Seyidli (Ağdam)
Ağdam rayonunda kənd From Wikipedia, the free encyclopedia
Ağdam rayonunda kənd From Wikipedia, the free encyclopedia
Seyidli — Azərbaycan Respublikasının Ağdam rayonunun Seyidli kənd inzibati ərazi dairəsində kənd.[1]
Seyidli | |
---|---|
40°02′37″ şm. e. 46°59′59″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Ağdam rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Rəsmi dili | |
Kənd 1993-ci il iyulun 23-də Ermənistan Ordusu tərəfindən işğal olunmuşdur. 20 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir.[2]
Seyidli XVIII əsrdə Kəbirli tayfasının oymaqlarından sayılırdı. Qarabağ xanlığı zamanında Seyidli oymağının əhalisi xanlığın güvəndiyi igid, mərd insanlar sırasında idi.[3]
Çar Rusiyası zamanında Seyidli Yelizavetpol quberniyasının, Şuşa qəzasının, Kəbirli mahalının kəndi idi.[4]
Azərbaycan keçmiş SSRİ-nin tərkibində olduğu illərdə Seyidli 1930-cu ildə yaradılan Ağdam rayonunun kəndi olmuşdur.
Hazırda Seyidli Azərbaycan Respublikasının Ağdam rayonunun inzibati ərazi vahidində kənddir.
Erməni işğalına qədər kəndin 2 orta məktəbi (Seyidli kənd orta məktəbi və Tillər kənd orta məktəbi), 1 musiqi məktəbi, mədəniyyət evi, kitabxanası, tibb məntəqəsi, rabitə qovşağı var idi.[4]
Seyidli kənd orta məktəbi İkinci Dünya Müharibəsindən sonra 1946-cı ildə Ağdamın Seyidli kəndində yaranmışdır.
Seyidli kəndi rayon mərkəzindən 1 km şimal şərqdə, Ağdam dəmir yol stansiyasından 5 km aralı, Qarabağ düzündədir.
Azərbaycan Respublikası Dövlət Tarixi Arxivində saxlanılan əhalinin siyahıya alınması sənədinə əsasən Çar Rusiyası dövründə müxtəlif illərdə Azərbaycan əhalisinin siyahısı aparılmışdır. Həmin illər Seyidli Yelizavetpol quberniyasının, Şuşa qəzasının, Kəbirli mahalının kəndi idi. 1844 ildə aparılmış siyahıya alınmaya əsasən əhalisinin ümumi sayı 184 nəfər olmuş Seyidlidə 113 kişi, 71 qadın yaşamışdır. 1848-ci və 1865-ci illərdə isə yalnız kişilərin siyahıya alınması aparılmışdır. 1848-ci ildə kişilərin sayı təxminən 167 nəfər idi. 1865-ci ildə 78 evdən ibarət Seyidlinin 254 kişi sakini var imiş. 1873-ci ilin məlumatında isə Seyidli 86 evdən ibarət idi. Həmin ildə Seyidlinin kişi və qadından ibarət 498 nəfər sakini olmuşdur.[4]
1983-cü ilin məlumatına görə Seyidli kəndinin əhalisi 3478 nəfər idi.
Erməni işğalına qədər Seyidli kəndinin əhalisi üzümçülük, heyvandarlıq və baramaçılıqla məşğul olmuşdur.[4]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.