Remove ads
From Wikipedia, the free encyclopedia
Rövşən Raqif oğlu Məmmədov (15 iyun 1979, Ağstafa) — jurnalist, "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin sədri.[1]
Rövşən Məmmədov | |
---|---|
Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin sədri | |
Vəzifədədir | |
15 yanvar 2019-cu ildən | |
Əvvəlki | Arif Alışanov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 15 iyun 1979 (45 yaş) |
Doğum yeri | |
Təhsili | Bakı Dövlət Universiteti |
Fəaliyyəti | jurnalist |
Elmi fəaliyyəti | |
Elmi dərəcəsi | filologiya elmləri doktoru |
|
|
Təltifləri |
Rövşən Məmmədov 1979-cu ildə Ağstafada anadan olub.[2] 1996–2000-ci illərdə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil alıb.[1]
Rövşən Məmmədov AzTV-dən əvvəl, "Lider TV" və İctimai TV-də çalışıb. O, Bakı Slavyan Universiteti, Bakı Avrasiya Universiteti, Azərbaycan Universiteti və Prezident yanında Dövlət İdarəçilik Akademiyasında müəllim olaraq da fəaliyyət göstərib, Bir neçə dərsliyin müəllifidir.[3]
Uzun illər Lider Televiziyasında çalışan R. Məmmədov fəaliyyətinə idman müxbiri kimi başlayıb. Daha sonra reportyor və idman şərhçisi kimi çalışıb. 2010-cu ildə həmin TV-nin İdman redaksiyasının rəhbəri olub.[1]
Rövşən Məmmədov 2015-ci ildə Lider TV ilə yollarını ayırıb və fəaliyyətini siyasi sferada davam etdirib. O, AzTV-də "Günün nəbzi", "Əsas Məsələ" və "Həftə" verilişlərini aparıb. Daha sonra isə Azərbaycan TV və Radio Verilişləri QSC-nin "İctimai-siyasi proqramlar və xarici xəbərlər studiyası"nın direktoru vəzifəsinə təyin olunub. 15 yanvar 2019-cu ildə "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsini icra etməyə başlamışdır.[1]
2015-h.h. Azərbaycan Televiziya və Radio Verilişləri QSC
Pedaqogika üzrə
Evlidir. İki oğlu var.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.