Sputnik (rus. спутник; peyk), əvvəlki adları ilə Rusiyanın Səsi, RIA Novosti — dövlətə məxsus[1] rus xəbər agentliyi və radio yayım xidməti. 10 noyabr 2014-cü ildə Rusiya hökumətinə məxsus "Rossiya Seqodnya" xəbər agentliyi tərəfindən yaradılıb.[2][3] Baş ofisi Moskvada olan Sputnik Vaşinqton, Qahirə, Pekin, Paris, Berlin, Madrid, Montevideo və Rio-de-Janeyroda regional ofisləri mövcuddur.[4] Sputnik özünü qlobal siyasət və iqtisadiyyata fokuslanmış və beynəlxalq auditoriyaya yönəlmiş kimi təsvir edir.[5]
Sputnik | |
---|---|
Ölkə | |
Şüar | Telling the Untold, Говорим то, о чём другие молчат |
Yayım formatı | rəqəmsal radio[d] |
Başlama tarixi | 10 noyabr 2014 |
Koordinatlar | 55°44′15″ şm. e. 37°35′25″ ş. u.HGYO |
Sahibi | Rusiya hökuməti |
Rəhbərlik | Dmitri Kiselyov, Marqarita Simonyan |
Canlı yayım | radiosputnik.ria.ru |
Sayt | sputnikglobe.com |
Sputnik akademiklər və jurnalistlər tərəfindən tez-tez Rusiyanın təbliğat vasitəsi kimi təsvir edilir.[15] 2016-cı ildə The New York Times-dan Neil MakFarquhar yazırdı ki: "Mütəxəssislərin fikrincə, dezinformasiya və ya Rusiya dezinformasiyasının əsas məqsədi hadisələrin rəsmi versiyasını, hətta hadisələrin həqiqi versiyasının olması fikrini də sarsıtmaqdır. Bu bir növ siyasi iflicdir". Rusiya hökuməti bu iddiaları rədd edib.[16] 2019-cu ilin əvvəlində Facebook özünü müstəqil xəbər saytları kimi göstərən, lakin əslində Sputnik əməkdaşlarının nəzarəti altında olan yüzlərlə səhifəni platformasından sildi.[17]
Sputnik ingilis, ispan, polyak və serbcə də daxil olmaqla 31 dildə reportaj və şərhləri əks etdirən xəbər saytlarını idarə edir.[18] Veb saytlarda hər gün 800 saatdan çox radio yayım materialı yerləşdirilir və onun xəbər xidməti 7/24 xidmət göstərir.[19][20]
Sputnik 2022-ci ilin fevralında (RT ilə birlikdə) Rusiyanın Ukraynanı işğalından sonra Avropa İttifaqında qadağan edildi.[21] Texnologiya şirkətləri və sosial media xidmətləri Sputniki platformalarından çıxararaq işğala cavab verdi, fransız, alman və yunan kimi bir çox versiya isə fəaliyyətini dayandırdı.
Həmçinin bax
- Rusiyanın Ukraynaya hücumu haqqında dezinformasiya
- Rusiyada media
- Radio Moskva
- Rusiyanın Ukraynaya qarşı informasiya müharibəsi
- Sputnik (jurnal)
İstinadlar
Xarici keçidlər
Wikiwand in your browser!
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.