Sədrəddin Xiyavi - mənşəcə Azərbaycan türklərindən olan məşhur xəlvəti şeyxlərindən biri və sufi alimidir.
Bu məqalənin ensiklopedik tələblərə cavab vermədiyinə dair şübhələr var. |
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Xiyav və ya Müşəkkə kəndində doğulmuşdur. Mənbələr hansı kənddə doğulması haqqında ziddiyyətli məlumat verir. Ləmazatda isə Xiyavın qəza, Müşəkkənin isə kənd olduğu bildirilir. Həsən Krımi də Xiyavın Şirvanın kəndlərindən biri olduğunu, digər adının isə Cənaim olduğunu qeyd edir. Mehmet Rıhtım isə Xiyavın Şirvanda yer adı olduğunu qeyd edir.
Şeyx Sədrəddin çoxlu fəhlə işlədərək yundan paltar tikdirib satan zəngin və səxavətli bir tacir olmuşdur. Şeyx İzzəddin Xəlvəti ilə Xiyavda görüşdükdən sonra təsirlənmiş və onun müridi olmuşdur. Bir müddət sonra seyri-sülukunu tamamladıqdan sonra Xiyava gələrək ətraf ərazilərdə irşada başlamışdır. Şeyx Sədrəddin kçik qızın Seyid Yəhya Bakuviyə ərə vermişdi. O, qazancı ilə öz məişətini və müridlərinin ruzisini təmin edir, başqasından yardım almazmış.
Şeyx Sədrəddin 1425-ci ildə vəfat etmişdir. Qəbri Şamaxı yaxınlığında "Günbəz-qubur"dadır.
Xəlifələri Şeyx Pirzadə, Şeyx İbrahim, Şeyx İlyas və Seyid Yəhya Bakuvidir.
Wikiwand in your browser!
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.