From Wikipedia, the free encyclopedia
Tünzalə Ağayeva (21 oktyabr 1976, Tovuz) — azərbaycanlı bəstəkar, müğənni, Azərbaycan Respublikasının xalq artisti (2019).
Tünzalə Ağayeva | |
---|---|
Tünzalə Qabil qızı Ağayeva | |
Ümumi məlumatlar | |
Doğum tarixi | 21 oktyabr 1976 (48 yaş) |
Doğum yeri | |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | müğənni, bəstəkar |
Janrlar | pop musiqisi, caz |
Mükafatları | |
tunzale.az | |
Vikianbarda əlaqəli mediafayllar |
Məşhur Azərbaycan müğənnisi və bəstəkarı olan Tünzalə Ağayeva 1976-cı ilin oktyabrın 21-də Azərbaycanın şimal-qərbində yerləşən Tovuz şəhərində doğulmuşdur. O, Tovuzda musiqi məktəbinin piano sinfini bitirmiş və daha sonra təhsilini Gəncə şəhərində Qəmbər Hüseynli adına musiqi texnikumu fortepiano sinfində davam etdirmişdir. O, həm də Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasında bəstəkarlıq dərsləri almışdır. O, hələ 12 yaşındaykən Azərbaycanın şairi Səməd Vurğunun sözlərinə “Sən o deyilsən” adlı ilk mahnısını bəstələmişdir. Daha sonra bu mahnı onun ilk albomuna daxil edilmişdir.
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 16 may 2006-cı il tarixli Sərəncamı ilə "Əməkdar artist" fəxri adına layiq görülmüşdür[1].
21 oktyabr 2019-cu ildə Azərbaycanın xalq artisti fəxri adına layiq görülmüşdür.[2]
O, 20 iyun 2011-ci ildə Yeni Azərbaycan Partiyasına üzv qəbul edilmişdir.[3]
2001-ci ildə Tünzalə Ağayeva gənc ifaçılar üçün tanınmış musiqi yarışması olan “Bakı Payızı” festivalının qalibi oldu. Həmin vaxtdan estrada mahnılarının bəstəçisi və ifaçısı kimi peşəkar yaradıcı fəaliyyətlə məşğuldur.
2002-ci ildə o, Rusiya Federasiyasında keçirilmiş Türksoy — Türk Gənclərinin Beynəlxalq Musiqi Yaradıcılığı Festivalında qalıb gəldi.
2003-cü ildə isə Tünzalə Ağayeva Ukraynada “Yalta-2003” Beynəlxalq Musiqi Müsabiqəsinin Qran-pri mükafatçısı olub.
2006-cı ildə Tünzalə Ağayeva Azərbaycanın "Əməkdar Artisti" fəxri adına layiq görülmüşdür.
2008-ci ildə Tünzalə Ağayeva tanınmış caz bəstəkarı, pianoçu və aranjimançı Cəmil Əmirovla birgə "Ölkəm" layihəsini həyata keçirdi. Layihədə bəstəkar Asəf Zeynallının "Ölkəm" romansı yeni aranjiman və yeni üslubda tamaşaçılara təqdim olundu.
2008-ci ildən Tünzalə Ağayeva Avroviziya beynəlxalq musiqi müsabiqəsində Azərbaycanın daimi münsiflərindən biridir.
2010-cu ildə “Qızıl Başlar” Gənclər Mədəniyyət Mərkəzinin apardığı sorğunun nəticələrinə əsasən, Tünzalə Ağayeva Azərbaycanda "İlin ən vətənpərvər müğənnisi" seçilmişdir.
2011-ci ildə o, respublikada gənc ictimai hərəkatlarında fəal iştirakına görə ən böyük ictimai birlik olan "İrəli" İctimai Birliyi tərəfindən xüsusi diploma layiq görülmüşdür.
2012-ci ildə "İrəli" İctimai Birliyinin dəstəyi ilə Tünzalə Ağayeva "Anam Azərbaycan" adlı vətənpərvərlik mövzusunda əsərlərindən ("Mən fəxr edirəm ki, Azərbaycanlıyam", "Biz gəlirik", "İgidlər", "Şəhidim", "Bizim zaman") ibarət albomunu çıxartdı. Albom uşaq bağçaları, orta və ali təhsil müəssisələrinə paylanmışdır. Məqsəd gənclərdə və uşaqlar vətənpərvərlik hisslərinin aşılanması idi.
