From Wikipedia, the free encyclopedia
SSRİ-də seks yoxdur (rus. В СССР секса нет) – rus dilində zərb-məsəl. İfadə 17 iyul 1986-cı ildə yayımlanmış Leninqrad–Boston telekörpüsünün sovet iştirakçısı tərəfindən işləndikdən sonra yaranmışdır.
17 iyul 1986-cı ildə iki televiziya müxbiri – sovet Vladimir Pozner və amerikalı Fil Donahyu ABŞ ilə SSRİ arasındakı ilk telekörpülərdən birini təşkil etmişdirlər. "Qadınlar qadınlarla danışır" adlı telekörpünün amerikalı qadın iştirakçılarından biri sovet iştirakçı Lüdmila İvanovaya belə bir sual vermişdir:[1]
Bizdə bütün günü telekanallardakı reklamlar seksin ətrafında dövrə edir, sizdə də belə reklamlar varmı? |
Həmin dövrdə "İnturist" otel sistemind' işləyən və Sovet Qadınları Komitəsinin nümayəndəsi olan Lüdmila İvanova belə bir cavab vermişdir:[1]
Biz sekslə məşğul olmuruq və onun əleyhinəyik! Bizdə sevgi var. |
İvanovanın cavabı zalda qəhqəhə partlayışına səbəb olmuşdur. İfadə populyar mədəniyyətdə "SSRİ-də seks yoxdur" formasında məşhurlaşmışdır.[1]
İvanova verdiyi müsahibədə qeyd etmişdir ki, verilişə qədər seks sözünü eşitməmişdi, sadəcə mənasını təxmin edirdi və yaxşı mənada olmadığını düşünürdü. O bildirmişdi ki, sözləri qəhqəhə ilə qarşılaşanda nəyisə doğru demədiyi üçün qorxmuşdur. Belə ki, partiya tərəfindən onlara verilmiş tapşırığa görə amerikalıların nə deməsindən asılı olmayaraq bunları inkar etməli və razılaşmamalı idilər. Verilişdəki sözlərinə görə Sovet Qadınları Komitəsində onu sıxışdırmışdılar, hətta komitədən qovacaqdılar.[1]
Vladimir Pozner verdiyi müsabibədə bildirmişdir ki, Boston studiyasında yaşlı bir qadın sual vermişdi. O gileylənirdi ki, nəvəsi bütün günü televizora baxır, orada isə seks və zorakılığı göstərirlər. İvanova məhz televiziyada seks olmadığını demək istəmişdi. Lüdmila İvanova sonralar Poznerə şikayətlənirdi ki, adamlar onu küçədə tanıyırlar və hətta sataşırlar.[1]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.