From Wikipedia, the free encyclopedia
Sidneyə 714 nömrəli reys — Belçika yazıçısı Erjenin yazdığı Tintin macəralarından biri. İlk dəfə 1966-cı ildə yazılmışdır və Tintinin 22-ci macərasıdır.
Sidneyə 714 nömrəli reys | |
---|---|
Vol 714 pour Sydney | |
Müəllif | Erje |
Janr | komiks |
Orijinalın dili | fransız |
Ölkə | Belçika |
Orijinalın nəşr ili | 27 sentyabr 1966 |
Nəşriyyat | "Le journal de Tintin" |
Səhifə | 62 |
Sonrakı | Tintin və Pikarolar |
Bir çox Tintin macərası kimi bu macəra da əvvəl "Le journal de Tintin" jurnalında hissə-hissə nəşr olunmuş, daha sonra albom halına gətirilmişdir. "Sidneyə 714 nömrəli reys" Erjenin 1983-cü ildə ölümündən əvvəl tamamladığı sondan ikinci albomdur.[1]
Bu macərada Tintin və dostları kosmos konqresinə qatılmaq üçün Avstraliyaya yola düşürlər. Hava limanında zəngin şəxs tərəfindən öz təyyarəsinə dəvət edilirlər. Təyyarə havada ikən qaçırılır və Sakit okeandakı bir adaya endirilir. Bu zaman onlar köhnə düşmənləri Rastapopoulas ilə qarşılaşırlar.
"Sidneyə 714 nömrəli reys" macərası Belçikada çıxan həftəli komiks jurnalı olan "Le journal de Tintin"də 27 sentyabr 1966-cı ildən 28 noyabr 1967-ci ilə qədər bölümlər şəklində nəşr olunmuşdur. Bir il sonra — 1968-ci ildə eyniadlı kitab şəklində yayımlanmışdır. Həm jurnalda, həm kitabda rəngli çap olunmuş və səhifə sayısı 62 olmuşdur.[2]
İndiyədək "Sidneyə 714 nömrəli uçuş" yapon və katolon dilləri də daxil olmaqla 28 dilə tərcümə olunub.
"Sidney"ə 714 nömrəli uçuş Erjenin siyasi olmayan mövzularla məşğul olduğu İkinci dünya müharibəsindən sonrakı dövrə aid albomlarından biridir. Bu dövrdə Erje irqçiliyi, diktatorluğu, insan alverini qınamışdır.
"Sidneyə 714 nömrəli uçuş" albomunda Erje silah alverinə diqqət çəkmək istəyir. Bu macərda Erje milyoner Laszlo Karreydas obrazını əsl həyatda yaşayan fransız təyyarə istehsalçısı Marsel Dasso əsasında yaratmışdı. Erje dünya iqtisadiyyatının qaranlıqlarını da aydınladır: Laszlo Karreydasın İsveçrədəki gizli hesabları ortaya çıxır. Kimsəsiz adada Karreydası tibbi yollarla işgəncə verən Dr. Krollspell nasist alimi, "ölüm mələyi" ləqəbli Dr. Cosef Menqeleyə bənzədilir.
Tintin, Haddok və Turnosol Sidneydə təkil ediləcək kosmos elmləri konqresində iştirak etmək üçün yola düşürlər. Təyyarələri Cakartada istirahət etmək üçün dayananda köhnə dostları Pyotr Skat ilə qarşılaşırlar. Skat fransız milyoner təyyarə istehsalçısı Laszlo Karreydasın şəxsi pilotu olmuşdur. Skat dostlarını heç vaxt gülməyən bu milyonerlə tanış edir. Sən demə Karreydas da eyni konfransa gedir. Buna görə onları şəxsi təyyarəsinə dəvət edir, Tintin və dostları təklifi qəbul edirlər.
Səyahət zamanı Karreydasın şəxsi katibi Spaldinq və iki adamı təyyarəni ələ keçirib Sakit okeanda kiçik vulkanuk adaya endirirlər. Bu ada uydurma Sondeneziya dövlətinin Kiçik Sunda adalarından biridir. Bir müddət sonra məlum olur ki, bu işin arxasında Tintinin keçmiş düşməni Rastapopoulos dayanıbmış. Onun məqsədi Karreydasın İsveçrədəki gizli hesabını ələ keçirməkdir.
