İlanlar (lat. Serpentes) — sürünənlər sinfinin pulcuqlular dəstəsinə aid yarımdəstə. Antarktikadan başqa bütün qitələrdə rast gəlinir.
İlanlar | ||||
---|---|---|---|---|
Elmi təsnifat | ||||
XƏTA: latin parametri doldurulmayıb.
|
||||
Beynəlxalq elmi adı | ||||
XƏTA HAQQINDA MƏLUMAT Bu parametr doldurulmayıb: latin |
||||
|
İlanlar elastik çənə quruluşuna sahibdir. Bununla da böyük canlıları uda bilirlər.
İlanların çoxu zəhərsizdir. Zəhərsiz ilan növləri ovlarına dolanaraq onları boğur. İlanların zəhərli növləri isə zəhərdən ovlanmaq, yaxud özlərini qorumaq məqsədilə istifadə edirlər. İlanlar həşərat, qurbağa, quş, balıq, kərtənkələ, siçan, yumurta və s ilə qidalanır.
Ən uzun zəhərli ilanlar Kral kobralardır. Onların uzunluğu 5 metrə çatır. Onların vətəni Cənubi Asiya və Cənub-Şərqi Asiyadır, ilk növbədə Hindistan və Çində rast gəlinir. Orta ömrü 20 ildir. Kral kobralar təhlükə hiss etdikdə və ya hücuma hazırlaşdıqda başlarının yan tərəfindəki dərini qaldırıb genişləndirə bilirlər. İlanlara Antarktidadan başqa bütün qitələrdə rast gəlinir. 8 metr uzunluğa çatan Torlu piton dünyanın ən uzun ilanı hesab olunur. Həmçinin yaşıl anakonda ən ağır ilan hesab olunur, bəzi fərdlərin çəkisi 200 kqdan çox olur. Hər ikisi zəhərsizdir və ölçülərinə və güclərinə güvənən güclü yırtıcılardır. Torlu pitonlar Cənubi Asiya və Cənub-Şərqi Asiyada yaşayır. Anakondalara isə Cənubi Amerikada rast gəlmək olar. Zəhərli ilanlar öz zəhərindən ovlarını hərəkətsizləşdirmək və ya öldürmək, həmçinin yırtıcılardan və ya təhdidlərdən özünü müdafiə etmək üçün istifadə edir. Afrikada mövcud olan ən zəhərli ilan isə Qara mambadır.[1]
İngiliscə heyvanlar tərəfindən istehsal olunan və adətən dişləmə və ya sancma yolu ilə hədəfə vurulan bu zəhərli maddə Venom adlanır. Zəhərli ilana misal olaraq Gürzəni (Viper) göstərmək olar. İlanların əksəriyyəti yumurta qoyur. Yumurta qoymayan və bunun əvəzinə embrionları öz bədənində inkişaf etdirən və diri doğuran ilanlar da var. Bəzi ilan növləri isə "ovoviviparous"dur, burada ana ilan yumurtalarını bədənində saxlayır. Bala ilanlar canlı doğulurmuş kimi görünür, əslində isə ananın içərisindəki yumurtadan çıxıblar. Zəhərli ilanlarda ucu iti dişlərin (fang) içi boşdur və bu, zəhər vəzilərinə bağlıdır, bu da ilana dişləmə zamanı zəhəri qurbanın birbaşa qanına çatdırmağa imkan verir. İlanları öyrənən elm serpantologiya adlanır.
Dəri
İlan dərisi pulcuqlarla örtülüdür, hamar və quru quruluşa malikdir. İlanların qarın və bel pulcuqlarının quruluşu fərqlidir. Dəri rəngləri çox müxtəlidir. Bəziləri bir rəngə, bəziləri isə 3–4 rəngə sahibdir. Rəngli ilanlar, əsasən, zəhərlidir. Ancaq zəhərli olmayan rəngli ilanlar da var. Rəngli dəri təhlükəni bildirir və düşmənləri qorxutmaq üçün istifadə olunur, amma bu o demək deyil ki, birrəngli ilanların dəriləri qorunmaq üçün əlverişsizdir. Birrəngli ilanların rəngi daha çox bozumtul, qəhvəyi və qara rəngli olur ki, bu rənglər də torpaqda, qumda, daşda gizlənmək üçün (kamuflyaj) ideal rənglərdir.
Dəri dəyişdirmə
Bir çox canlı kimi ilanlar da dəri dəyişdirir. Köhnə dəri ağız tərəfdən cırır, ilan daş, ağac kimi obyektlərə sürtünərək dərisini çıxardır. Bu prosesin bir neçə funksiyası var. İlk növbədə ilan köhnə dəridən azad olur, həm də parazitlərdən təmizlənir.
Zəhər
Zəhər başın arxasındakı zəhər vəzilərində toplanır və dişlər vasitəsilə ova, yaxud düşmənə yeridilir. Tüpürən kobra kimi bir neçə ilan təhlükə hiss etdikdə düşmənin gözünə zəhər tüpürür. Bəzi heyvanlarda ilan zəhərinə qarşı təbii peyvənd vardır və zəhər onlara təsir etmir.
Qış yuxusu
Bir çox sürünənlər kimi ilanlar da qışı yataraq keçirir. Qış boyunca yatasalar belə, passiv həyat tərzi sürürlər..
Mədəniyyətlərə təsiri
İlan kultu Qədim Misir, Qədim Yunanıstan, türk-fars sivilizasiyası, xristianlıq, islam kimi bir çox mədəniyyətdə yer alır. Qədim Misirdə ilan müqəddəs sayılırdı. Saray divarlarında tez-tez ilan təsvirinə rast gəlinir. Fironun taxt və tacında ilan heykəlcikləri yerləşdirilirdi. Qədim Yunanıstanda Meduza, Pifon kimi bir çox obrazın az və ya çox dərəcədə bədənlərində ilan komponentləri var idi.
Türk-fars mifologiyasında Şahmaran adlı yarı qadın yarı ilan qadın məşhurdur.
Xristianlar inanırlar ki. İblis Adəm və Həvvanı aldadanda ilan cildində idi. Musəvili, xristianlıq və islamda Musa peyğəmbərin əsasının ilana çevrilə bildiyinə inanılır.
Tibb emblemində ilan kubokun içərisinə əyilmiş halda təsvir olunur.
Şəkillər
- İlan skeleti
İstinadlar
Xarici keçidlər
Wikiwand in your browser!
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.