Rafiq Hüseynov (diktor)

Azərbaycan diktoru From Wikipedia, the free encyclopedia

Rafiq Hüseynov (diktor)
Remove ads

Rafiq Əyyub oğlu Hüseynov (4 avqust 1946, Şuşa, DQMV26 oktyabr 2017, Düsseldorf) — Azərbaycan Televiziyasının aparıcısı, diktor, Azərbaycan SSR xalq artisti (1990).

Cəld faktlar Digər adı, Doğum tarixi ...
Remove ads
Remove ads

Həyatı

Rafiq Hüseynov 1946-cı ildə Şuşa şəhərində anadan olub. 17 yaşında Azərbaycan Televiziyasında çalışdıqdan sonra 1966-cı ildə təcrübəçi diktor kimi fəaliyyətə başlayıb.[1]

2016-cı ildə Azərbaycan Milli Kino Günü münasibətilə Azərbaycan Kinematoqrafçılar İttifaqının təsis etdiyi illik mükafata layiq görülmüşdür.[2][3] Televiziya diktoru Roza Tağıyevanın həyat yoldaşı olmuşdur. Daha sonra Səbinə Hüseynli ilə ailə həyatı qurub. Bu izdivacdan Leyli Hüseynli dünyaya gəlib.

26 oktyabr 2017-ci ildə Almaniyanın Düsseldorf şəhərində vəfat edib.[4] 2 noyabr 2017-ci ildə cənazəsi Almaniyadan Bakıya gətirilib.[5] 3 noyabr 2017-ci ildə Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında[6] baş tutan vida mərasimindən sonra Yasamal qəbiristanlığında dəfn olunmuşdur.[7]

Remove ads

Filmoqrafiya

İstinadlar

Mənbə

Loading content...
Loading related searches...

Wikiwand - on

Seamless Wikipedia browsing. On steroids.

Remove ads