Remove ads
From Wikipedia, the free encyclopedia
Qurban Hüseyn oğlu Namazəliyev (17 noyabr 1947, Horadiz, Qaryagin rayonu – 20 noyabr 1991, Xocavənd rayonu) — Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı Nazirinin birinci müavini (1991), Qarakənd faciəsinin şəhidi.
Qurban Namazəliyev | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 17 noyabr 1947 |
Doğum yeri | |
Vəfat tarixi | 20 noyabr 1991 (44 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | Qarakənd faciəsi |
Qurban Hüseyn oğlu 17 noyabr 1947-ci ildə Füzuli rayonunun Horadiz kəndində anadan olub.[1] 1954–1965-ci illərdə orta məktəbdə təhsil almış, Azərbaycan Politexnik İnstitutunu 1971-ci ildə bitirdikdən sonra Bakı şəhəri 4 №-li tikinti trestində mühəndis, usta, sahə rəisi və baş mühəndis vəzifəsində çalışmağa başlamışdır. Nazirlər Sovetində tikinti şöbəsində işləmişdir. 5 il Naftalan şəhər sovetinin sədri vəzifəsini icra etmişdir. 1991-ci il avqust ayından Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı Nazirinin birinci müavini təyin edilmişdir.
1991-ci il 20 noyabrda Qarakəndə uçan Mİ-8 vertolyotu vurulmuş və respublikanın bir sıra məsul şəxsləri: Tofiq İsmayılov – dövlət katibi, Məhəmməd Əsədov – Daxili İşlər Naziri, İsmət Qayıbov – Azərbaycan Respublikasının Baş Prokuroru və digər şəxslərlə bərabər Qurban Namazalıyev də şəhid olmuşdur. Bakıda Fəxri Xiyabanda dəfn edilib.
Qurban Namazalıyev Xurşud xanımla ailə qurmuşdur. Ruslan adlı oğlu, Leyla və Nigar adlı qızları vardır.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.