.
- 1987-ci ilin oktyabrında Moldova EA-nın Ekoloji Genetika İnstitutunun aspiranturasına daxil olub.
- 1991-ci ildə aspiranturanı bitirib və biologiya elmləri namizədi elmi dərəcəsi alıb.
- Hələ Sovet dövründə Moldova ilə Azərbaycan arasında elmi, mədəni əlaqələri saxlamaq və daha da inkişaf etdirmək üçün Moldova Azərbaycanları adət-ənənələri mərkəzi - “Araz” cəmiyyəti yaradıb.
- Moldovanın Nazirlər Soveti yanında Milli Münasibətlər üzrə Dövlət Departamentinə (MMDD) işə dəvət olunub. Həmin Departamentdə Moldovada yaşayan azlıqlarla iş şöbəsinin müdiri təyin olunub.
- 1997-ci ildə Moldova prezidentinin Azərbaycana rəsmi səfəri çərçivəsində nümayəndə heyəti ilə birlikdə ölkəmizə gəlib və Heydər Əliyevlə görüşüb.
- 1998-ci ildə Moldova-Türkiyə hökumətlərarası iqtisadi, mədəni, elmi əlaqələr komissiyasının üzvü olub.
- 2001-ci ilin noyabrına qədər həmin vəzifədə çalışıb. 2001-ci ilin noyabrında Moldova nümayəndə heyəti tərkibində Dünya Azərbaycanlılarının I Qurultayında iştirak edib.
- 2002-ci ilin əvvəlində yenidən Moldovadan Azərbaycana gəlib. Fevral ayının 7-də Moldovadakı işini Azərbaycandakı işlə dəyişib: “Barmek” Azərbaycan Elektrik Şəbəkəsinin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri təyin olunub. Hazırda "Bakı Elektrikşəbəkə ASC"nin Mətbuat xidmətinin rəhbəridir.
- 2018-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif olunub.[2]