From Wikipedia, the free encyclopedia
Qasım Qara oğlu Rzayev (5 may 1970, Əlibəyli, Tovuz rayonu – 14 may 1992, Tovuz rayonu) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi.
5 may 1970-ci il Tovuz rayonunun Əlibəyli kəndində anadan olmuşdur. 1987-ci ildə burada məktəbi bitirən Qasım sürücülük peşəsinə yiyələnir. 1988-ci il hərbi xidmətə çağırılır. Ukrayna Respublikasında artilleriya hissəsində xidmət edən Qasım dəfələrlə mükafatlandırılmışdı. 1990-cı ildə xidmətini başa vuran Qasım Vətənə dönür. Könüllü özünümüdafiə batalyonlarından birinə yazılır,
Beləliklə, həmin gündən Qasım Rzayevin döyüş yolu başlayır. Sonra Milli Ordunun ilk əsgəri kimi Muncuqlu, Ağdam, Hacallı kəndlərinin müdafiəsində mərdliklə vuruşmuşdu. Qasım idarə etdiyi avtomobilə mərmiatan qurğu qoşaraq düşmənin başına od ələyirdi. Qasımın bu qəhrəmanlığı hamını heyrətləndirmişdi. 1992-ci il 11 fevral "Qan çanağı" deyilən ərazidən hücuma keçən erməni yaraqlıları bir dəstə döyüşçü ilə rastlaşdılar. Bu Qasımın başçılıq etdiyi dəstə idi, onlar işğalçıları məhv etməklə yanaşı, ermənilərə məxsus bir PDM-ni də, alova bürüdülər. 14 may 1992-ci il erməni işğalçı dəstələri ağır texnikalarla Tovuz rayonunun sərhədyanı bölgələrinə hücum etmişdilər. Qasım qurğunu işə salaraq bir-birinin ardınca 20 raket atdı.
Bir müddət sonra ətrafa sakitlik çökdü. Erməni quldurları qəfil top atəşinə başladılar, mərmilərdən biri onun maşınının düz üstünə düşdü. Qasım ömrünün 22-ci baharında Vətənimiz uğrunda, torpaq uğrunda qəhrəmancasına həlak oldu.
Evli idi.
Azərbaycan Respublikası prezidentinin 5 fevral 1993-cü il tarixli 457 saylı fərmanı ilə Rzayev Qasım Qara oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir.
Tovuz rayonunun Əlibəyli kənd qəbristanlğında dəfn edilib.
Hacallı kənd orta məktəbi qəhrəmanımızın adını daşıyır.
Rejissor Etibar Məmmədov Qasım Rzayev haqqında Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutunun təqdimatı ilə "Qasımın andı" adlı sənədli film çəkmişdir.[1]
2019-cu ildə Tovuzda yaşadığı evin qarşısında barelyefi açılıb.[2]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.