Səyavuş Həsən oğlu Həsənov (20 yanvar 1964, Yengicə, Noraşen rayonu25 iyun 1992, Qırmızıkənd, Tərtər rayonu) — Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi.

Cəld faktlar Şəxsi məlumatlar, Doğum tarixi ...
Səyavuş Həsənov
Səyavuş Həsən oğlu Həsənov
Thumb
Şəxsi məlumatlar
Doğum tarixi 20 yanvar 1964(1964-01-20)
Doğum yeri
Vəfat tarixi 25 iyun 1992(1992-06-25) (28 yaşında)
Vəfat yeri
Vətəndaşlığı
Hərbi fəaliyyəti
Döyüşlər Birinci Qarabağ müharibəsi
Təltifləri Azərbaycanın Milli Qəhrəmanı
Bağla

Həyatı

20 yanvar 1964-cü ildə Şərur rayonunun Yengicə kəndində anadan olmuşdur. Orta məktəbi kənd məktəbində səkkizinci sinfə qədər oxuduqdan sonra təhsilini Bakıda 54 saylı texniki-peşə məktəbində davam etdirir. Daha sonra hərbi xidmətə çağırılır və Stavropolda xidmətini başa vurduqdan sonra Tümenə işləməyə gedir. 1990-cı il 20 Yanvar hadisələrini eşidən kimi o Bakıya qayıdaraq Xalq Hərəkatına qoşulur. Qarabağı erməni qəsbkarlarının hücumlarından qorumaq üçün könüllü müdafiə batalyonları yarananda ora ilk yazılanlardan olur.

Döyüşlərdə iştirakı

Səyavuş Goranboyda, Şuşada, Gədəbəydə uğurla vuruşaraq düşmənə öz gücünü göstərmişdi. 1992-ci il onun tərkibində olduğu dəstəyə yeni tapşırıq verilir, Qırmızıkənd (Tərtər) düşməndən azad edilməli idi. Dəstə kəndə doğru irəliləyirdi ki güclü atəş səsləri eşidildi erməni tankı lap yaxında idi Səyavuş qumbaraatanla tankı vurur və ermənilərin tankını döyüş meydanında alov bürüyür, döyüşün gedişində onun silahı və mərmisi tükənir döyüşün qızğın bir vaxtında silahsız qalan Səyavuş qəfildən yerə sərilir vətənimizin cəsur övladı sonuncu dəfə doğma Qarabağın səmasına baxdı.

Cəsur döyüşçünün cəsədi bir həftə sonra döyüş meydanından çıxarıldı.

Ailəsi

Ailəli idi.

Milli Qəhrəman

Azərbaycan Respublikası prezidentinin 21 iyul 1992-ci il tarixli 69 saylı fərmanı ilə Səyavuş Həsən oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.[1]

Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir.

İstinadlar

Ədəbiyyat

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.