From Wikipedia, the free encyclopedia
Həmzə bəy Bayandur — Ağqoyunluların tayfa başçısı. Cəlaləddin Əli Bəyin kiçik qardaşı idi. Qara Yuluq Osman bəyin oğlu.
Nur-əl-din Həmzə bəy | |
---|---|
حمزہ بن قرا یولک عثمان | |
1438 – 1444 | |
Əvvəlki | Cəlaləddin Əli bəy |
Sonrakı | Cahangir Mirzə |
Şəxsi məlumatlar | |
Vəfat tarixi | |
Atası | Qara Yuluq Osman bəy |
Həmzə bəy Bayandurun doğum tarixi ilə bağlı mənbələrdə məlumat yoxdur. O Ağqoyunlu tayfa başçısı Qara Yuluq Osman bəyin oğlanlarından biri idi. 1435-ci ildə atasının ölümündən sonra Teymuri Şahruxun oğlu Məhəmməd Cukinin qərargahında hakimiyyətin qardaşı Cəlaləddin Əli bəyə verilməsinə qarşılıq olaraq köçəri hərbi elitanın köməyi ilə paytaxtın təhlükəsizliyini təmin edə bilmişdi. Daha sonra 1436-cı ildə o Ərqanini ələ keçirmək üçün hazırlığa başlayır. Lakin onun hücumu Cəlaləddin Əli bəyin oğlu Cahangir Mirzə tərəfindən dəf edildi.[1]
1437-ci il yayının əvvəlində Həmzə də qardaşı İsgəndər kimi öz bölgəsinin sərhədlərini genişləndirmək üçün Ağqoyunluların daxili çəkişmələrindən bəhrələnməyə ümid edirdi.[2] O Bağdadın Qaraqoyunlu valisi İsfahan ibn Qara Yusifi məğlub edərək böyük hərbi nüfuz qazandı. Həmzə, Mardin yaxınlığında İzzəddin Hacılı, Mosullu, Pörnək və Qoca Hacılı konfederasiya tayfaları, Cizrə Dögərləri, Həsənkeyf Əyyubluları və bölgədəki kürdlərdən ibarət bir ordunun köməkliyi ilə Qaraqoyunlu qüvvələrini Diyar-ı Rabiə və Şimali Cəzirədən qovdu. [3]Bu parlaq qələbə onun nüfuzunu daha da artırdı. Bu hadisədən sonra Həmzə bəy paytaxt Amid şəhərinə yürüş etdi və iki aylıq mühasirədən sonra şəhər əhalisi təslim oldu. Vali Uzun Həsən Ərzincanda atası ilə görüşmək üçün şəhərdə Əlinin tərəfdarlarını axtaran Həmzədən qaçmağı bacardı.[4]
1438-ci ilin qışında Əlinin Ağqoyunlu rəhbərliyindən əl çəkməsi böyük vətəndaş müharibəsinin birinci mərhələsinin sona çatmasına səbəb oldu. Qara Yuluq Osman bəy Cəlaləddin Əli bəyi özünə rəsmən varis elan etsə də, o Qara Osmanilər, qohum və konfederasiya tayfaları arasında etibarlı koalisiya yarada bilmədi. Onun şimal cinahı bir çox Bayandur rəisləri tərəfindən rədd edildi və Diyarbəkrdəki geniş ordusunda həm oturaq, həm də köçəri ünsürləri olan qardaşı Həmzə tərəfindən tamamilə silindi.[5]
1438-ci ildə Həmzə bəyin hakimiyyəti rəsmən tanındı. Həmzə sikkə zərb edib, Cümə xütbəsində sultanın adını oxutdurdu və Amid, Mardin və Ərzurum naibi təyin edildi. Üstəlik, Məmlük qoşunlarının təxliyəsi Həmzənin ambisiyalarını üzə çıxardı və o Ərzincandakı qohumlarının üzərinə yürüş etməkçün hazırlıqlara başladı. 1436/839-cı ildə Ərzincan valisi olan Yaqubun oğlu Cəferin yenidən ortaya çıxması Yaqubla qardaşı oğlu Cahangir arasındakı söz ittifaqına müsbət təsir göstərmədi. Cəfer yenə də Ağqoyunlu əmirliyinə qarşı iddialarından yola çıxaraq əmisi oğulları Cahangir, Hüseyn və Uzun Həsəni əmiləri Həmzəyə qarşı koalisiyaya məcbur edirdi. Bu, Əlinin oğullarının ortaq olduğu bir ittifaq idi. Həmzənin konfederasiya tayfaları arasındakı məşhurluğuna baxmayaraq, bəzi mühüm rəislər Cəfərin tərəfinə keçərək əmisinin Ərzincan üzərindəki hakimiyyətini qırıb Diyarbəkirə qaytarmaq üçün onu dəstəklədilər. Lakin çox keçmədən Cəfərin məğlub olması ilə ona dəstək verən tayfalar Həmzə bəyin tərəfinə keçdilər.[6]
Hakimiyyətə gəldikdən sonra Həmzə bəyin qarşısında iki məqsəd varidi. Bunlardan biri qardaşı Yaqubun Ərzincandan çıxarılması digəri isə Cahangirin Məmlük dəstəyi ilə Dögər mülkü Urfada yaratdığı qərargahın təsirinin azaldılması idi.
Həmzə bəy bu hədəflərən ilkinə müvəffəqiyyətlə nail oldu. 1439-cu ildə Cahangir Mirzəyə qarşı müharibəyə başladı. İlk səfəri uğursuzluqla nəticələnən Həmzə bəy 1440-cı ildə iki hədəfini birdən yerinə yetirmək üçün hazırlıqlara başladı. Beləki Başat Bayandur tayfasından olan ünsürlər Pörnək və Mosullu tayfaları ilə birlikdə Urfanın mühasirəsinə göndərilərkən, Həmzə Ərzincanda Yaqubu mühasirəyə alan bölmənin komandanlığını öz üzərinə götürdü.[7] Urfadan bir daha dəf edilən birinci dəstə bundan sonra Cahangirin müttəfiqlərinə üz tutdu və Gərgər qalasında Məmlük qarnizonunu məğlub etdi. Bu ərəfədə Ərzincan Həmzə bəy tərəfindən ələ keçirildi və Şeyx Həsən ibn Qara Osmana iqta kimi verildi. Ehtimal olunur ki, Ərzincanın alınması ilə Həmzə bəy sultan titulunu götürmüş və özünü Qara Osmanilərin başçısı, Ağqoyunlu konfederasiyasının hökmdarı elan etmişdi. Nəticə də Həmzə bəy Urfa və Kemaxdan başqa bütün böyük Ağqoyunlu şəhər mərkəzlərini ələ keçirmiş, arxasında köçəri hərbi elitanın dəstəyi ilə üsyankar qohumları üzərində yenilməz bir üstünlük əldə etmişdi.[7]
1444-cü ildə Həmzə bəy Bayandur Amid şəhərində vəfat etdi. Geridə heç bir oğlan övladı olmadığı üçün hakimiyyətə qardaşı oğlu Cahangir Mirzə gəldi.[5]
Həmzə bəyin Diyarbəkirdə ucaltdığı bir məscid[8] və Mardində ucaltdığı bir zaviyə vardır.[9]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.