Remove ads
From Wikipedia, the free encyclopedia
Slovakiya (slovak. Slovensko) və ya rəsmi adı ilə Slovak Respublikası (slovak. Slovenská republika) — Mərkəzi Avropada dövlət. Slovakiya dənizə çıxışı olmayan ölkələrdəndir. Şimalda Polşa, şərqdə Ukrayna, cənubda Macarıstan, cənub-qərbdə Avstriya, şimal-qərbdə Çexiya ilə həmsərhəddir. Paytaxtı və ən böyük şəhəri Bratislava, ümumi sahəsi 49,035 kvadrat kilometr, əhalisinin sayı 5,460,000 nəfərdən çoxdur.[4] Dövlət dili slovak dili olan ölkə ərazisinə görə dünyada 127-ci, əhalisinə görə isə 117-ci yeri tutur.
Slovakiya | |||||
---|---|---|---|---|---|
slovak. Slovensko | |||||
| |||||
Travel in Slovakia - Good idea, Teithiwch Slofacia - Syniad gwych! | |||||
Rəsmi dilləri | |||||
Paytaxt | Bratislava | ||||
İdarəetmə forması | parlamentli respublika | ||||
Prezident | Peter Pellegrini | ||||
Baş nazir | Robert Fico | ||||
• Əhali |
|
||||
• Ümumi | 118.656.591.909 $[2], 115.468.803.972 $[2] | ||||
Valyuta | avro | ||||
İnternet domeni | .sk | ||||
ISO kodu | SK | ||||
BOK kodu | SVK | ||||
Telefon kodu | +421 | ||||
Saat qurşaqları | |||||
Nəqliyyatın yönü | sağ[d][3] | ||||
Vikianbarda əlaqəli mediafayllar |
Unitar dövlət, parlament respublikası. 2020-ci ilin aprel ayından etibarən Zuzana Çaputova başçılıq edir, Eduard Heger isə baş nazirdir. 8 diyara bölünür.
Dindarların əksəriyyəti (əhalinin təxminən 70% -i) katolikliyi qəbul edirlər.
Slovakiya NATO və AB-nin üzvüdür. Dinamik inkişaf edən iqtisadiyyatı olan bir sənaye ölkəsidir. 2011-ci ildə ÜDM-nin həcmi 127.111 milyard ABŞ dolları (adambaşına təxminən 23 384 dollar) təşkil etmişdir. Pul vahidi — avrodur.
Ölkənin müstəqilliyi 1 yanvar 1993-cü ildə elan edildi. Tarix boyu ölkə ərazisi VII əsrdə Samo dövlətindən XX əsrdə Çexoslovakiyaya qədər bir çox güc və dövlət birləşmələrinin bir hissəsi idi. İkinci Dünya müharibəsi zamanı Üçüncü Reyxdən asılı bir Slovakiya dövləti var idi, 1945-ci ildə yenidən Çexoslovakiyanın tərkibinə daxil oldu.
Slovaklar 4-cü əsrdən etibarən Kiçik Karpatlara və Pannoniya Düzənliyinə yerləşirlər. Doqquzuncu əsrdə slovaklar, Böyük Moraviya hakimiyyətinə girdilər. Bu sırada xristianlığı qəbul etdilər. Böyük Moraviya Krallığının yıxılmasının ardından slovak torpaqları Macar Krallığının hakimiyyətinə girdi. 1526-cı ildə Macar taxtını ələ keçərən Habsburqlar, Slovak torpaqlarına 1918 ilinə qədər hakim oldular. Bu vaxt Mohaç Zəfərinin ardından Slovak torpaqlarına Osmanlı türkləri müxtəlif zamanlarda axınlar təşkil etdi.
