From Wikipedia, the free encyclopedia
Qazı Məhəmməd (1900 ya da 1901 – 30 mart 1947) — kürd siyasi xadimi, kürd azadlıq hərəkatının lideri, Məhabad Cümhuriyyətinin ilk və yeganə prezidenti.
Bu məqalə Kürd siyasi xadimi, kürd azadlıq hərəkatının lideri haqqındadır. Dağıstan və Çeçenistanın ilk imamı üçün Qazi Məhəmməd səhifəsinə baxın. |
Bu məqalənin sonunda mənbə siyahısı var, lakin mətndaxili mənbələr heç və ya kifayət qədər istifadə edilmədiyi üçün bəzi məlumatların mənbəsi bilinmir. |
Qazı Məhəmməd | |
---|---|
kürd. قاضی محمد | |
| |
Mahabad Cümhuriyyətinin prezidenti | |
22 yanvar 1946 – 16 dekabr 1946 | |
Əvvəlki | vəzifə təsis edilib |
Sonrakı | vəzifə ləğv edilib |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1900/1901 |
Doğum yeri | Məhabad , Qərbi Azərbaycan ostanı |
Vəfat tarixi | 3.30.1947 |
Vəfat yeri | Məhabad |
Vəfat səbəbi | asılma[d] |
Milliyyəti | kürd |
Partiya | İran Kürdüstanının Demokratik Partiyası |
Fəaliyyəti | hakim, klirik[d] |
Uşaqları |
Əli Qazi İffət Qazi |
Dini | Islam |
Vikianbarda əlaqəli mediafayllar |
Qazı Məhəmməd 1900 ya da 1901-ci ildə Məhabad şəhərində doğulub. Onun nəsli şəhərdə tanınmış olub. Məhəmmədin babası Feyzulla bəy 1918-ci ildə alman-türk ordularının qarşısını almaq üçün qurulmuş könüllülərə rəhbərlik edirdi. Belə bir vətənpərvər ruhlu ailə Məhəmmədin gələcək həyatına təsir etməyə bilməzdi.
Qazı Məhəmməd çox yaxşı təhsil almış , islam dinini mükəmməl öyrənmiş, kürd və fars dilləri ilə yanaşı ərəb, türk , ingilis və rus dillərini bilmişdir.
1941-ci ildə sovet-ingilis ordusu Iranın şimalını işğal edəndə Məhabad bölgəsi iran ordusu müttəfiq ordusu arasında neytral zonaya çevrilmişdi. Bu zaman Qazi Məhəmməd Məhabadın dini rəhbəri və şəhər valisi idi. Bu nüfuzundan istifadə edən Məhəmməd faktiki olaraq bütün bölgəni idarə edirdi. İkinci Dünya Müharibəsi illərində mərkəzi hökumət artıq ölkənin şimalına hakim deyildi. Bu ərazilərə bolşeviklərin təsiri günü-gündən artırdı. Belə bir mühitdə Qazı Məhəmmədin ətrafına tərafdarlarına toplamağa davam edir. Bu tərafdarlardan biri də "Kürdüstan həyatı" adlı təşkilat idi. Daha sonradan bu təşkilatın bünövrəsində Iran Kürdüstanının Demokratik Partiyası yaradılır.
Qazı Məhəmmədin əsas tərəfdaşlarının içərisində İraqın kürdlər yaşayan Barzan vilayətindən gələn hərbi birləşmələrə rəhbərlik edən Mustafa Barzani idi.
1946-cı ilin 22 yanvarında Məhabadın Çarçara meydanında Məhabad Cümhuriyyətinin yaradıldığı elan edildi. Qazı Məhəmməd yeni respublikanın prezidenti seçilir. Bu dövlətin yaradılmasında bolşeviklərin böyük payı var idi. Mahabadla yanaşı Iran Azərbaycanı və Gilandakı azadlıq hərəkatları da kommunistlərin köməyi ilə daha da geniş vüsət almışdı.Sovet rəhbəri Stalində imperiyanın genişlənməsində, sosialist idealogiyasının Iranda yayılmasında maraqlı idi.
Lakin Iran rəsmilərinin müharibə bitdikdən sonra fəal şəkildə BMT-də sovet ordularının ölkədən çıxarılmasını tələb etməsi, həmçinin baş nazir Əhməd Qəvamın şəxsən Stalinlə görüşərək onu razı salması şimali Irandakı azərbaycan türklərinin, kürdlərin və giləklərin müstəqillik idealarını ağır zərbə vurur.
Bolşeviklər çəkildikdən sonra Iran ordusu Məhabada daxil olur. Zəif təchiz olunmuş kürd dəstələri məğlubiyyətə düçar olur. 22 dekabrda cümhuriyyət devrilir. Qazı Məhəmməd başda olmaqla bir çox liderlər həbs edilir. Onları mühakimə etmək üçün hərbi-sahə məhkəməsi yaradılır. Şahidlərin dediyinə görə Qazı Məhəmməd məhkəmə proseslərində özünü çox mətanətli aparır və Kürdüstanın suverenliyini ideasından əl çəkmir. Hətta Mustafa Barzaninin onunla birgə qaçmaq, daha sonra türmədən Qazini azad etmək fikirlərini rədd edir.
30 mart 1947-ci ildə məhkəmənin qərarı ilə Qazi Məhəmməd, bir neçə inailab liderləri Çarçara meydanında asılaraq edam edilirlər.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.