Tamilla Şirəliyeva
azərbaycanlı balerina və baletmeyster From Wikipedia, the free encyclopedia
Tamilla Xudadat qızı Şirəliyeva (8 dekabr 1946, Bakı – 12 mart 2025, Bakı) — Azərbaycanın balet artisti, Azərbaycan SSR xalq artisti (10.01.1978), SSRİ Dövlət mükafatı laureatı (1980), Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının quruluşçu baletmeysteri.
Tamilla Şirəliyeva | |
---|---|
Tamilla Xudadat qızı Şirəliyeva | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | (78 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Vəfat səbəbi | Beyin qansızması |
Dəfn yeri | |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Fəaliyyəti | balerina, baletmeyster |
Fəaliyyət illəri | 1965–2025 |
Mükafatları |
![]() ![]() |
Həyatı
Şirəliyeva Tamilla Xudadat qızı 8 dekabr 1946-cı ildə Bakı şəhərində anadan olmuşdur. Bakı Xoreoqrafiya Məktəbini bitirmişdir (1964). Həmin ildən Azərbaycan Dövlət Opera və Balet Teatrının solistidir. Qaraca qız ("Qaraca qız", Əşrəf Abbasov), Gülyanaq ("Qız qalası", Əfrasiyab Bədəlbəyli), Məhmənəbanu ("Məhəbbət əfsanəsi", Arif Məlikov), Ayişə, Fiyetta ("Yeddi gözəl", "İldırımlı yollarla", Qara Qarayev), Odetta-Odilliya ("Qu gölü", Pyotr Çaykoski), Kitri, Paxita ("Paxita", L. Minkus), Şəhrizad ("Min bir gecə", Fikrət Əmirov) və s. əsas partiyalarıdır. 1977-ci ildən pedaqoji fəaliyyət göstərib.
Tamilla Şirəliyeva uzun müddət şəkərli diabetdən əziyyət çəkmiş və böyrəklərində yaranmış problem səbəbi ilə əməliyyat olunmuşdur. O, 12 mart 2025-ci ildə beyninə qan sızması nəticəsində vəfat edib[1] və "Qurd qapısı" qəbiristanlığında dəfn edilib.[2]
Mükafatları
- Azərbaycan SSR əməkdar artist — 21 may 1970[3]
- Azərbaycan SSR xalq artisti — 10 yanvar 1978[4]
- Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü — 11 iyun 2002[5]
Quruluş verdiyi baletlər
- Xeyir və Şər (1992)
- Xəzər balladası (balet) — 2001-ci il II redaksiyada
- Qafqaza səyahət (2002)
- Rast (2004)
Filmoqrafiya
İstinadlar
Wikiwand - on
Seamless Wikipedia browsing. On steroids.