Talabıqışlaq
From Wikipedia, the free encyclopedia
From Wikipedia, the free encyclopedia
Talabıqışlaq — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd.
Talabıqışlaq | |
---|---|
41°19′07″ şm. e. 48°43′34″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Quba rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 330 m |
Saat qurşağı | |
Talabıqışlaq oyk, mür. Quba r-nunun Talabı i.ə.v.-də kənd. Dağətəyi düzənlikdədir. Kəndi Baş Talabıdan çıxan ailələr yaratmışlar. Bu coğrafi ad Talabı (oyk.) və qışlaq sözlərindən ibarət olub, “Talabı kəndinə məxsus qışlaq” mənasındadır. Yaşayış məntəqəsi vaxtilə Talabı kəndinə məxsus qışlaq yerində salındığına görə belə adlanmışdır.[1]
Çox maraqlı toy adətləri var. Bəy tərifi olanda bəyin qabağına qız evi xoruzu konfetlə qoz və fındıq ləpələri ilə bəziyib aparırlar. Bəy evi də bu xonçası qəbul edib onun əvəzində xonçanı gətirənə şirinlik verir. Bəy tərifi zamanı bəyin boynuna çoxlu xələtlər (parçalar) atırlar və hamı bəyi və yanındakı solduş və sağdışı öpür. Əgər bu vaxt bəy üzünü silərsə, onda bəy cərimələnir.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.