Sidik-cinsiyyət aparatı (lat. apparatus urogenitalis) — daxili üzvlərin təşkil elədikləri üç aparatdan biri olub, orqanizmin sidik və cinsiyyət üzvlərindən təşkil olunur. Sidik üzvləri cinsiyyət üzvləri ilə birlikdə təsvir edilir, çünki bunlar anatomik genez cəhətcə bir-biri ilə sıxı rabitədədir.
Sidik-cinsiyyət aparatı | |
---|---|
Latınca | apparatus uragenitalis |
Qrey | subyekt 260 1204 |
Sidik üzvləri
Sidik üzvlərinin vəzifəsi bədəndən suyun və duzların artığını və maddələr mübadiləsindən sonra hasil olan azotlu maddələri sidik (lat. urina) halında xaric etməkdir. Sidik və cinsiyyət üzvlərinin anatomik rabitəsi onların ifrağ etdikləri maddələrin ümumi axacaq vasitəsilə xaricə çıxmasından ibarətdir. Bu rabitə ədaha əsasən kişilərə xasdır.
Sidik üzvlərinin əsas hissəsini bel nahiyəsində yerləşmiş bir cüt böyrək (lat. renes) təşkil edir. Böyrəklərdə ifrağ olunan sidik sidik axarları (lat. ureters) vasitəsilə kiçik çanaqda sidikliyə (lat. vesica urinaria; yun. cystis) toplanır. Buradan isə digər bir axacaq — sidik kanalı (lat. urethra) sidiyi xaricə çıxarır. qadınlarda bu kanal qısa və sadə qurluşa, kişilərdə isə uzun və mürəkkəb qurluşa malik olur. Kişilərdə sidikdən başqa bu kanal vasitəsilə toxum da xaricə çıxır.
Cinsiyyət üzvləri
Cinsiyyət üzvləri — lat. organa genitalia nəsil törətmə vəzifəsini daşıyaraq iki qruoa bölünür:
- Daxili cinsiyyət üzvləri
- Xarici cinsiyyət üzvləri
Kişi cinsiyyət üzvləri
Daxili cinsiyyət üzvləri: Xaya • Xaya artımı • Xayalıq • Xaya qişaları • Toxumdaşıyıcı axacaq • Toxum ciyəsi • Toxum kisəcikləri • Spermatozoid • Prostat
Xarici cinsiyyət üzvləri: Penis • Sidik kanalı soğanağı • Meri-Kuper vəziləri • Qasıq dağcığı • Kişi sidik kanalı
Qadın cinsiyyət üzvləri
Daxili cinsiyyət üzvləri: Yumurtalıq • Yumurta • Yumurtalıq artımları • Uşaqlıq borusu • Uşaqlıq • Uşaqlıq yolu
Xarici cinsiyyət üzvləri: Qasıq dağcığı • Böyük cinsiyyət dodaqları • Kiçik cinsiyyət dodaqları • Qızlıq pərdəsi • Klitor • Dəhliz soğanağı • Uşaqlıq yolu dəhlizi • Bartolin vəziləri • Qadın sidik kanalı
Mənbə
- Bourgery JM. Traité complet de l’Anatomie de l’Homme. Paris: Delaunay; 1839. Vol. 5 Splanchnology; pp. 169–179.
- Gray H (1918) Gray’s anatomy. Anatomy of the human body. XI Splanchnology, 2H The Large Intestine 1918.
- Atlas of Human Anatomy. vols. 1–3. vol. 1, Osteology, Arthrology and Syndesmology, Myology (317 pp.); vol. 2, Splanchnology, Ductless Glands, Heart (229 pp.); and vol. 3, Nervous System, A ngiology, Sense Organs (326 pp.). Ferenc Kiss and Janos Szentágothai. Pergamon, London; Macmillan, New York, ed. 17, 1964. Illus.
- M.B. DeJarnette. Technic and Practice of Bloodless Surgery. 1939, p. 51
- Prof. K.Ə. Balakişiyev, İnsanın Normal Anatomiyası, II cild, "MAARİF" Nəşriyyatı, Bakı — 1979
Wikiwand in your browser!
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.