From Wikipedia, the free encyclopedia
Məlikov Sabir Soltan oğlu — şair, tərcüməçi, Prezident təqaüdçüsü Azərbaycan Yazıçılar Birliyinin üzvü, 1996–2016-cı ilə qədər AYB Sumqayıt bölməsinin sədri vəzifəsində çalışmışdır.
Sabir Sarvan | |
---|---|
Məlikov Sabir Soltan oğlu | |
Təxəllüsü | Sarvan |
Doğum tarixi | |
Doğum yeri | Pirhəsənli, Ağsu rayonu, Azərbaycan SSR |
Vəfat tarixi | (61 yaşında) |
Vəfat yeri | Bakı |
Dəfn yeri | Pirhəsənli, Ağsu rayonu |
Vətəndaşlığı | Azərbaycan |
Milliyyəti | Azərbaycan türkü |
Həyat yoldaşı | Məlikova Zərnigar Abbas qızı |
Fəaliyyəti | şair |
Mükafatları | Prezident təqaüdçüsü |
Sabir Soltan oğlu Məlikov 1956-cı il mart ayının 5-də Ağsu rayonunun Pirhəsənli kəndində anadan olmuşdur. Əsil anası Cəmilə xanım olsa da, bir yaşından Sarvan kəndində yaşayan ana nənəsi Səkinə xanım övladlığa götürmüş, onun himayəsində böyüyüb, təlim-tərbiyə almışdır. 1971-ci ildə Sarvan kəndində səkkizillik məktəbi,1973-cü ildə isə Növcü kənd orta məktəbini bitirmişdir. 1977-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun (indiki mədəniyyət və İncəsənət Universiteti) Dram və kino aktyorluğu fakultəsinin bitirmişdir.1977-1980-ci illərdə N.Vəzirov adına Lənkəran Dövlət Dram teatrında, 1981-1987-ci illərdə isə Bakı Tədris Teatrında aktyor işləmişdir.
Onun üçün Vətən məvfumu böyük məna kəsb etsə də, doğulduğu yurda, elə-obaya bağlılığı ilə də örnək idi. Hər dəfə Pirhəsənliyə yolu düşəndə ahıl insanlara, kimsəsizlərə baş çəkər, onlarla zarafatlaşar, dərd-sərini öyrənib, əlindən gələn köməyi edərdi.
2014-cü ildə Ağsu rayonunda, 2016-cı ildə Sumqayıt şəhərində, 2017-ci ilin fevral ayında AYB-nin "Natavan" klubunda 60 illik yubileyi geniş şəkildə qeyd olunmuşdur. 2017-ci il, fevral ayının 28-də onu çoxdan narahat edən kəskin ağrılar ucbatından Sumqayıt 1 saylı xəstəxanaya yerləşdirilmiş, lakin həkimlər Bakı şəhərində yerləşən "Neftçilər" xəstəxanasına yerləşdirməyi məsləhət görmüşlər. 2017-ci il mart ayının 14-də saat 03. 30 radələrində həmin xəstəxanada ürək çatışmamazlığından dünyasını dəyişmişdir. Həyat yoldaşı Zərnigar xanımın söylədiyinə görə həkim ondan son istəyini soruşduqda, Sabir Sarvan dərindən ah çəkərək: Ölüm məni qorxutmur, torpaqdan gəlmişik, torpağa da qovuşacağıq,-demişdir, amma bir arzum var, keşkə Qarabağı qaytara biləydik. Həkm təəccüblə üzünə baxaraq, sən Qarabağlısanmı?-deyə soruşduqda,Sabir Sarvanın cavabı qısa və sərt olub:
- Mən Azərbaycanlıyam. Bunu istəmək üçün yalnız Qarabağlımı olmalısan?!
Vəsiyyətinə əsasən doğulduğu Ağsu rayonunun Pirhəsənli kəndindəki kənd qəbristanlığında dəfn edilmişdir.
1984-cü ildə Ağsu rayonunun Pirhəsənli kəndindən olan Zərnigar adlı xanımla ailə qurmuş, Toğrul adlı bir övladları dünyaya gəlmişdir. Lakin amansız xəstəlik yaş yarımlıq Toğrulu ona çox görmüşdür. Bu itkidən sarsılan və uzun zaman özünə gələ bilməyən şair nəhayət, özünü toparlamış və ədəbi aləmdə öz fəaliyyətini yenidən davam etdirmişdir.
Yaradıcılığa hələ orta məktəb illərində oxuduğu vaxtlardan maraq göstərmişdir."Vüqar" adlı ilk şeiri 1970-ci ildə Ağsu rayonunda çıxan "Birlik" qəzetində çap olunmuşdur.1983–1993-cü illərdə jurnalist kimi fəaliiyətə başlamış, demokratik mətbuatın ilk qaranquşu sayılan "Gənclik", "Molodost" jurnalında ədəbi işçi, şöbə müdiri, baş redaktorun müavini vəzifələrinə qədər yüksəlmişdir.Zamanında bir çox insanların sosial-psixoloji problemlərinin çözülməsində, bürokratik əngəllərin aradan qaldırılmasında, toz basmış həqiqətlərin üzə çıxarılmasında Sabir Sarvanın müəllif araşdırmaları öz bəhrəsini vermişdir. Onun publisistikasında milli təəssübkeşlik və haqqı nahaqqa verməmək ideyası hakim olub.Bu yazılara görə gələn təhdidlərdən qoxrmayıb,öz qələmini, əqidəsini ona yönəlmiş çirkablardan qoruya bilib.
