Azərbaycan kimyaçısı, AMEA akad. Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun "Heterogen kataliz" laboratoriyasının müdiri, kimya elmlər doktoru (1993), professor (2009) From Wikipedia, the free encyclopedia
Abasov Səfa ( tam adı Səfa İslam oğlu Abasov; d.10 iyun 1946; Azərbaycan, Bakı) — Azərbaycan kimyaçısı, AMEA akad. Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun "Heterogen kataliz" laboratoriyasının müdiri, kimya elmlər doktoru (1993), professor (2009). [1]
Səfa Abasov | |
---|---|
Səfa İslam oğlu Abasov | |
Doğum tarixi | |
Doğum yeri | Bakı şəhəri |
Vətəndaşlığı | Azərbaycan |
Elm sahəsi | kimya |
Elmi dərəcəsi | Kimya elmləri doktoru |
Elmi adı | professor |
İş yerləri | AMEA, Akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutu |
Təhsili | M.V.Lomonosov adına Moskva Dövlət Universiteti |
Səfa Abasov 1946-cı il iyunun 10-da Azərbaycan Respublikasının Bakı şəhərində anadan olmuşdur. 1975-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Kimya fakültəsini bitirmişdi. Metanın dehidrotsikloheksabirləşmə və karbohidrogenlərin izomerləşməsində istifadə edilən yüksək dispersli Pt və Pt/Re katalizatorların xemosorbsiya və katalitik xassələri mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. 2004-cü ildən AMEA-nın Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitunda böyük elmi işçi vəzifəsində çalışır. 2013-cü ildən “Hetrogen kataliz” laboratoriyasına rəhbərlik edir. [2] [3] S.İ.Abasovun bir sıra beynəlxalq konqreslərin və konfransların (Fransa, Yaponiya, Çin, Rusiya və digər) iştirakçısı olmuşdur, 150-dən artıq elmi məqalə və müəlliflik şəhadətnaməsinin müəllifidir. Onun rəhbərliyi ilə 1 nəfər elmlər doktoru və 3 nəfər elmlər namizədi işini müdafiə etmişdir.
Tədqiqatları katalizatorların və onların iştirakı ilə gedən proseslərin öyrənilməsinə həsr olunmuşdur. Müxtəlif seolitlərin mikroməsaməli xassələrinin dəyişilməsini, aktiv və seçici xassəyə malik katalizatorları təyin etmək üçün metaldaşıyıcıların qarşılıqlı təsirini, kiçikmolekullu alkanların aromatikləşməsi və benzolun propanla aşağı tempr-da dehidroalkilləşməsini sistemli şəkildə tədqiq etmişdir. Sorbsiya olunmuş oksigenin reaksiyagirmə qabiliyyəti ilə nano-metal hissəciklərin dispersliyi arasında olan asıllıq müəyyən etmişdir. Seolit katalizatorların mikroməsaməli quruluş xüsusiyyətləri ilə karbohidrogenlərin selektiv çevrilməsi arasında olan asıllığı müəyyən etmişdir. Aşağı molekul kütləli alkanların katalitik aktivləşdirilməsi, ilk dəfə metanın dehidrotsikloheksamerləşməsi və benzolun propan ilə aşağı temperaturlu dehidroalkilləşdirilməsi üçün katalizatorları sintez etmişdir. 120-dən çox elmi əsərin müəllifidir.
S.İ.Abasovun əsas elmi istiqaməti karbohidrogenlərin selektiv çevrilməsinin aktivləşdirilməsi, neftkimyası və C1-in kimyası üçün effektiv katalitik sistemlərin sintezi, həmçinin bu sistemlərin katalitik xassələrini öncədən söyləməyə imkan verən amilləri müəyyənləşdirməkdir. S.İ.Abasov müasir neft-kimyasının müxtəlif prosesləri üçün yeni katalizatorların sintezi sahəsində böyük əhəmiyyətə malik bir sıra elmi mülahizə irəli sürmüş və onların yüksək səviyyədə həllinə nail olmuşdur. O, ilk dəfə olaraq metanın birbaşa benzola çevrilməsi və aşağı temperaturlarda benzolun propanla dehidroalkilləşməsi, qaz və maye halında olan n-alkanların qarışığının sinkretizasiya yolu ilə yüksək oktan ədədli C5-C6 şaxəli karbohidrogenlərə çevrilməsi üçün aktiv katalizatorlar sintez etmiş və bu reaksiyaların əsasını təşkil edən bimolekulyar intermediatların əmələ gəlməsinin, onların aktivləşdirilməsinin yeni istiqamətini yaratmış və mexanizmini təklif etmişdir. S.İ.Abasov tədqiqatlarında komponentləri məlum katalizatorların xassələrini özlərində saxlayan kompozision katalitik sistemlərin yaradılmasına xüsusi yer verir. Bu cür katalitik sistemlərin tətbiqi ilə oksidləşdirici dehidrogenləşməsi, sintez qazın dimetil efirinə çevrilməsinin intensivləşdirilməsi və onun məqsədyönlü karbohidrogenlərə aşağı temperaturlu (140-180oC) selektiv konversiyasına nail olmuşdur. Həmçinin də səmt qazlarının qazbenzini ilə qarışığının ekoloji təmiz yüksək oktanlı benzinlərin birbaşaqovulma benzinlərinin riforminqinə alternativ olan alınma prosesinə cəlb edilməsi mümkün olmuşdur.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.