Tintin və dostlarını yaponlara aid köhnə hərbi sığınacaqda həbs edirlər. Rastapopoulosun adamı Dr. Krollspell nasist alim Dr. Cosef Menqelenin üsulları ilə Laszlo Karreydası sorğuya tutur. Ona "həqiqətlə deməyə məcbur edən" iynə vurur. Amma doza o qədər yüksək olur ki, hesabın şifrəsini demək əvəzinə uşaqlığında etdiyi pislikləri, acgözlükləri, qəddarlıqları danışmağa başlayır. Dr. Krollspellun uğursuzluğundan əsəbləşən Rastapopoulos onun üstünə yeriyir, amma iynə ona da girincə o da etiraflar etməyə başlayır.
Təyyarənin enişi zamanı öldürüldüyü zənn edilən Milunun köməyi ilə xilas olan Tintin və dostları adadakı telepatik səsin rəhbərliyində heykəllərlə dolu mağaraya daxil olurlar. Dağ daha çox ibadətgaha bənzəməkdədir. Tintin və dostları kəşf etdikləri gizli mexanizmlərlə vulkanın dərinliklərinə endikləri zaman düşmənləri də onları izləməyə davam edir. Rastapopoulosun pis əməllərini eşidən Dr. Krollspell Tintinin tərəfinə keçir. Qrup yoluna davam edərkən "Space Week" yazarı rus Mik Ezdanitoff (İngilizce versiyonunda Kanrokitoff) ilə qarşılaşırlar. Onları bura gətirən səsi telepatik ötürücü ilə Ezdanitoff yollamışdır. Belə texnologiyanı ona yadplanetlilər vermişdilər. Adanın keçmiş sakinləri isə yadplanetliləri tanrı bilib onlara ibadət etmişdilər. Mik Ezdanitoff yadplanetlilərin etibar etdikləri bir neçə şəxsdən biridir.
Rastapopoulos Tintini tutmaq üçün mağardakı keçidləri partlayıcı ilə yox etmək istəyir, amma bu vulkanik hərəkətliliyə səbəb olur. Rastapopoulos və dostları kauçuk salla aradan çıxırlar. Tintin və dostları isə vulkanın kraterində ilişib qalırlar. Bu zaman Ezdanitoff əvvəl onlara telepatik hipnoz edir, sonra yadplanetlilərin istifadə etdikləri bir uçan boşqabı köməyə çağırır. Beləliklə Tintin və dostları xilas olurlar. Ezdanitoff hipnoz altındaki dostlarını Rastapopoulos və adamlarının kauçuk salına yerləşdirir, saldaki pis adamları isə bilinməyən tərəfə aparır. Bir xilasedici təyyarə salı görür və onları xilas edir. Cakartadakı xəstəxanaya aparılan Tintin və dostları heç nə xatırlamır. Sadəcə Milunun yaddaşından bu hadisə silinməyib. Yadplanetlilərlə birlikdə olduqlarının tək sübutu Turnosolun cbində unutduğu yad cisimdir.
"Sidneyə 714 nömrəli reys" indiyə qədər 28 dilə tərcümə olunub:
№ | Dil | Adı |
---|---|---|
1 | Afrikans | Vlug 714 |
2 | Bask | Sidneyrako 714 hegaldia |
3 | Benqal | Flight 714 |
4 | Bernese almanı | Flug 714 uf Sydney |
5 | Breton | Nij 714 da Sydney |
6 | Katalan | Vol 714 a Sydney |
7 | Çin | 714 航班(714 hangban) |
8 | Danimarka | Flight no. 714 til Sydney |
9 | Holland | Vlucht 714 |
10 | Fars | Parvazi 714 |
11 | Fin | Lento 714 |
12 | Qalisiya | Voo 714 para Sidney |
13 | Alman | Flug 714 nach Sydney |
14 | Yunan | Ptisi 714 tia Sydney |
15 | İvrit | Tisa 714 |
16 | İsland | Flugrás 714 til Sydney |
17 | İndoneziya | Penerbangan 714 |
18 | İtalyan | Volo 714 destinazione Sydney |
19 | Yapon | シドニー行き714便 |
20 | Malay | Penerbangan 714 |
21 | Norveç | Penerbangan 714 |
22 | Portuqal | Voo 714 para Sidney |
23 | Serb-xorvat | Let 714 za Sidnej |
24 | Sinxales | Guwan Gamana 714 |
25 | İspan | Vuelo 714 para Sidney |
26 | İsveç | Plan 714 till Sydney |
27 | Türk | Sidney'e 714 sefer sayili uçuş |
28 | Vyetnam | Chuyén bay 714 |
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.