Qandakı eritrositlərin A və B antigenlərinin olub-olmamasına görə edilən qan qrupu təsnifatı From Wikipedia, the free encyclopedia
İnsanlarda dörd qan qrupu mövcuddur: I(O), II(A), III(B), IV(AB). Qan qrupları tərkibindəki zülallara əsasən adlandırılır. Aydınlaşdırılmışdır ki, qanın eritrositlərində A və B aqqlütinogenləri və qanın plazmasında isə a(alfa) və ß (beta) aqqlütininləri vardır. İnsan qanında bu maddələrin kombinasiyası 4 variantda mövcuddur: I. Əgər insanın qanının eritrositlərində aqqlütinogenlər yoxdursa, lakin plazmada a və ß aqqlütininləri varsa belə şəxslərin qanı 1-ci qrupa aid edilir. II. Qanın eritrositlərində A aqqlütinogeni, plazmada isə ß aqqlütinini mövcuddursa belə şəxslərin qanı 2-ci qrup hesab olunur. III. Qanın eritrositlərində B aqqlütinogeni, plazmada isə a aqqlütinini varsa belə şəxslərin qanı 3-cü qrup hesab olunur. IV. Qanın eritrositində A və B aqqlütinogeni olduğu halda, plazmada aqqlü tininlər olmursa belə şəxslərin qanı 4-cü qrupa aid edilir. Qan qrupları ömür boyu dəyişməz olaraq qalır və valideyndən yeni nəslə irsən verilir. Birinci qan qrupu insanlar arasında ən geniş yayılmış, dördüncü qan qrupu isə ən az yayılmış qan qrupudur.
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
İlk qan köçürtmə prosesi 1667-ci ildə insana heyvan qanı köçürmüşlər. Lakin bu proses uğursuzluqla nəticlənmişdir. Sonrakı illərdə insanlara insan qanı köçürməyə başlamışlar. Çox vaxt bu da istənilən nəticəni verməmişdir. Qan qrupu "-" olan şəxs "+" qan qrupu şəxsə qan verə bilər. Amma qan qrupu "+" olan şəxs, qan qrupu "-" olan şəxsə bir dəfə qan verə bilər.
K. Landşteyner 1900-cü ildə I, II, III qan qruplarını, 1940-cı ildə qanda rezus-amil aşkar etmişdir. Qan qruplarını aşkar etdiyinə görə Nobel mükafatı alıb.
Yanski 1907-ci ildə IV qan qrupunu kəşf etmişdir.
İnsanların eritrositlərində antigen xassəli xüsusi zülallar var. Belə insanlar rezus-müsbət qanı olan insanlardır. Bəzi insanlarda isə bu amil yoxdur. Belə insanların qanı isə rezus-mənfi hesab olunur. Belə insanlara öz qrupundan olan müsbət qanı köçürtdükdə belə çox böyük fəsadlar yarana bilər. Bu zaman qan laxtalana və insanın ölümü ilə nəticələnə bilər. İnsanların 85%-də rezus-amil müsbət, 15%-də isə mənfi olur.
Qan verən insan donor adlanır. Qan alan insan isə resipient adlanır. Donordan alınan qana Natrium sitrat adlı maddəni qatırlar ki, qan laxtalanmasın və Kalsium duzları çöksün. Bunun üçün onu ağzı kip qablarda saxlayırlar. Qan verən insan 18–65 yaş arasında olan, çəkisi 50 kiloqramdan aşağı olmayan sağlam insanlar ildə dörd dəfə qan verə bilər.
I qan qrupu I, II, III, IV qan qruplarına qan verir. Yalnız I qan qrupundan qan ala bilir.
II qan qrupu II və IV qan qruplarına qan verir. I və II dən qan ala bilir.
III qan qrupu III və IV qan qruplarına qan verir. I və III dən qan ala bilir.
IV qan qrupu IV qan qrupuna qan verir. I, II, III, IV dən qan ala bilir.
Qan vermək insanda qan hüceyrələrinin təzələnməsinə, qandakı yağın miqdarının azalmasına, baş ağrıları, stress, yüksək qan-damar təzyiqi və yorğunluq kimi narahatlıqların azalmasına yaxşı təsir edir. Qan verən insanda ürək xəstəliklərinin baş vermə riski 90% aşağı düşür. Hər dəfə qan verildikdə qan analizi edilir. 18–65 yaşları arasında, çəkisi 50 kiloqramdan çox olan hər sağlam insan qan verə bilər. Kişilər ən tez 2 aydan bir, qadınlarsa ən tez 3 aydan bir, ildə 4 dəfədən çox olmamaq şərtilə qan verə bilərlər. Hüceyrələrin yenilənməsi isə 2 aya qədər vaxt alır.
Davamlı qan vermənin insan orqanizmi üçün bir çox xeyirli tərəfləri var. Qanazlığı olan insanlar donor ola bilməzlər. Anemiya qan testləri vasitəsilə müəyyən olunur. Qan vermək üçün əsas meyar hemoqlobinin dəyərləndirilməsidir. Qan verən şəxsin qan təzyiqi 140 mm civə sütununu keçməməlidir.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.