From Wikipedia, the free encyclopedia
Qarlı aşırım — Fərman Kərimzadənin tarixi romanı.
Qarlı aşırım | |
---|---|
| |
Müəllif | Fərman Kərimzadə |
Janr | Roman |
Orijinalın dili | Azərbaycanca |
Ölkə | Azərbaycan SSR |
Orijinalın nəşr ili | 1971 |
Nəşriyyat | Bakı Kitab Klubu (2016) |
Tiraj | 100 |
Əsər əsasında 1971-ci ildə Kamil Rüstəmbəyovun rejissorluğu, F. Kərimzadənin ssenari müəllifliyi ilə Axırıncı aşırım filmi çəkilmişdir.[1][2][3]
Fərman Kərimzadənin "Qarlı aşırım" əsərində sinfi mübarizənin kəskin xarakter aldığı 30-cu illər kəndinin canlı mənzərəsi verilmişdir. Yazıçı romanda zəngin xarakterlər qalereyası yaratmışdır. Abbasqulu bəy Şadlinski, Xəlil, Şıxəlioğlu, Şabanzadə, Talıbov, Kərbəlayı İsmayıl, Qəmlo kimi surətlərin fonunda qarşı-qarşıya duran iki cəbhənin mübarizəsi real səhnələrlə işıqlandırılmışdır.
Əsər ilk dəfə Bakıda kiril qrafikalı Azərbaycan əlifbası ilə 1971-ci ildə, daha sonra 1987-ci ildə Gənclik nəşriyyatında, latın qrafikalı Azərbaycan əlifbası ilə 2016-cı ildə isə Bakı Kitab Klubunda 400 səhifədə, 100 tirajla təkrar çap olunmuşdur.[4]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.