2012-ci ilin sentyabr ayında qardaş Türkiyədə "Avropa Qəzet işçilərinin dərnəyi" tərəfindən Tünzalə Ağayeva "İlin ən yaxşı sənətçisi" adına layiq görülmüşdür.
Bu günə qədər o, bir sıra beynəlxalq musiqi festivallarında rəsmi qonaq qismində iştirak etmişdir. Tünzalə Ağayeva “Azərbaycan Mədəniyyət Günləri” dövlət layihələri çərçivəsində Azərbaycanı xaricdə təmsil etmiş və gənc ifaçıların musiqi müsabiqələrində münsif kimi iştirak etmişdir.
2012-ci ilin avqust ayında o, "Qızıl Aypara" beynəlxalq xeyriyyə təşkilatı üçün konsert vermişdir. Konsert "Avrasiya" beynəlxalq araşdırma institutu tərəfindən dəstəklənmiş və İranda baş vermiş zəlzələdən əziyyət çəkən azərbaycanlılara kömək məqsədi daşıyırdı.
2012-ci ilin noyabr ayında Tünzalə Ağayeva Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə keçirilən Beynəlxalq Bakı Caz festivalında iştirak etmiş və məşhur Azərbaycan dirijoru Yalçın Adıgözəlovun rəhbərliyi altında Üzeyir Hacıbəyov adına Dövlət Simfonik Orkestrinin müşayiəti ilə ilk simfo-caz konsertini vermişdir.
2014-cü ilin əvvəlində Tünzalə Ağayeva Türkiyənin TRT televiziyasının dəvətilə TRT Müzik kanalında "Bir sesin cazibesi" adlı musiqi proqramını hazırlayıb və aparıcılığını edib.
"Bakı-2015" Avropa Oyunları üçün bəstələdiyi "Bakımın Üzü Gülür" adlı mahnısını Kelli Joyeslə birlikdə ifa edib. Eyni zamanda "Bakı 2015" Avropa Oyunlarının ulduz səfiri olub.
2015-ci ildə Autizm xəstəliyindən əziyyət çəkən uşaqlara yardım məqsədilə xeyriyyə konserti verib.
2015–2016-cı illərdə AZTV kanalında keçirilən "Səs Azərbaycan" yarışmasının ustad münsiflərindən biri olub.
2016-cı ildə Murad Arif və Səs Azərbaycan iştirakçıları ilə birlikdə Autizmli uşaqlara həsr olunmuş "Fərqliyəm" layihəsini təqdim edib.
2016-cı ildə Bakıda keçirilən "ЖАРА" Beynəlxalq festivalında səhnə alıb.
2016-cı ildə Formula 1 üçün bəstələdiyi "Sürət" adlı mahnını ifa edib. Eyni zamanda Formula 1 Avropa Qran Prisini təmsil edəcək ulduz səfirlərdən biri olub.
2017-ci ildə Bakı İslam Həmrəylik Oyunlarının ulduz səfiri seçilib, həmçinin Bakı İslam Həmrəylik Oyunları üçün bəstələdiyi "Salam Bakı" adlı mahnını ifa edib.
2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimində çıxış edib.
2018-ci il tarixində Ümummili lider Heydər Əliyevin anadan olmasının 95, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr olunmuş "Sevdiyim" layihəsini təqdim edib.
2018-ci ildə valideynlərə həsr etdiyi "Qoşa qanad" adlı mahnısının klipini təqdim edib. İndiyədək Azərbaycanda animasiya janrında kliplər çəkilsə də, həmin klipdə kompüter qrafikasından yox, əl əməyindən istifadə edilib.
2019-cu ildə Parisdə UNESCO-nun mənzil-qərargahında Azərbaycanın UNESCO yanında daimi nümayəndəliyinin təşkilatçılığı və Heydər Əliyev Fondunun dəstəyi ilə təşkil olunmuş "Caz sülhün xidmətində" adlı konsertdə iştirak edib.
2019-cu ildə Belarusda keçirilən "II Avropa Oyunları" idman yarışının ulduz səfiri seçilib. Eyni zamanda Minskdə İkinci Avropa Oyunları çərçivəsində Azərbaycan Mədəniyyəti və Ənənələri Günündə konsert proqramı ilə çıxış edib.