XVIII əsrin sonlarında inkişafa başlayan Slovak milliyyətçiliyi, 1848–49-cu illərdə Macar inqilabından sonra, Macar olmayan xalqların tərəfini tutan Habsburq Krallığından kömək gördüsə də 1867-ci ildə Avstriya-Macarıstan andlaşmasından sonra Macar hökuməti Slovakyanı yenidən hakimiyyəti altına aldı. Bu dövrdə Macar hökumətinin izlədiyi macarlaşdırma siyasəti üzündən bir çox Slovak başda ABŞ olmaq üzrə xarici ölkələrə köç etdi. Birinci Dünya Müharibəsindən sonra Macarıstandan ayrılan Slovaklar, Çexlərlə birlikdə 1918-ci ildə yeni Çexoslovakiya dövlətini qurdular. Lakin çexlərin tətbiq etdiyi qatı mərkəziyyətçi rejim üzündən slovaklar arasında muxtariyyət istəyi sürətlə yayıldı. Almaniyaya, Çexoslovakiyanın Sudet bölgəsinə hakim olma səlahiyyətini verən Münhen Andlaşmasının qüvvəyə girməsindən qısa bir müddət əvvəl slovaklar, Slovakiyanı Çekoslovakya içində muxtar ərazi kimi elan etdilər (1938).
İkinci Dünya müharibəsinin əsnasında Alman ordularının Çexoslovakiyanın paytaxtı Praqanı işğal etmələri üzərinə Slovak Milli Məclisinin aldığı qərarla Slovakiya kağız üzərində də olsa müstəqil hala gəldi. Rus və Çexoslovak ordularının ölkə torpaqlarını Alman işğalından qurtarmaq üçün hərəkətə keçdiyi sırada slovaklar iki xalqın tam bərabər olacağı yenidən qurulacaq olan Çexoslovakiya dövlətinə qatılma mövzusunda Çexlərlə razılaşdılar. Kommunistlərin iqtidara gəldiyi Fevral 1948-ci ildən sonra ölkədə Çexlərin yoxlamasında, qatı bir mərkəziyyətçilik təkrar tətbiq olunmağa başlandı. 11 İyul 1960-cı ildə qüvvəyə girən konstitusiyayla Slovaklar Çexlərlə eyni haqlara sahib oldular. 1969-cu ilin başında Çexoslovakiya Sosialist Respublikasının qanunuma orqanı olan Federal Məclisdə Çex Sosialist Respublikasıyla bərabər şəkildə təmsil edilən Slovak Sosialist Respublikası quruldu.
1989-cu ildə bütün Şərq Bloku ölkələrində olduğu kimi, Çexoslovakiyada da yumşalma siyasəti başladı. Çoxpartiyalı sistemə keçildi və 1990-cı ildə ilk sərbəst seçki edildi. Seçkini qazanan milliyyətçilər iqtidar oldu. 1992 İyununda Çexoslovakiyanı meydana gətirən Çex və Slovakiya Respublikalarında ayrı-ayrı edilən seçkilərdən sonra iki respublikanın bir-birindən ayrılması ön plana çıxdı. Edilən görüşmələr nəticəsində 25 Noyabr 1992 günü edilən razılaşma ilə 31 dekabr 1992 tarixində iki respublika bir-birindən ayrıldı. Buna baxmayaraq hər iki ölkə yaxın dost və müttəfiq olaraq əməkdaşlıq etməyə davam etdilər. Slovakiya 2004-cü ildən Avropa Birliyi və NATOnun üzvüdür.
Slovakiya iqtisadiyyatı sənaye, əkinçilik və heyvandarlığa söykənir. Əkinçilik düzənliklərdə və axar su vadilərində edilər. Dağlıq olan ölkə torpaqlarının ancaq üçdə bir qismi əkinçiliyə əlverişlidir. Başlıca əkinçilik məhsulları buğda, arpa, misir, çovdar, kartof, yulaf, tütün, tərəvəz və meyvədir. Əldə edilən əkinçilik məhsulları istehlakın 92% ini qarşılamaqdadır. Hayvandarlıq inkişaf etmiş olub mal, qoyun və donuz qidaçılığı geniş şəkildə yayılmışdır.
Sənayedə, kimya və maşın sənayesi inkişaf etmişdir. Dağlıq bölgələrdə olan mədənlər çıxardılaraq işlənir. Kömür və neft yataqları tapılmamasına baxmayaraq sənayenin təməl enerji ehtiyacı çaylar üzərindəki hidroelektrik stansiyalarından qarşılanar. Jaslovske Bohunicedə bir Atom elektrik stansiyası vardır. Ağır sənaye quruluşları Bratislava və Koşitse şəhərlərində toplanmışdır. Torpaqlarından keçən təbii qaz və neft boru xətlərinin gəliri ölkənin bu ehtiyaclarını qarşılayır. Maşın sənaye sahəsində dəstə dəzgahları, çay gəmiləri, yük maşını ehtiyat hissələri, televiziyalar, radiolar, paltaryuyan maşınlar, soyuducular istehsal edilir. Kimya sahəsində isə azotlu gübrə və petrokimya kombinaları əhəmiyyətli yer tutar.
