Sikstin kapellası
From Wikipedia, the free encyclopedia
From Wikipedia, the free encyclopedia
Sikstin kapellası[2] — Vatikanda Renessans dövrü italyan incəsənətinin ən görkəmli abidələrindən biri. Kapellanın yerləşdiyi bina (1473–81, memar C. de Dolçi) 1483-cü ildə Papa IV Sikstin vaxtında müqəddəsləşdirilmişdir. 1481–83-cü illərdə kapellanın divarlarına Musanın və İsanın həyatından səhnələr təsvir olunan freskalar çəkilmişdir (S. Bottiçelli, D. Girlandayo, P. Perucino və başqalar). 1508–1512-ci illərdə Mikelancelo kapellanın tavanının (plafon), 1536–1541-ci illərdə isə mehrab divarının ("Məhşər günü") rəsmlərini yaratmışdır. Sikst kapellası həm də muzeydir.
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Sikstin kapellası | |
---|---|
Cappella Sistina | |
41°54′11″ şm. e. 12°27′16″ ş. u.HGYO | |
Ölkə | Vatikan |
Yerləşir | Vatikan[1] |
Aidiyyatı | Roma-Katolik kilsəsi |
Memar |
Baççio Pontelli Covanni de Dolçi |
Tikilmə tarixi | 1471 - 1781 |
Üslubu | İntibah memarlığı |
Hündürlüyü | 21 m |
Uzunluğu | 40.9 m (134 ft) |
Eni | 13.4 m (44 ft) |
Vəziyyəti | fəaliyyət göstərir |
Rəsmi sayt | museivaticani.va/content… |
Rəsmi adı: Vatican City | |
Tipi | Mədəni |
Kriteriya | i,ii,iv,vi |
Təyin edilib | 1984 |
İstinad nöm. | 286 |
Dövlət | Vatikan |
Region | Avropa |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Sikstin kapellasının tavanı — İtalyalı heykəltaraş Mikelancelo Buonarroti tərəfindən 1508–1512-ci illərdə yaradılıb. Renesans rəsm sənətinin nümunəsidir. Sistine kilsəsinin uzunluğu 40 metr, eni 14 metrdir. Həmin möhtəşəm tavanın yerdən yuksəkliyi 20 metrdir. Bu tikilinin tavan üslubu Serovegni Şapelindən götürülmüşdür. Müəyyən dəyişikliklərlə son görüntü əldə edilib (Michelangelo tərəfindən). Tavanın aid olduğu kilsə (Sistine Şapel) 1477–1480-ci illərdə Papa IV Sixtus tərəfindən tikdirilib. Tavan hissəsinin rəsmlərlə işlənməsi fikrini isə Papa II Julius vermişdir.
Kilsənin daxili üç qatdan ibarətdir. Birinci qatda cəkilən rəsmlər pərdələri xatırladır. Ortada fresakalarla sağda "İsanın həyatı" və solda "Musanın həyatı" olmaqla təsvirlər verilib. Bu freskaların çoxu 15-ci əsrin sonlarında yaşamış rəssamlar — Botticelli, Ghirlandio, Perugino, Pinturicehio, Signorelli, Cosimo, Roselli kimi rəssamlar tərəfindən hazırlanıb. Üçüncü qatda pəncərələr yerləşir. Onların üzərində isə bu dövrə qədər papalıq etmiş 32 papanın rəsmləri verilib. Papa II Julius papalığın dini gücə sahib olmaqla yanaşı siyasi idarəni də ələ keçirmək və katolik kilsəsinin idarəsi altında İtalyanı birləşdirib gücləndirmək üçün təcavüzkar siyasət yeridirdi. Tavanda rəsmlərin işlənməsi fikri də məhz apa II Juliusa aiddir. Sistine Şapeli marağlı dizayna malikdir. Kilsədə önəmli ayinlər icra edilir və məclislər keçirilirdi. Bu məclislərdə iştirak edənlər isə ordakı şəkillərin, təsvirlərin mənasını tam dolğunluğu ilə anlaya biləcək şəxslər idi. Bunu bilən II Julius bu otaqda daha çox və dərin mənalı rəsmlərlə zənginləşdirmək fikrinə düşdü. Buna görə heykəltaraş Michelangelo Buonarrotiyə sifariş verdi. O, elə həmin vaxt II Juliusun sifarişi ilə onun məzarı üçün heykəl hazırlayırdı. Buna baxmayaraq o bu sifarişi də qəbul etdi. Fransa ilə İtalya arasında başlayan müharibə ilə əlaqədar heykəltaraş rahat işləmək üçün romaya gedir. Müharibədə II Julius qalib gəldi və romaya getdi. Bura gələn kimi 1506-cı ildə Sistine Şapel tavanı layihəsinin başlayacağına dair Michelangelo ilə muqavilə bağladı.
Bu ibadətgahın tavanında çəkilmiş rəsmlər ümumilikdə tikili kompleksinin daxili konsepsiyasının tərkib hissəsidir. Tavan dekorasiyasının mərkəzində İncilin "Yaradılış" kitabından 9 müxtəlif kompazisiya mövcuddur. Bunlardan ən tanınmışı isə İsanın yaradılışı ilə bağlı olanıdır. Yaradılış əfsanısi kitabından 9 səhnə.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.