Qazma mağarası — Şərur rayonu ərazisində 1983-cü ildə aşkarlanmış paleolit dövrünə aid düşərgə.
Qazma mağarası | |
---|---|
Ümumi məlumatlar | |
Uzunluğu | 22 m |
Kəşf tarixi | 1987-1990 |
Yerləşməsi | |
Ölkə | Azərbaycan |
Rayon |
|
Şəhər |
|
Tarixi-coğrafi mövqeyi
O, Tənənəm kəndindən 3 km şimal-şərqdə, dəniz səviyyəsindən 1450 m yüksəklikdə yerləşir. Qazma dərəsində olduğundan bu cür adlandırılıb.[1]
Tədqiqi tarixindən
1987-1990-cı illərdə Ə.Q.Cəfərovun rəhbərliyi ilə Qazma mağarasında qazıntı işləri aparılmışdır. Qazıntı zamanı qalınlığı 3 m olan mədəni təbəqə aşkar edilmişdir. 6 mədəni təbəqə qeydə alınmışdır. 1-2-ci təbəqələrdən Orta əsrlər və Tunc-Eneolit dövrü maddi mədəniyyət qalıqları tapılmışdır.Düşərgənin aşağı təbəqələrindən isə Daş dövrü nümunələri aşkarlanıb.Qazma mağarasından aşkar olunmuş daş məmulatının hazırlanma texnikası və tipologiyası əsasında alimlər burada Mustye mədəniyyəti dövründə yaşayış olduğunu deyirlər.
Aşkarlanmış maddi mədəniyyət nümunələri
Mədəni təbəqələrin üçündə IV, V və VI təbəqələrdə zəngin osteoloji material, ocaq yerləri və Mustye mədəniyyətinə aid daş alətlər aşkar edilmişdir. Mustye mədəniyyətinə aid təbəqələr tərkibcə eyni olub az miqdarda əhəngdaşı çınqılının qarışığı olan yüngül gil torpaqdan ibarətdir. Kəsiklərin birində bir neçə ocaq qeydə alınmışdır. Altıncı təbəqə müxtəlif maddi mədəniyyət qalıqları ilə zəngin olmuşdur. Bu təbəqədə daş alətlərdən başqa üç tərəfdən yastı daşlarla əhatələnmiş iki ocaq aşkar olunmuşdur. Ocaqlardan xeyli qaralmış sümük tapılmışdır. Əmək alətləri əsasən obsidiandan hazırlanmışdır. Bundan başqa çaxmaqdaşı (21 ədəd) və daşlı şistdən (5 ədəd) hazırlanmış alətlərə də təsadüf olunmuşdur. Əmək alətlərinin hazırlandığı bütün daş növləri yerlidir. Xeyli miqdarda istehsal tullantısının – nukleus, qəlpə, obsidian və çaxmaqdaşı sınıqlarının aşkar edilməsi göstərir ki, daşın ilkin emalı mağarada olmuşdur. Dördüncü təbəqədən daş alətlərlə bərabər sümük alətlər də aşkar edilmişdir. Onlar biz, bıçaq, kəsici və oyucu alətlərdən ibarətdir[2].
Dövrləşdirilməsi
Aşkar olunmuş tapıntılar göstərir ki, Qazma mağarasında Mustye dövründə uzun müddət yaşayan qədim sakinlərin əsas təsərrüfat forması ovçuluq olmuşdur.
Ədəbiyyat
- Azərbaycan Tarixi (7 cilddə) Bakı, Elm, 1998. 1-ci cild
- Vəli Baxşəliyev. Naxçıvanın arxeoloji abidələri. Bakı: Elm, 2008
İstinadlar
Wikiwand in your browser!
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.