Dağların meşələrlə əhatə olduğu ölkədə meşəbəyiliyin iqtisadiyyatda əhəmiyyətli bir yeri vardır. Meşələrdən taxta-şalban və kağız sənayeninin ehtiyacı ödənilir. Slovak Respublikasının iqtisadi sistem dəyişikliyi daha inkişaf etmiş vəziyyətdə olan Çex Respublikasından ayrılması nəticəsində qardaş ölkədən mal və pul axınının əhəmiyyətli ölçüdə azalması ölkə iqtisadiyyatını aşılması çətin bir darboğaza soxmuşdur. Turizm, ölkənin əhəmiyyətli gəlir qaynaqlarından biridir. Dadara Dağlarındakı qış idmanları və alpinistlik mərkəzləri ölkənin dörd bir tərəfinə dağılmış olan qablıca və mineral bulaqlar, qoruma altına alınmış tarixi şəhərlər ölkəyə çox sayda turist gəlir.
Slovak Respublikası inkişaf etmiş quru və dəmiryolu şəbəkəsinə malikdir. Bratislava, Lucunec, Zənginə, Zloven, Poprad və Koşitse şəhərlərində aeroport vardır.
Slovakiya 2004-cü ildə Avropa Birliyinə qəbul olunmuşdur. Hal-hazırda Slovakiya iqtisadiyyatı Avropada ən sürətlə inkişaf edən iqtisadiyyatlardandır. 2009-cu il Yanvarın 1-dən etibarən Slovakiyada pul vahidi kimi rəsmi olaraq avro dövriyyəyə buraxılmışdır.
Əhalisi 5.310.000 olub, əhali sıxlığına görə dünyada 108-cidir. Rəsmi dili Slovak dilidir. Xristian olan xalqın böyük qisimi katolikdir. Ölkə əhalisinin 87%-ni slovaklar təşkil edir və əsasən cənub bölgədə yaşayırlar. Əhalinin digər qismi macar, çex, ukraynalı, rus və qaraçı azlıqlardan meydana gəlir. 6–15 yaş arasında təhsilin məcburi və pulsuz olduğu ölkədə oxuma-yazma nisbəti 99%-dir.
Ölkənin əsas şəhəri Bratislava, əhali sıxlığının ən yüksək olduğu yerdir. Köhnə Macarıstan Krallığının mərkəzi olan Bratislava hazırda da ölkənin mədəniyyət mərkəzi olmasının yanında üç ölkənin (Slovakiya, Macaristan və Avstriya) sərhədinə yaxın bir bölgədə axan Tuna Çayının sahilində nəqliyyat mərkəzi sayılır.
Ölkə torpaqlarının böyük qisimini əhatə edən dağlar meşələrlə örtülüdür. Yüksək bölgələrdəki iynə yarpaqlı ağaclardan meydana gələn meşələr düzlüklərə enildikcə yerini qayın, palıd və gürgen ağaclarından meydana gələn meşələrə buraxar. Meşəlik bölgələrdə, çöl keçisi, çöl donuzu və çöl pişiyi yaşayır.
Ölkə torpaqlarını kələ-kötürlükləndirən dağlar zəngin mədən yataqlarına malikdir. Ehtiyat cəhətdən zəngin olan mədənlər dəmir filizi, mis, maqnezium, qurğuşun və sinkdir. Ayrıca civə, asbest, qalay, bacit, siderit, perlit, gümüş və qızıl yataqları da işlədilməkdədir. Düzlüklərdə az da olsa neft və təbii qaz çıxarılar. Sənayenin təməl ehtiyacı olan elektriki Vah, Orava, Harnad və Slana çayları üzərində tikilən edən hidroelektrik stansiyaları qarşılayır.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.