QorbutaAzərbaycanın yeni ixtira olunmuş simli-mizrablı milli musiqi aləti. Alət 2015-ci ildə ixtiraçı-alim Qorxmaz Əlilicanzadə tərəfindən ixtira edilib.

Thumb
Azərbaycanın Milli yaylı-simli musiqi aləti

Söz açımı

Qorbuta Azərbaycan mənşəli sözüdür. İxtiraçı Qorxmaz Əlilicanzadə aləti adının "Qor" ilk üç hərfi və Azərbaycanın milli atributu olan "buta" sözünün birləşməsi ilə adlandırıb.

Tarixi

Qorxmaz Əlilicanzadə 2015-ci ildə alətin ixtirası üzərində işlərə başlayıb. Bir neçə variant üzərində təcrübələr apardıqdan sonra 2016-cı ildə alət ərsəyə gəlib. Alətin ilk ustası Ağamir Məzahir oğlu Həsənovdur. Alət üzərində 2 il axtarış işləri aparılıb. Alət 2017-ci ilin dekabr ayında Xəzər Tv-nin "Xəzər Xəbər" səhər proqramında təqdim olunub. Buna baxmayaraq, ixtiraçı Qorxmaz Əlilicanzadə alətin üzərində təkmilləşdirmə işlərini davam etdirib. 2018-ci ildə isə alətin son variantı ərsəyə gəlib. Alətin sonuncu ustası Vaqif Özbək oğlu Orucovdur.

2019-cu ilin mart ayında Qorxmaz Əlilicanzadə tərəfindən ixtira olunmuş milli musiqi alətlərindən ibarət "Nur" instrumental ansamblı yaradılıb. "Qorbuta" simli-mizrablı musiqi aləti də bu ansamblın tərkibinə daxil edilib. Alətin ilk ifaçıları ustad ifaçı, Azərbaycanda kamança ifaçılığında ilk dəfə xalq çalğı alətləri üzrə Beynəlxalq müsabiqənin laureatı olmuş Ağagül Əmirulla oğlu Dadaşov və Səid Fuad oğlu Cabbarlı olub. 2019-cu ilin iyun ayında ARB Tv-nin "Səhər-səhər" proqramında "Nur" milli musiqi alətləri ansamblının təqdimatı olub. Ansamblın konsertmeysteri Mirmöhsün Mirhafiz oğlu Mirmöhsünzadədir. Ansamblın ilk solisti Əli İlham oğlu Səlimovdur.

2017-ci ilin mart ayının 24-də "Azərbaycanın Milli Musiqi Alətləri: keçmişimiz — bu günümüz" adlı elmi-praktiki konferans keçirilib. Milli Konservatoriyanın elmi nəşrində Humay Fərəcovanın eyni adlı məqaləsində Qorxmaz Əlilicanzadənin ixtiraları haqqında məlumat verilib. Həmin konferansın materialları elmi jurnal şəklində çap olunub. Bu jurnalda Qorxmaz Əlilicanzadənin ixtira etdiyi alətlər haqqında məqaləsi də dərc olunub. Bir sıra yerli media orqanlarında ixtiraçının alətləri barədə xəbər mətnləri, məqalələr və köşə yazıları yayımlanıb.

Quruluş və forması

"Qorbuta" Azərbaycan milli müsiqi alətlərinə, xüsusən də yaylı simli müsiqi alətlərinə aiddir.

İxtiranın məsələsi alətin səs akustikasının mükəmmələşdirilməsi, kökdən düşmə ehtimalının minimuma endirilməsi, ifa imkanlarının genişləndirilməsidir. Qarşıya qoyulan məsələ onunla həll olunur ki, onun üzərinə çəkilmiş, rezonator rolunu oynayan, nazik taxta üzlüklü materialdan olan membrandan çəkilmiş çanaqlı gövdədən, ona birləşmiş və müəyyən düzülüşlü simlər üçün pərdəsiz qoldan, qolun yuxarı hissəsinə birləşmiş, üzərində aşıxlar yerləşdirilmiş kəllədən, qol üzərində kiçik xərək və gövdənin membranı üzərində yerləşən böyük xərəkdən, gövdəyə bərkidilmiş, simləri kökləmək üçün tənzimləyicisi olan simsaxlayandan, dizdə və yerdə quraşdırma imkanı ilə yerinə yetirilmiş şişli dayaqdan ibarət olan, yaylı simli Azərbaycan musiqi alətində, ixtiraya əsasən, çanaqlı gövdə və qolun kəlləsi buta milli ornamenti şəklində, böyük xərək qövsvari şəkildə yerinə yetirilib, belə ki, qol ön tərəfdən yarım qövsvari, arxa tərəfdən dəyirmi şəkildə olub, çanaqla birləşən aşağı hissəsinin eni 50 mm, kəllə ilə birləşən yuxarı hissəsinin eni 40 mm, çanağın gövdəsinin uzunluğu 270 mm, eni 150 mm, olmaqla yerinə yetirilib, simsaxlayan isə simlərin sayına uyğun olan beş dəliyə malikdir.

