Tərki şamxallığı — X əsrdən 1867-ci ilədək Dağıstan ərazisində mövcud olmuş feodal dövlət.
Xanlıq | |||
Tərki şamxallığı | |||
---|---|---|---|
|
|||
|
|||
Paytaxt | Tərki | ||
Dilləri | Qumuq dili | ||
Rəsmi dilləri | Qumuq dili | ||
Dövlət dini | İslam | ||
İdarəetmə forması | Mütləq monarxiya |
Tarixi
Övliya Çələbi bu xanlığın torpaqları üçün "Kumuğıstan" və "Dağıstan-i Qumuq" təbirlərini işlətmişdir[1]. Şamxal dağlıq bölgədə iqamət edirdi. Şamxallığın mərkəzi Tərki kəndi idi.
Şamxal Çobanın 1578-ci ildə ölümü üzərinə yerinə keçən oğlu Sultan But zamanında idarə mərkəzi Teymurxan-Şuraya köçürüldü. Bu xanlığın Dağıstanın ən şimalında yer alması, Qazan və Həştərxan xanlıqlarının yıxılmasının ardından daha cənuba enmə fürsəti tapan ruslarla qumuqların qarşı qarşıya gəlməsinə yol açdı. Qumuqlar, 1586-cı ildən etibarən başlayan Rus hücumlarına və işğal hərəkətlərinə qarşı, digər müsəlman Qafqaz xalqlarıyla birlikdə XVI–XVIII əsrlər arasında osmanlıların da dəstəyini alaraq XIX əsrin ikinci yarısına qədər sürəkli mübarizə apardılar.
Tarixi mənbələrdə III Surxay Gəray şamxal Müzəffər oğlu "Şamxal-şah", "Dağıstan padşahı" titulları altında məşhurdur. Bu ləqəb (titul) altında müasirləri onu vətən qarşısında böyük xidmətlərini qeyd edib, etiraf ediblər.
Hələ erkən uşaqlıq illərində atası Gəray şamxal Surxayı Böyük Şah Abbasa amanat[2] vermişdi. İsfahanda şah sarayında tərbiyə alan Surxay о dövrün mükəmməl təhsilinə yiyələnmiş səfəvilərlə geniş və sıx əlaqələr qurmuşdu. 1636-cı ildə Tarkuda qonaq olmuş Adam Olearinin sözlərinə görə о vaxt "Tarku şəhərinin və bütün bu yerlərin baş hakimi olmuş Surxay[3] "İran şah sarayı mənşəyi ilə öyünür" və "farslarla xeyirxah dostluğunu saxlayırdı".
Şamxal olduqdan sonra, III Surxay, Tarku Kumık dövlətinin güclənib möhkəmlənməsi və onun beynəlxalq nüfuz və hörmətinin yüksəlməsi üçün çox böyük işlər gördü. Öz ulu babası Çoban şamxal Möhtəşəmdən və atası Gəray şamxal Müzəffərdən (Fateh) sonra X əsrin sonu və XVII əsrin ikinci yarısında qüdrətli kumık hakimləri sırasında məhz Surxay üçüncü idi.
Aydəmir şamxalın ölümündən sonra Surxay şamxal seçildi, hərçənd о Tarkuda kumık taxt-tacına 1635-ci ildən iddia edirdi. Onun hakimiyyət dövrü Kumıkiyanın və bütün Dağıstan tarixinin təkrarsız epoxasını təşkil edir. Onun simasında XVII əsrin ortalarında Şimali Qafqaz siyasi səhnəsində I Şah Səfi kimi güclü müttəfiqi və himayəçisi olmuş, qüdrətli və iddialı hakim gəlmişdi.
I Şah Səfi Surxaya ildə 200 tümən məvacib (2000 rub.) təyin edib, hərbi yardım etmək və onun sərəncamına qoşun vermək haqda öhdəlik götürdü. Qeyd etmək lazımdır ki, о dövrdə Surxayın həm də, əmisi Tarkulı Eldar şamxalın oğlu Alxas mirzə (Səfiqulu xan) Səfəvilərin İran hakimiyyəti iyerarxiyasında mühüm yer tuturdu. Bəylərbəyi, hakim olaraq о uzun müddət İrəvanı və Şirvanın bir hissəsini idarə edirdi və həm də, Surxaya himayədarlıq etmişdi.
