Remove ads
From Wikipedia, the free encyclopedia
Səqədət Nurmaqambetov adına Quru Qoşunları Hərbi İnstitutu (QQHİ) (qaz. Сағадат Нұрмағамбетов атындағы Құрлық әскерлерінің Әскери институты) — SSRİ Müdafiə Nazirliyinin və Qazaxıstan Respublikası Müdafiə Nazirliyinin hərbi təhsil müəssisəsi[1].
Keçmiş adı: Sovet İttifaqı Marşalı İ.S.Konyev adına Almatı Ali Ümumqoşun Komandirlər Məktəbi.
60-cı illərin sonlarında, RSFSR-in Primorsk diyarında və Qazaxıstan SSR-in Çinlə həmsərhəd bölgələrində silahlı toqquşmalarla müşayiət olunan Sovet-Çin qarşıdurmasının kəskinləşməsi səbəbindən SSRİ Ali Sovetinin Rəyasət Heyəti yenidən Mərkəzi Asiya Hərbi Dairəsinin yaradılması haqqında qərar verdi.[2].
Digər hərbi dairələrdən qoşunlar təcili olaraq yeni yaradılan dairənin ərazisinə köçürüldü. Mümkün olan ən qısa müddətdə Şərqi Qazaxıstanda və Qırğızıstan SSR-də əsasını 32-ci Ümumqoşun Ordusu və 17-ci Ordu Korpusu təşkil edən böyük bir qoşun qrupu yaradıldı.
SSRİ Müdafiə Nazirinin 20 oktyabr 1969-cu il tarixli 0199 saylı əmri və Orta Asiya Hərbi Dairəsi qoşunları komandirinin 21 noyabr 1969-cu il tarixli 5/1/0419 saylı əmrinə əsasən məktəbin Almatı qarnizonunun 13-cü hərbi şəhərciyində 68-ci motoatıcı diviziyanın 186-cı motoatıcı alayının əsasında 1 iyun 1970-ci ilə qədər formalaşdırılması əmr edildi.
Təhsil müəssisəsi qısa müddətdə yaradıldığına görə təhsil prosesinə başlamaq üçün tələb olunan minimum tələbə sayının cəlb edilməsi məsələsi digər ümumqoşun məktəblərindən (Ali Hərbi Komandanlıq Məktəbi) yenidən bölüşdürmə yolu ilə həll edildi. 1 iyul 1970-ci il tarixinə qədər ilk tədris ilini bitirən müdavimlərdən Daşkənd Ali Hərbi Komandanlıq Məktəbindən 1 bölük, Moskva Ali Hərbi Komandanlıq Məktəbi və Kiyev Ali Hərbi Komandanlıq Məktəbindən 2 yarımbölük Alma-Ataya gəldi. Daha sonra Omsk və Uzaq Şərq ali ümumqoşun komandirləri məktəblərindən müdavim bölükləri gəldi. Digər məktəblərdən ümumilikdə 309 müdavim qəbul edildi. 1970-ci ilin payızına qədər 363 nəfər ilk təhsil kursuna qəbul edildi[3].
Məktəbin açılışı ilə kursantların təhsilin artıq 2-ci ilində oradakı təhsillərini davam etdirmələri səbəbindən leytenantların ilk məzun olması 25 iyul 1973-cü ildə baş verdi[4].
SSRİ Müdafiə Nazirinin 19 iyul 1973-cü il tarixli 155 nömrəli əmri ilə məktəbə Sovet İttifaqı marşalı İ.S.Konyevin adı verildi[5].
Sovet dövründə Orta Asiya millətlərindən çox sayda gənc oğlan (ilk növbədə qazaxlar) məktəbə qəbul olunduğundan məktəbə "qırmızı batırlar məktəbi" ləqəbi verilmişdi.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.