"Qorbuta" yaylı simli musiqi alətində, aşıxlar metaldan, rezonator rolunu oynayan nazik taxta üzlüklü materialdan olan membrandan, çanaqlı gövdə qoz taxta materialdan yerinə yetirilib.

"Qorbuta" yaylı simli musiqi alətinin çanaqı Azərbaycanın ənənəvi milli atributu olan buta şəklində hazırlanması alətin yalnız Azərbaycana məxsus olduğunu və milliyini qorunması məqsədini daşımaqla, həmçinin, buta formalı çanaq alətin səs akustikasının xeyli mükəmməlləşməsinə səbəb olmuşdur. Çanağdan çıxan səs təbii əks-səda, exo ilə ətrafa yayılır.

Buta şəklində hazırlanmış kəllədə yerləşdirilən aşıxların metaldan (dəmirdən) hazırlanması sayəsində simli alət rahat və tez köklənir, həm də simlərin taxilib-dəyişdirilməsində xeyli rahatlıq yaradır, bundan əlavə simli alət not-köklərini sabit saxlayır, kökdən düşmə ehtimalı minimuma endirilir.

Böyük xərəyin qövsvari, şəkildə yerinə yetirilməsi ilə beş simin simmetrik, dəqiq ölçülmüş, düzülüşü sayəsində ifaçı hər hansı bir simdə musiqi ifa edərkən digər simlər mane olmur.

Alətdə simlərin sayına uyğun olan beş dəlikli simsaxlayandan istifadə olunması alətin səsinin daha şəffaf və ifa imkanlarının genişlənməsinə səbəb olmuşdur.

"Qorbuta" yaylı simli alətində simlərin düzülüşündə yeniliklər edilib. Bu alətdə, "Kamança"dan fərqli olaraq, "zil", "orta" və "bəm" səslər əldə olunub. Sanki "Qorbuta"da beş alətin "çağanə", "kamança", "skripka", "alt" və "violençel"in səsləri bir alətdə birləşmişdir.

"Qorbuta" yaylı simli aləti "Do", "sol", "re", "lya", "mi" kvarta sistemində köklənir. Bu cür səs düzümü zamanı, alətdə, muğam, təsnif və xalq mahnıları ilə yanaşı Avropa və Azərbaycan bəstəkarlarının əsərlərini ifa etmək imkanına malik oluruq. Belə not sistemində köklənməsi digər müasir milli musiqi altlərləri ilə (əlbuta, canqor, canbuta mizrablı-simli musiqi alətləri) eyni sistemlə köklənir və ansaml tərkibində bir-birlərini tamamlayır.

"Qorbuta" yaylı simli alətində birinci — beşinci simlər, müvafiq olaraq, birinci oktavanın "do", kiçik oktavanın "sol", kiçik oktavanın "re", böyük oktavanın "lya", böyük oktavanın "mi" kökünə malikdir. Beləliklə, alətin diopazonu böyük oktavanın "mi" tonallığından üçüncü oktavanın "do" tonallığına qədər səslənmə imkanına malik olur.

Alət dünyada qəbul olunmuş klassik tonallığa köklənilir. Bu alətdə həm Avropa klassik musiqlərini, həm də Şərq musiqilərini, muğam, xalq mahmıları, təsnif, dəstgah, rəng, diringi və rəqslər ifa etmək olur.

İstinadlar

1. https://www.youtube.com/watch?v=7XeRsLOB-uo

2. https://www.youtube.com/watch?v=IcQtU8NkFpg

3. https://www.youtube.com/watch?v=Jl-ur5DzLyg

4. http://konservatoriya.az/lib/Konservatoriya%202017-1.pdf

5. https://sputnik.az/culture/20190706/421023526/qorxmaz-elilinin-ixtira-etdiyi-musiqi-aletleri.html

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.