From Wikipedia, the free encyclopedia
Reyhanə binti Zeyd (ərəb. ريحانة بنت زيد; güm. 590-cı illər, Hicaz – 631, Mədinə) — İslam peyğəmbəri Məhəmmədin (s.a.v) həyat yoldaşlarından biri.[1][2][3] O, yəhudi əsilli ərəb qadın idi. Şimali Ərəbistan yarımadasında yaşayan Bənu Qureyzadan olan gənc qadın olmuşdur. Tam adı:Reyhanə binti Şəmun ibn Yezid və ya Reyhanə binti Zeyd ibn Amr ibn Hənəfe bin Şəmun bin Yezid. Dəqiq doğum tarixi məlum deyildir.
Reyhanə binti Zeyd yəhudi Qureyza qəbiləsindən idi. Onun birinci əri Bənu Qureyzadan olan Həkəm adlı birisi idi. O, Bənu-Qureyza döyüşündən sonra edam edilən ərinin ardından əsir düşmüş, sonra isə İslamı qəbul etmişdir, lakin onun müsəlman olması çox güman ki, məcburiyyətdən irəli gəlir. Bütün qəbiləsi, bütün ailəsi və əri də daxil olmaqla qətlə yetirildikdən sonra nəzarətsiz qalaraq Məhəmmədin payına qul olur. Bunun özündə kin oyandırdığı başa düşülür. Buna görə də o, heç vaxt Məhəmmədin arvadı olmağı üstün tutmamış və cariyə qalmağı üstün tutmuşdur. O, zaman-zaman İslama açıq münasibəti ilə diqqət çəkib. Əhzab surəsi: 26–27-ci ayələr Bəni Qureyza döyüşünə və Reyhanə binti Zeydin əsir düşməsinə işarə edir İbn İshaqın dediyinə görə, Məhəmməd onu əsir cariyəyə götürmüş və ona İslamı qəbul etməyi, onun həyat yoldaşı olmağı təklif edir, lakin o, bu tələbi rədd edir. Bəzi mənbələrə görə Reyhanə sonradan müsəlman olur, lakin o, azad müsəlman qadınlar kimi başını örtməkdən imtina edir və cariyə qul olaraq qalır[4]. Onun Peyğəmbərə: "Mənimlə evlənməkdənsə, məni cariyə kimi saxla! Mən cariyə olaraq qalmaq istərdim, çünki azad müsəlman qadınlar kimi başıma örtük, üzümə də tül taxmaq istəmirəm" deməsi bəzi mənbələrdə qeyd edilmişdir. Yenə həmin mənbələrdə Reyhanənin "qadın qullar üslubunda örtülmək arzusunda olduğu" ifadəsi vardır[5]. Reyhanənin başını örtməkdən imtina etməsi onunla Məhəmməd arasında gərginliyə səbəb olmuş, lakin sonradan bu problem həll olunmuşdur.
Məhəmməd peyğəmbərin vəfatından əvvəl 632-ci ildə Mədinədə vəfat etmiş və Bəqi qəbiristanlığında dəfn edilmişdir[6].
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.