Türkiyədə çıxan "Kardeş Kalemler", "Çağrı", "Çınqı" dərgilərində və "Krımın sesi" qəzetində şeirləri dərc olunmuşdur, eyni zamanda Türkiyənin Mersin şəhərində fəaliyyət göstərən "Kanal 42 MSBC–nin "Damla-Damla" şiir proqramında dəfələrlə şeirləri səsləndirilmiş və geniş tamaşaçı kütləsi tərəfindən bəyənilmişdir.
Türkiyənin tanınmış bəstəkarı Ayzer Büyüker tərəfindən "Qarabağlı uşaq" şeirinə mahnı bəstələnmiş və dinləyicilər arasında çox böyük əks-səda vermişdir.
Sabir Sarvan mütəmadi olatraq Azərbaycan məkanında fəaliyyət göstrən televiziya kanallarında ədəbiyyatımız,onun problemləri və həlli yolları haqqında çıxışlar etmişdir.
2002-ci ildə Sumqayıt şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Almaniyanın Lüdviqshafen şəhərində olmuş, orada yaşayıb-yaradan türk əsilli şair Hasan Özdemirlə tanış olmuş,onun şeirlərini Azərbayvcan türkcəsinə uyğunlayaraq "Ulduz" jurnalında dərc etdirmişdir.
Vaxtaşırı cəbhə bölgələrinə səfər çıxmış və əsgərlər qarşısında vətənpərvərlik ruhunu gücləndirməyə xidmət edən şeirlərlə çıxış etmişdir.
Təkcə Sumqayıtda deyil, ümumilikdə Azərbaycan ədəbi mühitinin formalaşmasında,ciddi ədəbiyyat naminə xidmətə yönəlməsində, sözün əsl mənasında fədakarlıq göstərmişdir. Hər zaman Sumqayıt Dövlət Dram Teatrı ilə əlaqə saxlamış, repertuar siyasətinin düzgün qurulmasında ədəbiyyatı və teatrı mükəmməl bilən bir qələm adamı kimi öz köməyini əsirgəməmişdir. Sabir Sarvan üçün istedad, sənət hər zaman hər şeyin fövqündə olub. O, bəlkə də yeganə qələm adamlardandır ki, ədəbiyyat mənafeyini şəxsi mənafeyindən üstün tutmağı bacarırdı.
Gürsüctanda keçirilən Mayakovski günlərində billur güldan və diplomla mükafatlandırılmışdır.
Türkiyənin Çorm şəhərində keçirilən "Şiir şölənində" Diploma layiq görülmüşdür. (1996)
50 illik yubileyi münasibətilə Sumqayıt şəhərinin sabiq İcra başçısı Vaqif Əliyev tərəfindən ikiotaqlı mənzillə mükafatlandırılmışdır. (2006)
Azərbaycan Respublikasının Prezidentinin təqaüdünə layiq görülmüşdür.(2010)
Ədəbiyyatın inkişafına göstərdiyi xidmətlərə görə müxtəlif vaxtlarda Azərbaycan Yazıçılar Brliyi və Sumqayıt şəhər İcra hakimiyyəti tərəfindən gördüyü işlər yüksək dəyərləndirilmiş və müxtəlif vaxtlarda diplom və fəxri-fərmanlarla təltif edilmişdir.
Sabir Sarvan Azərbaycan Yazıçılar Birliyi Sumqayıt bölməsinin yaranması ideyasını irəli sürərək, 1996-cı il dekabr ayının 21-də bölmənin yaranmasına nail olmuş, həmin ildən 2017-ci ilin mart ayına kimi (20 il müddətində) Azərbaycan Yazıçılar Birliyi Sumqayıt bölməsinin sədri vəzfəsində çalışmışdır.
