Remove ads
From Wikipedia, the free encyclopedia
Əbülmüzəffər Sultan Rüstəm (1477, Təbriz – 1497, Gürcüstan) — Ağqoyunlu sultanı.[1][2]
Sultan Rüstəm | |
---|---|
28 may 1492 – 3 may 1497 | |
Əvvəlki | Sultan Baysunqur |
Sonrakı | Sultan Gödək Əhməd |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1477 |
Doğum yeri | |
Vəfat tarixi | 1497 |
Vəfat yeri | |
Fəaliyyəti | şair, siyasətçi |
Atası | Maqsud Mirzə |
Anası | Şah Xatun |
1477-ci ildə dünyaya gəldi.[3] Atası Uzun Həsənin oğlu Maqsud mirzə, anası isə Dana Xəlil bəyin qızı Şah Xatundur. Lələsi Əbdülkərim bəydir.[4] Atası Maqsud mirzə 1474-cü ilin noyabrında Təbrizdə həbs olundu və onun həbs günlərində Təbrizdə dünyaya gəldi. Əmisi Sultan Xəlilin səltənətinin ilk günlərində atası edam olundu. Əmiləri Sultan Xəlil və Sultan Yaqubun səltənətlərində digər əmisi Məsih mirzənin himayəsində böyüdüldü.
1490-cı ildə Sultan Yaqubun ölümündən sonra yaranan taxt mübarizəsində mərhum sultanın oğlu Baysunqur mirzəyə qarşı əmisi Məsih mirzəni dəstəklədi.[5] Ancaq ertəsi il baş tutan döyüşdə əmisi Məsih mirzə lələsi Sufi Xəlil Bektaşinin xəyanətiylə məğlub edilərək öldürüldü. Rüstəm mirzə ələ keçirildi və Əlincə qalasına həbs olundu.[6][7] Bir ilə yaxın burada həbs tutulduqdan sonra Sufi Xəlil bəyin öldürülməsi və dayısı Eybə Sultanın səyləri nəticəsində azadlığa buraxıldı.[8]
Azadlığa çıxmasının ardından Süleyman bəy Bicanoğlunun idarəsindən narazı olan bəylər Rüstəm mirzənin ətrafında toplanmağa başlandı. Beləcə, topladığı silahlı dəstəylə Təbrizə hücum edən Rüstəm mirzə şəhərə çatmadan əvvəl Süleyman bəy Bicanoğlu Diyarbəkirə qaçdı. Sultan Baysunqur və qardaşları isə babası Şirvanşah Fərrux Yasarın yanına sığındılar. Nəticədə, Rüstəm mirzə heç bir müqavimətlə ratlaşmadan Təbrizə daxil oldu və özünü sulltan elan etdi (28 may 1492).[3]
Səltənətinin ilk günlərində təyinat işləriylə məşğul olan Sutan Rüstəm Şah Mahmudcan Deyləmini vəzirliyə yüksəltdi. Digər yandan Təbrizdəki taxt dəyişikliyindən istifadə edən Teymuri Sultan Hüseyn Bayqaranın Astrabad valisi Bədiüzzaman mirzə ordu toplayaraq Vəramin qalasına hücum etdi. Ancaq Sultan Rüstəmin müqavimətini qıra bilmədi və geri çəkildi.[9]
Şirvanşah Fərrux Yasarın yanına sığınan Sultan Baysunqur və qardaşları isə 1493-cü ildə toplanan orduyla Təbrizə hücuma keçdilər. Şirvanşahlara qarşı dəstəkçi toplamaq və Şirvandakı qızılbaş tayfalarını öz yanına çəkmək istəyən Rüstəm mirzə Sultan Yaqub səltənətində İstəxr qalasına həbs olunan Səfəvi şahzadələrini azadlığa buraxaraq yanına gətirdi. Şeyx Əli Səfəvinin həbsdən çıxararaq Sutan Rüstəmin yanında yer almasını eşidən qızılbaş tayfaları Azərbaycanın hər yerindən axışaraq Təbrizə gəldilər. Nəhayət, gözlənilən döyüş Kür çayı sahilində, Gəncə-Bərdə istiqamətində ba tutdu. Şirvan qoşunlarının başında irəliləyən Sultan Baysunqur və qardaşı Həsən mirzənin yolları kəsildi və məğlub edilərək Təbrizə aparıldılar.
Onun səltənətinə qarşı növbəti addım isə öz dayısı Nurəli mirzədir. Diyarbəkirə hücum edərək Süleyman bəy Bicanoğlunu öldürən Nurəli mirzə burada öz hakimiyyətini elan etdi. Ancaq mərkəzi ordunun bölgəyə gəlişiylə Nurəli mirzə Qahirəyə qaçdı və 1494-cü ilin iyununda Diyarbəkir torpaqlarında əmin-amanlıq təsis olundu. Digər yandan Səfəvi şahzadələrinin artan siyasi gücündən qorxan Sultan Rüstəm onları təqib etməyə başladı. Şeyx Əli ələ keçirilərək öldürüldü. Qardaşları İbrahim və İsmayıl isə Gilana qaçırıldı.
O əsnada Qahirədən geri dönən Nurəli mirzə bu dəfə də Osmanlı sultanının himayəsindəki Ağqoyunlu şahzadəsi Gödək Əhmədi səltənətə dəvət etdi. 1496-cı ildə Ağqoyunlu torpaqlarına daxil olan Gödək Əhmədin digər mühüm dəstəkçisi isə bacısıyla evli olan Hüseyn Əlixani mirzə oldu. Belə ki, o hələ yolda ikən Təbrizdə iğtişaşlar çıxarmış, Sultan Rüstəmin lələsi Əbdülkərim bəyi Sultaniyyə yaxınlığında öldürərək, 3 may 1497-ci ildə onun adına sikkə kəsdirmişdir.[10]
Araz çayı sahilində tərəflər qarşı-qarşıya gəldilər və dayısı Eybə sultanın tərəf dəyişməsiylə Sultan Rüstəm məğlub edildi. Qaçaraq gürcülərə sığınan Sultan Rüstəm 3 ay sonra yenidən hücuma keçsə də, 1497-ci ilin iyulunda baş tutan döyüşdə ələ keçirilərək öldürüldü.[11]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.