TRT Kurdî

From Wikipedia, the free encyclopedia

Remove ads

TRT Kurdî, 25 dekabr 2008-ci ildə test yayımına başlayan ictimai, çoxdilli televiziya kanalı. Kanal 1 yanvar 2009-cu il tarixində Türkiyə Radio Televiziya Qurumuna bağlı olaraq normal yayıma başlamışdır. "Türkiyənin zənginliyini və rənglərini ekrana daşıma" məqsədilə qurulmuşdur. 10 yanvar 2015-cu il tarixində isə quruluş adı olan "TRT 6", "TRT Kurdî" olaraq dəyişdirilmişdir.

Cəld faktlar Ölkə, Yayım ərazisi ...
Remove ads

Kanal əsasən Kürd dilinin "Kurmanci" və "Sorani" ləhcələrində və Zaza dilində yayımlanır. 25 dekabr 2008-ci ildə cümə axşamı günü test yayımına başlayan kanal, İstiqlal marşından sonra ilk olaraq Rojin tərəfindən səsləndirilən Türkiyə Qurtuluş Savaşı dövründə həyatını itirənlər üçün yandırılan bir türkü ilə açılmışdır. Kanalın təqdimatlarında "Em di bin eynî esmanî da ne" (Eyni Səmanın altındayıq) sözü ön plana çıxmışdır. Açılışı Ciwan Haco və Rojin konsertləri ilə başlayacağı elan edilsə də bu xəbərlər sənətkarlar tərəfindən yalanlanmışdır. 1 yanvar 2009-cu il tarixində Türkiyə vaxtı ilə saat 19:00-da rəsmi açılışına İstiqlal marşı ilə başlayan kanalın ilk proqramında Nilüfer Akbal və Rojin aparıcılığını etmişdir. İlk proqramda Türkiyə prezidenti Abdullah GülTürkiyə baş naziri Rəcəb Tayyib Ərdoğanın kanalla bağlı ismarıcları Kürd dilində dublyaj və Türk dilində altyazı yayımlanmışdır. Kanal İstanbul, Ankara, İzmir, Adana, Diyarbəkir, Van və Nusaybində daha çox izlənilməkdədir.

Bundan əlavə kanalın qeyri-rəsmi səbəbi də "Kürdüstan Fəhlə Partiyası"nın yayım orqanı olanı olan "Roj TV"nin təsirini azaltmaqdır.

Remove ads

Xarici keçidlər

Loading related searches...

Wikiwand - on

Seamless Wikipedia browsing. On steroids.

Remove ads