From Wikipedia, the free encyclopedia
Qubad ibn Yəzid – Şirvanşahlar dövlətinin on üçüncü hökmdarı, Şirvanşah Yəzid ibn Əhmədin oğlu.
Qubad ibn Yəzid | |
---|---|
Şirvanşahlar Dövlətinin XIII hökmdarı | |
1043 – 1049 | |
Əvvəlki | Əbu Mənsur Əli ibn Yəzid |
Sonrakı | Buxtnassar Əli ibn Əhməd |
Şəxsi məlumatlar | |
Vəfat tarixi | |
Vəfat yeri | Şamaxı |
Atası | Yəzid ibn Əhməd |
Şirvanşah Əbu Mənsur Əli ibn Yəzidin ölümündən (1043) sonra hakimiyyətə onun qardaşı Qubad ibn Yəzid gəlmişdir. Hələ Şirvanşah Əbu Mənsurun hökmranhğı dövründə Şirvanşahla hərbi rəislər arasında çəkişmələr davam edirdi. H.436 (1044)-cı ildə əl-Bab əmiri ilə hərbi rəislər arasında nifaq düşdü. Onlar əmirin üstünə hücum çəkdilər, onun arvadı Şəmkuyyəni ələ keçirib qardaşı Şirvanşah Qubadın yanına göndərdilər. Qubad Şəmkuyyəni qalaya saldı, lakin sonra azad etdi və h.437 (1045)-cı ildə ərinin yanına qaytardı. Elə həmin il Qubad türk oğuzların hücumundan qorxaraq paytaxtı Yəzidiyyənin ətrafına yonulmuş daşdan möhkəm qala divarı çəkdirdi və dəmir qapı qoydurdu. Qubad altı il səltənət sürüb h.441-cı il səfər ayının 24-də (28 iyul 1049) öldü.[1]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.