Səid Camal oğlu Qurbanov (21 dekabr 1928, Səlik, Dağıstan MSSR – 12 mart 2009, Bakı) — SSRİ və Rusiya siyasi və dövlət xadimi, Dərbənd rayon Partiya Komitəsinin birinci katibi (1962, 1966–1971 və 1973–1985), Dağıstan MSSR kənd tədərrüfatı naziri (1971–1973), Dağıstan prezidentinin sabiq müşaviri, Dağıstanda Azərbaycan diasporunun görkəmli nümayəndəsi.[1]
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Həyatı
Səid Camal oğlu Qurbanov 1928-ci il dekabrın 21-də Dərbənd rayonunun Səlik kəndində anadan olub. Uzun illər müxtəlif dövlət vəzifələrində çalışan Səid Qurbanov 1965-ci ildə Dərbənd rayon İcraiyyə Komitəsinin sədri, 1966-cı ildə isə Dərbənd rayon partiya komitəsinin birinci katibi seçilib.
1971-73-cü illərdə Dağıstanın kənd təsərrüfatı naziri olan soydaşımız Səid Qurbanov 1973-cü ildə yenidən Dərbənd rayonunun birinci katibi vəzifəsində çalışıb. O, 1991-1998-ci illərdə Dərbənd rayon Deputatlar Sovetinə sədrlik edib, 1998-ci ildən təqaüdə çıxana kimi isə Dağıstan prezidentinin müşaviri vəzifəsində çalışıb.
2005-ci ildə təqaüdə çıxan Səid Qurbanov Dağıstan prezidenti yanında Ağsaqqallar Şurasının üzvü olub. İki dəfə Dağıstan Sovet Sosialist Respublikasının deputatı olan soydaşımız həmçinin Dağıstan Respublikası Dövlət Şurasının da üzvü olub.
2008-ci ilin dekabrında prezident İlham Əliyevin sərəncamı ilə Səid Qurbanov "Şöhrət" ordeni ilə təltif edilib.
2009-cu il martın 11-də ürək çatışmazlığı diaqnozu ilə Bakıya gətirilən S.Qurbanov xəstəxanalardan birinə yerləşdirilib. Həkimlərin cəhdlərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb və S.Qurbanov xəstəxananın reanimasiya şöbəsində dünyasını dəyişib. Dağıstanın Dərbənd rayonunun Salik kəndində torpağa tapşırılıb.
İstinadlar
Wikiwand in your browser!
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.