21 oktyabr, 2019-cu ildə prezident İlham Əliyev tərəfindən Azərbaycan estradasının inkişafındakı xidmətlərinə görə "Xalq artisti" fəxri adına layiq görülüb.
Hal-hazırda İctimai Televiziyada yayımlanan Səs Azərbaycan yarışmasında ustad münsiflərdən biridir.
Tünzalə Ağayeva hal-hazırda fank və blyuz elementləri ilə pop-cazz-xalq musiqi janrlarında mahnılar bəstələyir və ifa edir.
Tünzalə Ağayeva "İnsan Alverinə Son" beynəlxalq kampaniyasının video çarxında yer almışdır[5].
2010-cu ildə Latviyanın sabiq prezidenti Xanım Freyberq tərəfindən adıçəkilən kampaniyada fəal iştirakına görə Tünzalə Ağayeva fəxri diplomla təltif edilmişdir.
O, həm də kimsəsiz, əlil uşaqlar və xərçəngdən əziyyət çəkən uşaqlara kömək məqsədilə ictimai və xeyriyyə layihələrində iştirak edir.
Milli Olimpiya Komitəsi tərəfindən həyata keçirilən "Fəal ailəm, sağlam aləm" proqramının əsas məqsədi sağlam və fəal həyat tərzini təbliğ etməklə, daha çox insanı, xüsusilə uşaq və valideynləri Olimpiya hərəkatına cəlb etməkdir. Tünzalə Ağayeva FASA proqramının 2014-cü il üçün Milli Olimpiya səfiri seçilmişdir. http://www.youtube.com/watch?v=SSadDe7tWyo
Say | Klip | Tarix |
---|---|---|
01 | Gözlərim | 2002 |
02 | Unutma | 2003 |
03 | Xavərim | 2003 |
04 | İlhamlı Günlər | 2003 |
05 | Bir Də Baxım | 2004 |
06 | Yağış | 2004 |
07 | Sevgilər | 2005 |
08 | Lay-Lay | 2006 |
09 | Gəlməz | 2006 |
10 | Ölkəm | 2007 |
11 | İllərə Yalvardım | 2008 |
12 | Sən Varsan | 2008 |
13 | Building Pur Peace | 2010 |
14 | Biz Gəlirik | 2011 |
15 | Growvision | 2012 |
16 | Bir Dünya İstəyirəm | 2013 |
17 | İstəyirəm | 2013 |
18 | Qovuş Ona ft. Sura | 2014 |
19 | Gözləyirəm | 2014 |
20 | Mən Azərbaycanlıyam | 2014 |
21 | Get | 2015 |
22 | Bakımın Üzü Gülür (Baku Smiles) ft. Kelly Joyce | 2015 |
23 | Hisar | 2016 |
24 | Güzgü | 2016 |
25 | Fərqliyəm ft. Murad Arif, Səs Azərbaycan İştirakçıları | 2016 |
26 | Salam, Bakı | 2017 |
27 | Не Бойся | 2017 |
28 | Bəhanə Gəzirəm | 2017 |
29 | Bağışla ft. Ruslan Alişan | 2017 |
30 | Təqvim | 2017 |
31 | Qoşa Qanad | 2018 |
32 | Sevdiyim | 2018 |
33 | Hər Şey Yaxşı Olacaq | 2018 |
34 | Eşqin Ünvanı | 2018 |
35 | Səninlə Mən ft. Xəyyam Nisanov | 2019 |
36 | Mehriban | 2019 |
37 | Sevməli | 2019 |
38 | Sən Getdin | 2020 |
39 | Əsgər Marşı ft. Brilliant Dadaşova, Sevda Ələkbərzadə | 2020 |
40 | Gözün Aydın Olsun, Qarabağ | 2020 |
41 | Zəfər Mahnısı ft. Zamiq, Brilliant, Elçin, Alim, Samir | 2021 |
42 | Şuşam Mənim | 2021 |
43 | Mənim Əsgər Sevgilim | 2021 |
44 | Yol Açıqdır | 2021 |
45 | Günaydınım | 2022 |
46 | Üç Gündən Bir, Beş Gündən Bir | 2022 |
47 | Sevdi Can Səni | 2022 |
48 | Gəl, Novruz | 2023 |
49 | Öldür | 2023 |
50 | Ey Yar | 2023 |
51 | Gözümün İçinə Bax | 2024 |
52 | Dünya Səndən İbarət | 2024 |
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.