From Wikipedia, the free encyclopedia
Seyanto xaqanlığı - Tinqlinqlərin Qərbi Göytürk xaqanlığından sonra qurduğu müstəqil dövlətdir. Şekuy xaqanın taxta çıxmasından sonra yenidən Qərbi Göytürklərin vassalı olmuşdur.
Xanlıq | |
Seyanto xaqanlığı | |
---|---|
薛延陀 | |
təq. 487 —
|
|
Rəsmi dilləri | Türk dili |
Dövlət dini | Tenqriçilik |
İdarəetmə forması | Xanlıq |
Xan | |
• 600–610 | İdi xan |
Qərbi Göytürk xaqanlığında 100-dən çox Çile (Tinqlinq) tayfa başçılarının Heşana xan tərəfindən edam edilməsindən sonra 605-ci ildə Kibi tayfasının başçısı Geleng (歌楞) özünü İçün Muğan xaqan adı ilə hökmdar elan etmişdi. Həmin vaxt Göytürklərin başqa bir vassalı olan Seyantoların başçısı İşibo (乙失缽) da özünü İdi xaqan adı ilə müstəqilliyini elan etmişdi. Lakin hər ikisi Şekuy xaqanın hakimiyyətə gəlməsindən sonra yenidən bağlılıqlarını ifadə etmişdilər.
Göytürklərin əsaslı dərəcədə zəiflədiyini görən Yişibonun nəvəsi İncu özünü müstəqil elan edərək güclü dövlət qurdu. O İllig xaqan dövründə Seyantoların qəbilə başçısı təyin edilmişdi. 70000 çadırlıq qüvvəsi var idi. Xaqanın vergiləri artırmasına etiraz edən Uyğurlar, Qaoçelər və Bayeqular onlara qarşı göndərilmiş Aşina Yuqu başçılığındakı 400000 süvarini cəmi 5000 Uyğur atlısı ilə Uyğur qəbilə başçısı Pusa tərəfindən məğlub etdi. İncu xan özü 4 dəfə Göytürkləri məğlub edərək xaqanı çətin vəziyyətdə qoydu. Aşina Şibobi başçılığı ilə göndərilən ikinci ordu da məğlubiyyətə uğradıldı. Aşina Şibobi özü Çinə qaçdı. 628-ci ildə şimal Göytürk vassalları İncunu xan elan etdilər.
Yitevuşi xan son Seyanto xanı idi. O 646-cı ildə Uyğurlar tərəfindən məğlub edildikdən sonra Çinə qaçmış və general olmuşdu. Elə həmin il də ölmüşdü. Seyanto Uyğur xaqanlığı tərəfindən işğal olunmuşdu.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.