From Wikipedia, the free encyclopedia
Təkəli Lələ Mehmed Paşa (ö. 29 noyabr 1595) — III Mehmed dönəmində 10 gün Osmanlı imperiyasının sədrəzəmi olmuş dövlət adamıdır. Osmanlı mənbələrində "Nişançı" ləqəbi ilə anılır.[1]
Təkəli Lələ Mehmed Paşa | |
---|---|
لالا محمد باشا من تيكيلي | |
18 noyabr 1595 – 29 noyabr 1595 | |
Əvvəlki | Qoca Sənan Paşa |
Sonrakı | Qoca Sənan Paşa |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1500-cü illər |
Vəfat tarixi | |
Vəfat yeri |
Əslən türkdür. Şahzadə Muradın Manisa sancaqbəyliyi dövründə divan çavuşu olmuş, şahzadənin taxta çıxışının ardından Manisaya gələn oğlu Şahzadə Mehmedə lələ olmuşdur. Bu səbəblə lələ ünvanı almışdır. III Mehmed taxta çıxdıqdan sonra onunla birlikdə paytaxta gəlmiş, çox keçmədən də sədrəzəmliyə yüksəlmişdir.[2]
Ancaq yalnız bir dəfə divan məclisinə qatılmış, şirpəncəsi (qarayara) adlanan xəstəliyə tutularaq sədarətinin 10-cu günü vəfat etmişdir. Vəfa məscidi məzarlığına dəfn olunmuşdur.[3]
Təkəli Lələ Mehmed Paşanın qaynanası olan Həlimə xatun isə Şahzadə Mehmedin süd anası olmuş, qarşılığında III Mehmed onun adına Manisada külliyə inşa etdirmişdir. Övliya Çələbinin yazdığına görə, Arslan Paşa adlı bir oğlu dövlət vəzifəsinə gətirilmişdir.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.