From Wikipedia, the free encyclopedia
Rangiroa (fr. Rangiroa) — Tuamotu arxipelaqına daxil olan atoll (Fransa Polineziyası). Papeete şəhərindən 355 km aralıda yerləşir.
Rangiroa adası | |
---|---|
fr. Rangiroa | |
Ümumi məlumatlar | |
Sahəsi | 79 km² |
Hündür nöqtəsi | 12 m |
Əhalisi | 2.438 nəfər (2007-ci il) |
Yerləşməsi | |
15°07′ c. e. 147°38′ q. u. | |
Ölkə | Fransa Polineziyası |
Akvatoriya | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Atollun sahəsi 79 km²-dir. Hündürlüyü 12 metrdir. Ümumilikdə 415 kiçik adacıqdan ibarətdir. Daxilində laqun vardır. Laqunun sahəsi 1446 km²-dir. Laqunun uzunluğu 80 km, eni isə 32 – 5 km arasında.
Rangiroa hələ X əsrdən məskunlaşılmışdır. Bu gündə adada o dövrəı aid yaşayış məntəqələrinin qalıqları qalır. Təqribi olaraq 1560-ci ildə baş vermiş təbii fəlakət adanın qərbində böyük zərərə səbəb olur. XVII əsrdən 1770-ci illərə qədər adad inkişaf baş verir. Daha sonra Anaa atollu sakinləri ilə baş vermiş toqquşmalarda ada sakinləri ya öldürülür və ya əsr götürülür.
Rangiroa ilk dəfə 1616-ci ildə Villem Kornelis Shauten tərəfindən kəşf edilir. 1722-ci ildə isə ada yaxınlığından hollandiya səyyahı Yakob Roqqeven keçir. XIX əısrin ortalarından adada katolik misionerlər ayaq açır. 1865-ci ildə adada kokos palması əkilir. Bundan sonra bu sahə əhalinin əsas gəlir mənbəyinə çevilir. Son illər isə bu sahədə eniş müşahidə edilir. Balıqçılıq isə inkişaf edir. 1965-ci ildən adada turizmin inkişafı məqsədi ilə uçuş-eniş zolağı salınmışdır.
İnzibati baxımından Rangiroa, Tikehau, Mataiva, Makatea atolları birlikdə Rangiroa kommunasını əmələ gətirir. O da Tuatomu-Qambe inzibati bölgüsünə daxildir.
2007-ci il məlumatına görə adada 2438 nəfər yaşayır. Tiputa və Avatoru iri yaşayış məntəqələridir.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.