Təklif
From Wikipedia, the free encyclopedia
From Wikipedia, the free encyclopedia
Təklif - istehsalçıların müəyyən bir qiymətə və müddətdə məhsulu hansı miqdarda satmağa hazır və imkanı olduğunu göstərir. Təklif müəyyən dövr ərzində bazarda olan, yaxud bazara çıxarıla bilən əmtəə və xidmətlərin kəmiyyəti (həcmi, miqdarı) və ya onun pul ilə dəyəridir. Təklif istehsal prosesi ilə sıx bağlı olsa da, ondan fərqlənir. İstehsal prosesi maddi nemətlərin hazırlanması ilə bilavasitə bağlı olduğu halda, təklif əmtəə-xidmətlərin mübadiləsi, satışı, reallaşdırılması münasibətlərini əks etdirir. Normal bazar münasibətləri şəraitində, adətən təklif istehsal həcmindən aşağı olur. Buna səbəb ölkədə istehsal olunmuş məhsulların təkcə daxili bazarda deyil, eyni zamnanda xarici bazarda satışı, yaxud digər dövlətlərə ixracıdır.
Tələb kimi təklif də qrafikdə əyri kimi ifadə olunur, və əsasən qiymətdən müsbət və ya düz şəkildə asılıdır. Təklifə də müvafiq olan qanun mövcüddur: bütün digər şərtlər dəyişməyən halda, qiymətin artımı təklifin artmasına da səbəb olur.[1][2] Qiymət istehsalçı üçün gəlirin göstəricidir, ona görə də yüksək qiymət onu bazara daha çox mal təklif etmək və satmaq təşviq edir.
İstehlakçıların müəyyən zaman kəsiyində satmaq istədikləri və satmağa qadir olduqıarı əmtəə və ya xidmətlərin miqdarına təklifin həcmi deyilir.
Təklifin artımına (təklif əyrinin sağa çəkilməsi) və ya azalmasına (təklif əyrinin sola çəkilməsi) səbəb ola bilən bir neçə amillər mövcüddur. Bunlardan:
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.