From Wikipedia, the free encyclopedia
Qoşma — ismin adlıq, yiyəlik, yönlük və çıxışlıq hallarına qoşularaq müəyyən məna çaları yaradan köməkçi nitq hissəsidir. Qoşmanı başqa köməkçi nitq hissələrindən fərqləndirən əsas cəhətlərdən biri onun qoşulduğu sözlə birlikdə cümlə üzvü olmasıdır və şəkilçi qəbul etməsidir.
Həmçinin qoşmalar qoşulduğu sözlə cümlə üzvü olur və qoşma kimi qalır.
Qoşmalar, əsasən isimlərə qoşulur və həmin isimlərlə başqa isimlər arasında əlaqə yaradır. Ancaq qoşmalar ismi əvəz edən əvəzliklərlə, məsdərlə, bəzi feili sifətlərlə, zərflərlə, eləcə də substantivləşən başqa sözlərlə də işlənə bilir. Qoşmaların aid olduğu sözlər, hansı nitq hissəsindən olur-olsun, ismin hallarından birində işlənir. Qoşmalar ismin dörd halı ilə işlənir.
Yazılış qaydasına görə qoşmalar 3 yerə bölünür:
İlə qoşması saitlə bitən sözlərdə ayrı, samitlə bitən sözlərdə isə iki cür yazılır:
Qoşmaların hər birinin ümumi qrammatik mənası var. Ancaq bu mənaların reallaşmasında qoşmaların aid olduğu sözlərin mənası da rol oynayır. Məsələn, kimi qoşması aid olduğu nitq hissəsindən asılı olaraq müqayisə, zaman, məkan, tərz mənaları bildirə bilər. Qoşmaların bəziləri arasında sinonimlik əlaqə də var. Məsələn:
Bunlar da göstərir ki, qoşmaların qrammatik məna qrupları arasında qəti fərqlər qoymaq olmaz. Azərbaycan dilində şərti də olsa, qoşmaların aşağıdakı məna fərqlərini göstərmək olur:

Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.