Surxayın analoji müttəfiqlik loyal münasibətləri II Şah Abbasla da, yaranmışdı. II Şah Abbasın hakimiyyətinin başlanğıcında (1642-ci ildən) aid edilən məlumatlarda deyilir ki, "guya bağlanmış müqavilənin şərtlərinə görə dağlı hakimlər şahın hakimiyyətini qəbul etməyi öhdələrin götürür əvəzində isə о[4] onlara hər il bəxşişlər və hədiyyələr verməyi vəd edib". Hər halda Surxay şahdan məvacib və "şahın təbəəliyini qəbul edənlərə verilən libas" alıb; öz möhüründə isə: "Şah Abbasın qulu Surxay şevkal" göstərib, bu isə Ter Voyevodalarının[5] narazılığına səbəb oldu, zira həmin möhürlə о digər məktubda özünü həm də Moskva çarının təbəəsi olduğuna işarə edib, lakin Surxayın İranın və Mоskvanın təbəəliyini etiraf etməsi "sırf nominal səciyyə daşıyırdı, belə ki, çarın "nökəri", şahın "qulu" əslində öz knyazlığının daxili işlərində tamamilə müstəqil idi". Buna xarici məsələləri də, əlavə edə bilərik, belə ki, bu və ya digər feodalın şəxsi marağı onun üçün digər ölkələr qarşısında götürdüyü öhdəliklərdən daha önəmli idi.
Hökmdar keyfiyyətlərinə və böyük həqiqi iradə gücünə malik insan kimi Surxay daxili feodal çəkişmələri və davaları nəticəsində zəifləmiş və yarıdağınıq vəziyyətdə olan Tarku dövlətinin sıçrayışla möhkəmlənməsini həyata keçirdi, kumıkların və kumık torpaqlarının "toplanması" (bərpa edilməsi Ə. Ç.) siyasətini yürüdərək, eyni zamanda öz təsirini həm də, qonşu cəmiyyətlərə və xalqlara göstərirdi.
Tərki şamxallığı və Quba xanlığı
Cənubi Dağıstan feodalları Dərbəndin mühüm strateji əhəmiyyətini yaxşı başa düşürdülər. Dərbənd xanı, öz növbəsində, hakimiyyətinin zəif olmasını və əhalinin Quba xanlığına meyilini görürdü, lakin aralarında sıx birlik olmayan cənubi dağıstanlılar öz şəxsi mənafeləri naminə Dərbəndin parçalanmasına razılıq verməyə hazır idilər. Odur ki, xan onları tovlayıb ittifaqa gətirdi. Fətəli xan Cənubi Dağıstan feodallarından Tərki şamxalı Murtuzəli, Qaraqaytaq usmisi Əmir Həmzə və Tabasaran hakimi ilə sazişə girdi. Qazıqumuğu isə zərərsizləşdirdi.
Tərki şamxalları
- Surxay (1641–1668)
- Buday (1668–92)
- I Murtuzəli (1692–1700), Surxayın oğlu
- Umalat xan (1717–1719)
- Adil Gəray (1719–1725), Budayın oğlu
- Xasbolat (1725–63), Adil Gərayın oğlu
- I Bammat (Tişsiz; 1763–65), Adil Gərayın nəvəsi
- I Mehdi (Şirdənçi; 1765), I Murtuzəlinin oğlu
- II Murtuzəli (1765–1783), I Mehdinin oğlu
- II Bammat (1783–1794), I Mehdinin oğlu
- II Mehdi (1794–1830), II Bammatın oğlu
- Süleyman Paşa Tarkovski (1830–1836), II Mehdinin oğlu
- Əbumüslüm xan Tarkovski (1836–1860), II Mehdinin oğlu
- Şəmsəddin xan Tarkovski (1860–1867), Əbumüslüm xanın oğlu
İstinadlar
Wikiwand in your browser!
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.