From Wikipedia, the free encyclopedia
Qriqori (Serqo) Konstantinoviç Orconikidze (12 (24) oktyabr 1886[1], Qareşa[d], Kutaisi quberniyası, Rusiya imperiyası – 18 fevral 1937[2][3][…], Moskva, RSFSR, SSRİ[2]) — gürcü siyasi-ictimai xadimi, inqilabçı.
Serqo Orconikidze | |
---|---|
gürc. გრიგოლ კონსტანტინეს ძე ორჯონიკიძე | |
5 yanvar 1932 – 18 fevral 1937 | |
Nazir | Vyaçeslav Molotov |
Əvvəlki | Vəzifə yaradıldı |
Sonrakı | Valeriy Mejlauk |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 12 (24) oktyabr 1886[1] |
Doğum yeri |
|
Vəfat tarixi | 18 fevral 1937[2][3][…] (50 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Partiya | |
Fəaliyyəti | siyasətçi, metallurq, inqilabçı |
|
|
Təltifləri | |
Vikianbarda əlaqəli mediafayllar |
Serqo Orconikidze 1905-ci ildə Tiflisdə məktəbi bitirdikdən sonra artıq iki il əvvəl qoşulduğu RSDRP fraksiyasında fəaliyyətini davam etdirmişdir. Çoxsaylı təqiblərə məruz qalan Orconikidze 1909-cu ildə Bakıya qaçmış, RSDRP-nin Bakı komitəsinin qərarı ilə 1909-cu ilin payızında İrana inqilabi işi yaymaq üçün göndərilmişdir. Sonralar Stalinlə inqilabi işini davam etdirən Orconikidze dəfələrlə həbs olunmuşdur. 1912-ci ildə isə ona 3 il həbs cəzası verilmiş, 1915-ci ildə Sibirə sürgün edilmişdir.
1917-ci il inqilabında yaxından iştirak edən Orconikidze Ermənistan və Gürcüstanda sovet hakimiyyətinin qurucularından olmuşdur. Bundan sonra o müxtəlif rəhbər vəzifələr tutmuşdur.
Stalinin çox yaxın adamı olan Orconikidze son illər onun köhnə bolşevikləri "aradan götürməsi" ilə razılaşmırdı və bəzən ona qarşı çıxırdı. Ona görə də onun ölümü indiyə qədər müəmmalı olaraq qalır. Rəsmi olaraq infaktdan öldüyü bildirilmiş, cənazəsi təntənəli şəkildə Kremlin divarında dəfn edilmişdir. Ancaq digər bir versiyaya görə intihar etmişdir.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.