Xaqan (q.türk 𐰴𐰍𐰣) — erkən orta əsrlərdə bir çox türkdilli xalqlarda dövlət başçısının titulu.

Əlavə məlumat Qədim Türk dili, Türk dili ...
Xaqan
Qədim Türk dili
Latın əlifbası:kaγan
Orxon əlifbası:q.türk 𐰴𐰍𐰣
Türk dili
Latın əlifbası:kağan
Rus dili
Kiril əlifbası:каган
Latın əlifbası:kagan
Monqol dili
Kiril əlifbası:хаан
Transliterasiya:xaan
Monqol əlifbası:ᠬᠠᠭᠠᠨ
Transliterasiya:qagan, xagan
Macar dili
Latın əlifbası:kagán
Çin dili
Sadələşdirilmiş çincə:可汗
Hanyu Pinyin :kèhán
Fars dili
Fars əlifbası:خاقان
Koreya dili
Hangul:가한
Latın əlifbasıgahan
McCune-Reischauer:kahan
Bağla

"Xaqan" termininə ilk dəfə çin salnamələrində rast gəlinir. Sonralar Kiyev knyazları da bu titulu qəbul etdilər. Monqol imperiyası dövründə isə bu titul "imperator" mənasında işlədildi[1]. Monqol imperiyasında kaan şəklində idi.

İstifadəsi

Bu titula ilk dəfə qədim çin mənbələrində rast gəlinir. Onlar III yüzillikdə yaşayan syanbilərin ulu xanını belə adlandırırlar. 402-ci ildə jujanlar hun titulu olan şanyünün əvəzinə xaqanı qəbul etmişdilər.[2] 551-ci ildə avarlargöytürklər bu titulu jujanlardan aldılar. Göytürk xaqanlığı çökdükdən sonra digər türk xalqları — xəzərlər, uyğurlar, qarluqlar, kiməklərqırğızlar xaqan titulundan istifadə etdilər[3]. Qərb mənbələrində isə "caganus" kimi latınlaşdırılmışdır.

Osmanlıda Hakan ül-Berreyn vel-Bahreyn (torpaqların və dənizin xaqanı) titulu mövcud idi. Çində Li Şimin dövründə Birinci Göytürk xaqanlığı dağıldıqdan sonra imperatorlar özlərinə "Tian Kehan" yəni "Səma xaqanı" deməyə başladılar.

İbn Rustanın yazdıqlarına əsasən X əsrdə rus hökmdarları xaqan adlanırdı: I Vladimir, II Svyatoslav, I Yaroslav xaqan adlanırdı.

İstinadlar

Mənbə

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.