From Wikipedia, the free encyclopedia
Türkiyədə islam — ən çox yayılmış dindir. Türkiyədə İslamın mövcudluğu 11-ci əsrin ikinci yarısına, Səlcuqluların Şərqi Anadoluya yayılmağa başladığı vaxta təsadüf edir.[1] Optimarın 2019-cu ildə keçirdiyi sorğuya əsasən, Türkiyə əhalisinin 89,5%-ni islam dininə mənsub insanlar təşkil edir. Sünnilər müsəlmanların 60%-ni təşkil etdiyi halda, ələvilərin ümumi əhaliyə nisbəti 37%-dir. Digər müsəlman icmalarının (Cəfərilər, Nusayrilər və On ikiliklər) əhaliyə nisbəti 3%-dir.[2][3][4]
Anadoluda mövcud olan rəsmi İslam məzhəblərinə mənsub insanlar tərəfindən inkişaf etdirilən İslam inancında Əhməd Yəsəvi (Yesevilik), Rumi (Mövləvilik), Hacı Bektaş-ı Vəli (Bektaşizm) və məzhəb başçılarının təlimlərinə əməl edirlər. Hacı Bayram-ı Vəliyə (Bayramilik) tez-tez rast gəlinir.
Türkiyənin müsəlman əhalisinin 60%-i sünni olaraq tanınır. Türkiyədəki türk və digər etnik sünnilərin əksəriyyəti Hənəfi məzhəbinə mənsubdur. Türklər arasında Şafi məzhəbinə mənsub olanlara nadir hallarda rast gəlinir.[5][6] Kürdlərin çoxu isə Şafi məzhəbindəndir, az bir hissəsi isə Hənəfi məzhəbinə tabedir. Diyanət İşləri Başçılığının 2014-cü ildə apardığı araşdırmaya görə, Malikiliyə tabe olanların nisbəti mində 3, Hənbəli məzhəbinə tabe olanların nisbəti isə mində 1-dir.[7]
Müsəlman əhalidə sünnilərdən sonra gələn təbəqələr ələvilər və şiələrdir. Ələvilik türk tarixində mühüm rol oynamışdır. Ələvilərə daha çox Türkiyənin Tunceli, Malatya, Sivas, Çorum, Maraş, İstanbul və digər böyük şəhərlərində rast gəlinir. Əhalinin 4%-i cəfəridir. Bu da say baxımından 3 milyon əhali edir.[8][9]
Diyanət İşləri Başçılığı 3 mart 1924-cü ildə Mustafa Kamal Atatürkün əmri ilə 429 saylı qanunla Türkiyə Baş Nazirliyinə bağlı bir təşkilat olaraq quruldu. İslam dininin inancları, ibadətləri və əxlaqi prinsipləri ilə bağlı işlərin görülməsi, cəmiyyətin din haqqında maarifləndirilməsi və ibadət yerlərinin idarə edilməsi Dini İşlər İdarəsi tərəfindən həyata keçirilir.[10]
Türkiyə Cümhuriyyəti qurulmazdan əvvəl Osmanlı dövründə (1299-1922) İslam dini dövlət dini olaraq müəyyən edilmişdir. Bu vəziyyət respublikada 1928-ci ilə qədər davam etdi.[11]
Türkiyə Respublikası Diyanət İşləri Başçılığının 2016-cı il statistik məlumatlarına görə, Türkiyədə 89 min 445 məscid var. Təkcə İstanbulda 3530 məscid və 120 türbə var. Türkiyənin ən məşhur məscidlərindən biri də Göy Məsciddir.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.