From Wikipedia, the free encyclopedia
Səid Cəlili (farsca: سعید جلیلی; 6 sentyabr 1965, Məşhəd) — İranın Ali Milli Təhlükəsizlik Şurasının keçmiş sədri və keçmiş baş nüvə müzakirəçisi.
Səid Cəlili | |
---|---|
fars. سعید جلیلی | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 6 sentyabr 1965 (59 yaş) |
Doğum yeri | |
Fəaliyyəti | siyasətçi, diplomat, universitet müəllimi[d], akademik heyət |
Dini | on iki imam şiəliyi, islam, şiəlik |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Tehranın İmam Sadiq Universitetinin Siyasi Elmlər Bölməsində doktorantura təhsilini tamamlayan Cəlili həmin universitetin müəllimidir. S. Cəlili İran-İraq müharibəsi zamanı İran İnqilab Keşikçiləri Ordusuna bağlı könüllü təşkilatının üzvü kimi dəfələrlə döyüşüb. İranın İraq qüvvələrinə qarşı həyata keçirdiyi Kərbəla-5 əməliyyatı zamanı sağ ayağından yaralanıb və sağ ayağını amputasiya etməli olublar. Hazırkı vəzifəsi İranın dini lideri Əli Xamneyi tərəfindən təsdiqlənən Səid Cəlili İran Xarici İşlər Nazirliyində Avropa və Amerika Departamentinin rəhbəri kimi müxtəlif vəzifələrdə çalışıb.
İranda seçkilər qabağı Səid Cəlilinin şansları daha yüksək görünür. İranda prezidentliyə namizədlərin seçkiqabağı təbliğat kampaniyası başlayıb. Bildirilir ki, kampaniya Konstitusiya Şurası tərəfindən təsdiqlənən 6 namizədin siyahısı elan edildikdən sonra başlayıb və namizədlər arasında bununla bağlı püşkatma keçirilib. Bu gün ilk olaraq təbliğata üç namizəd — Səid Cəlili, Əmirhüseyn Qazizadə və Məhəmməd Baqer Qalibaf başlayacaq. İran İslam Respublikası Yayımları (İRİB) üzrə beş canlı televiziya debatını əhatə edən kampaniya seçkiyə 24 saat qalmışa qədər davam edəcək.[1]
Ramiz Mehdiyev Səid Cəlili ilə görüşüb. 29.04.2013-cü ildə İranda səfərdə olan Azərbaycan Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev İran Ali Milli Təhlükəsizlik Administrasiyasının katibi Səid Cəlili ilə görüşüb.[2]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.