From Wikipedia, the free encyclopedia
Təbriz Milli Kitabxanası — Hacı Məhəmməd ağa Naxçıvani və Hacı Hüseyn Naxçıvani kimi xeyriyyəçilərin qiymətli kitablarını bağışlaması və Təbriz əhalisinin yardımı ilə 1956-cı ildə təsis olunmuş kitabxana.[2]
Təbriz Milli Kitabxanası | |
---|---|
Ümumi məlumatlar | |
Ölkə | |
Yaradılıb | 1956 |
Ünvan | Təbriz |
Sayt | tabrizcentlib.ir |
Təbriz Milli Kitabxanası Əli Dehqan Mədəniyyət naziri və əyalətin valisi olduğu dövrdə açılıb. Kitabxananın açılmasına ən böyük dəstəyi Hacı Məhəmməd ağa Naxçıvani və Hacı Hüseyn Naxçıvani qardaşları da göstəriblər. Onlar təqribən öz kolleksiyalarında olan 4200 nüsxədən ibarət əlyazma və kitablarını milli kitabxanaya bağışlayıblar. Məhəmməd Naxçıvani həm də xeyriyyəçi kimi kitabxananın tikintisinə 100 min rial pul da bağışlayıb.
Təbriz əhalisi və eləcə də Əli Dehqanın təşkilatçılığı ilə Təbriz məktəblilərinin hər biri 10 rial miqdarında yardım edərək kitabxananın binasının tikintisinə pul toplayıblar. Tikinti davam etdikcə pul azalır və nəticədə Əli Dehqan Tehrana gedib kitabxananın tikintisi üçün oradakı azərbaycanlılardan pul yığmağa başlayır. Burada Azərbaycan millət vəkili Əmir Nüsrət İskəndəri ilə görüşür. Onlar birlikdə böyük Mahmud Cəm bağına 60–70 varlı və mədəniyyətsevər azərbaycanlını toplayaraq məsələni izah edirlər. Gələnlərin hər biri kitabxananın tikintisi üçün dəstək verir beləcə Ərk qalasının yaxınlığında dövlətin dəstəyi olmadan yalnız vətəndaşların dəstəyi ilə gözəl bir bina tikilir. M. Naxçıvaninin vəsiyyətinə əsasən, oğlu Rza Naxçıvani atasının qalan kitablarını və şəxsi arxivini Təbriz Milli Kitabxanasına təhvil verib. Kitabxananın ilk müdiri isə Əziz Dövlətabadi olub.[3]
Kitabxana 1966-cı ildə YUNESKO-nun mədəni dəyərlər siyahısına salınıb. Bununla da onun bütün nəşrlərindən pulsuz yararlanma hüququ qazanıb. Yəni YUNESKO xətti ilə buraxılan kitab, jurnal və digər nəşrlərin nüsxələri pulsuz olaraq Təbriz Milli Kitabxanasına göndərilir.[4] Hazırda Təbriz Milli Kitabxanasının 5 əsas kitab və jurnal-qəzet xəzinəsi mövcuddur; onlarda 400 mindən artıq kitab və əlyazma, 2090 adda 80 mindən çox dövri nəşr nüsxəsi qorunub saxlanılır. Kitabxanada internetə qoşulu ən müasir kompüterlərlə təchiz edilmiş müasir oxu zalları, konfrans otaqları, çapxana, texniki, xidməti və idari bölmələr fəaliyyət göstərir. Hətta burada fiziki qüsurlu şəxslər üçün xüsusi təlim mərkəzi də var.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.