Bölməyə rəhbərlik etdiyi müddətdə "Turan", "Zərif"qadın ədəbi məclisləri, "Tumurcuq" uşaq klubu, hal-hazırda adını daşıyan Sabir Sarvan adına Uşaq Poeziya Teatrını yaratmış və onların fəaliyyət göstərməsində özünün bilavasitə iştirakı olmuşdur. Bölmə tərəfindən "Turan" ədəb məclisinin fəaliyyətindən xəbər verən "Bizdən sizə qalan sözdü" adlı (dörd almanax), "Zərif " qadın ədəbi məclisinin üzvlərinin şeirlərindən ibarət "Bənövşı pıçıltısı" "Tumurcuq" uşaq klubu üzvlərinin şeirlərindən ibarət "Qanadlandıq uçmağa" adlı 13 almanax, məktəblilər üçün nəzərdə tutulan "Vətən deyən şeirlər", "Vətənim, anam, dilim" adlı kitablar çap edilmişdir. Həmçinin Sumqayıtlı yazarların tərcümələrindən və dünyasını dəyişmiş qələm adamlarının yazdıqlarından nümunələr toplanmış almanaxlar işıq üzü görmüşdür. Bundan başqa mərhum yazıçı-publisist Feyzi Mustafayevin bir vaxtlar "Yazıçı" nəşriyyatı tərəfindən çap edilmiş "Dinmə,ey kədər" adlı kitabı bölmə tərəfindən yenidən latın qrafikası ilə çap edilmişdir. Sumqayıt şəhərinin 60 illiyi ilə əlaqədar Sumqayıt şəhər təhsil şöbəsi və Sumqayıt şəhər Gənclər İdman Baş idarəsi ilə birlikdə I-IV sinif şagirdlərinin oxuması üçün nəzərdə tutulan "Sinifdənxaric oxu", "Təbiət düşünür, düşündürür" kitabı bölmənin təşəbbüsü ilə işıq üzü görmüşdür. Bu kitablarda Sumqayıtlı müəllifləri uşaqlar üçün yazdığı şeirlərdən nümunələr toplanmışdır.
Bölmənin təşəbbüsü ilə hər il keçirilən "Söz" bayramı, 21 mart Beynəlxalq poeziya günü və 28 may Respublika günü münasibətilə şəhər məktəbliləri arasında keçirilən bədii-qiraət müsabiqəsi artıq Sumqayıtda ənənə halını almışdır.
Klassik və müasir ədəbiyyatın təbliği məqsədi ilə şəhərdəki müxtəlif təşkilatlarla işbirliyi qurulmuş və bir sıra tədbirlər keçirilmişdir. Şəhər Təhsil Şöbəsi ilə birlikdə keçirilən Aşıq Ələsgərin yubileyi, M.Müşfiqin, R.Rzanın, Ə.Kərimi şeirlərinin Sumqayıtlı məktəblilər arasında bədii-qiraət müsabiqəsi, dərslik müəlliflərindən T.Hacıyevin, N. Cəfərovun, Z.Əsgərlinin iştirak etdikləri "Müasir ədəbiyyat və onun tədris problemləri" mövzusunda söhbət diskkusiya bu qəbildəndir.Bölmənin fəaliyyət göstərdiyi müddətdə şəhərdə müasir şairlərdən M.Arazla, C.Novruzla, F.Sadıqla, Q.İsabəyli ilə, Ə.Olla, P.Qəlbinurla, M.Aslanla, F.Məmmədli ilə "Abasqulu bəy Şadlinski"" kitabının müəllifi Əziz Ələkbərli ilə, yazıçı Ç.Abdullayevlə, Yazıçı Qadınlar Cəmiyyətinin üzvləri ilə və.s. çoxsaylı görüşlər keçirilmişdir.
Dövrün, zamanın zərurətindən irəli gələn milli dövlətçilik ideyasının formalaşmasına xidmət edən əsərlərin təbliği ön plana çəkilmiş, bu manasibətlə şəhərdə müxtəlif vaxtlarda Şəhər İcra Hakimiyyəti ilə birlikdə "Milli dövlətçilik ideyası və bədii ədəbiyyat" mövzusunda dəyirmi masa, "Zaman" qəzeti ilə birlikdə məktəblilər arasında Mehmet Akif Ersoyun "Çanaqqala şəhidləri" şeirinin bədii-qiraət müsabiqəsi, "Bədii ədəbiyyatda tarixi gerçəkliklər" mövzusunda oxucular konfransı, Sumqayıtdakı N hərbi hissəsinin əsgərləri ilə bir qrup AYB üzvünün görüşü və.s.keçirilmişdir. Bundan başqa hər il, 28 may Respublika günü münasibətilə şəhər Təhsil şöbəsi ilə birlikdə məktəblilər arasında Vətən haqqında şeirlərin bədii-qiraət müsabiqəsi reallaşıb.
Bölmənin bir sıra tədbirləri telelayihələr şəklində də həyata keçirilmişdir. İctimai televiziya ilə birgə "Öncə vətən", yerli-"Dünya tv. kanalı ilə S. Vurğunun və S.Rüstəmin 100 illik yubileyləri ilə bağlı dörd ay davam edən bədii-qiraər müsabiqələri buna misaldır.
İstedadlı tənqidçi, çağdaş ədəbiyyatımızda özünəməxsus yeri olan Nərgiz Cabbarlının "Yeni nəsil ədəbiyyatı -2", gənc şairlər Günel Vəfalı və İradə Axundzadənin "İkimiz bir kitabda" "Gülnarə Cəmaləddinin "Qəhvə rəngi" adlı şeirlər kitabının işıq üzü görməsində onun əvəzsiz xidmətləri olub.
Şəhərdə artıq ənənnə halını almış "Söz" bayramı, "Şəhər günü" hər il onun ideyası əsasında həyata keçirilir.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.